Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 417,49 Kb.
səhifə23/31
tarix29.12.2021
ölçüsü417,49 Kb.
#48448
1   ...   19   20   21   22   23   24   25   26   ...   31
Mirz-yeva-Aid-

Bioloji üsul Cansız elementlərlə görülən tədbirlər çox təsirli olsa da, şəhərlərin betonlaşmasını sürətləndirirlər. Həqiqətən də, müxtəlif səbəblərdən, əsasən iqtisadi səbəblərdən şəhərlərdə yaşıl zolaqlar çox azdır. Yaşıl zolaqların psixoloji müsbət təsirindən başqa, ekoloji cəhətdən çox mühüm vəzifələrə malikdirlər. Bunun üçün struktur tədbirləri səs-küyə qarşı daha təsirli olsa da, canlı materiallarla və canlı-cansız materialların birgə istifadəsi ilə bağlı üsullar üstünlük

təşkil edir. Şəhər daxilində və şəhər xaricində tikinti sıxlığının aşağı olduğu ərazilərdə müvafiq bitkilərlə örtülmüş yol zolağı səs-küyün yayılmasını əhəmiyyətli dərəcədə azalda bilər. Bu tədbirlər hava limanlarında və dəmir yollarında tətbiq edilir.Aparılan araşdırmalara görə yaşıl bitki örtüyünün, xüsusilə də meşələrin səs-küyün qarşısını aldığı müəyyən edilmişdir. Bu araşdırmalar əsasında müəyyən edilmişdir ki, avtomobil yollarının kənarında salınan 250 metrlik meşə zolağı səs-küyü 80 db –dən 40 db-ə qədər azaldır.

Təbii elementlər vasitəsilə səs-küyün azaldılması üzrə aparılan tədqiqatlarda müəyyən edilmişdir ki, böyük yarpaqları olan həmişəyaşıl ağaclar səsi perpendikulyar istiqamətdə daha çox azaldır.

Avtomobil yollarının kənarlarında meşə zolağı salınarkən bir cox faktorlar nəzərə alınır. Bu faktorlara : meşə zolağındakı ağacların növü, həmişəyaşıl və ya yarpaqlarını tökən ağacların üstünlük təşkil etməsi, ağacın əkilmə sıxlığı, ərazinin forması və s.aiddir. Çünki, hər ağacın səs-küyü azaltmaq dərəcəsi müxtəlifdir.

Səs-küyün azaldılması üçün istifadə olunan bitkilərdə tələb olunan xüsusiyyətlər aşağıdakı kimi göstərilə bilər:


  • Yarpaqlanma və budaqlanma sıx olmalıdır;

  • Yarpaqlar, budaqlar və gövdə yumşaq, tüklü toxumaya malik olmalıdır;

  • Yarpaqlar məsaməli olmalı;

  • Yarpaqları geniş, böyük və sərt olmalı;

  • Həmişəyaşıl iynəyarpaqlı ağaclar olmalı;

  • Sıx sıralar təşkil edən bitkilər olmalı;

  • Sıx yarpaq quruluşuna malik olmalı;

  • Yarpaqları səs istiqamətində dik və bir-birini örtəcək şəkildə düzülməlidir.

Ağac və kollardan ibarət meşə zolaqlarının salınması səs-küyü kifayət qədər azaltmağa kömək edir. Bu meşə zolaqlarının sahəsini, genişliyini müəyyən edərkən;

  • Səs-küyün mənbəyi və gücü;

  • Canlı və cansız materiallardan istifadə zamanı səsin neçə db (desibel) aşağı salınacağı;

  • Səs-küy qrafikinə uyğun olaraq neçə metr meşə zolağının ehtiyac olduğu nəzərə alınır.

Bioloji üsul Avropa ölkələrində daha çox tətbiq edilir. Burada yolun kənarlarında əvvəlcə kiçik boylu kollarla başlanan, sonra daha hündür kollarla davam edən və sonda meşə ağaclarından ibarət yaşıl zolaq salınır. Bəzi yol kənarlarında torpaqdan təpəciklər düzəldilir və üst hissəsinə ağac əkilir və yaxud xüsusi beton və ya taxta divarlar yerləşdirilir. Bunların arası isə yüksək səsuducu materiallar ilə doldurulur.

Səs-küyün azaldılması üçün istifadə olunan bitkilərdə tələb olunan xüsusiyyətlər aşağıdakı kimi göstərilə bilər.




Yüklə 417,49 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin