Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 417,49 Kb.
səhifə26/31
tarix29.12.2021
ölçüsü417,49 Kb.
#48448
1   ...   23   24   25   26   27   28   29   30   31
Mirz-yeva-Aid-

Cədvəl 1.6





Qoruyucunun növü

Azaltma dərəcəsi

Pambıq

5-16 db

Parafinli pambıq

20-35 db

Şüşə pambıq

7.5-32 db

Qulaqcıqlar

12-48 b

Yüksək səs-küyə qarşı mübarizədə istifadə edilən ən effektiv üsullardan biri, səs-küy əleyhinə istifadə edilən ekranlaşdırma üsuludur. Kiçik çəki və strukturların konstruktiv xüsusiyyətləri bizə lazım olan hər yerdə ekranlardan istifadə etməyə imkan verir;



  • Avtomobil yolları üzərində;

  • Dəmir yolu magistrallarında;

  • Sosial əhəmiyyətli obyektlərdə ( məktəblər, uşaq bağcaları, xəstəxanalar, idman meydançaları və s.)

Səs-mühafizə ekranları fiziki təsirlərdən asılı olaraq 3 qrupa bölünür:

  1. Səs-küyü udma ekranları;

  2. Səs-küyü əks etdirən ekranlar;

  3. Qarışıq ekranlar.

Səs –küy udma ekranları əsasən ekranın əks tərəfinə toxunmadan səs-küy qorunması tələb olunan yerdə istifadə olunur. Məsələn, əks olunan səs dalğasının avtomobillərə qayıtmaması üçün yol boyunca ekran qurulur. Belə ekranın hündürlüyü 3 metrdən az olmamalıdır.

Səsi əks etdirən ekranlar- səs dalğalarını udmur, səsi səs-küy mənbəyinə doğru yönəldir. Bunlar bərk metal panellərdir. Avtomobil və dəmir yollarında nadir hallarda istifadə edilir, çünki yaranan səslərin əks istiqamətdə rezonanslanması arzu olunmaz haldır. Bu tip ekranlar əsasən nasos stansiyalarının, kompressor qurğularının və sənaye kondisionerlərinin səs-küyündən qorunması üçün istifadə edilir.

Qarışıq ekranlar- bu tip ekranlar hər iki funksiyanı yerinə yetirir, müxtəlif növ iki və daha çox paneldən ibarətdir. Bu zaman səsin udulması və əks olunması baş verir. Bütün bu panellər polikarbonat və perforasiya edilmiş vərəqlərdir. Ekranın aşağı hissəsində metaldan səs izoləedici panel quraşdırılır.

Havada səs-küyün artması ilə mübarizənin ən effektiv tədbirlərindən biri səs-mühafizə ekranlarının quraşdırılmasıdır. Bu zaman səs çirklənməsi 8-24 desibelə qədər aşağı salınır. Bu qurğular nəinki səs səviyyəsinin aşağı salınmasında, həmçinin tozdan qorunmaq məqsədi ilə də istifadə edilir. Səs-küy səviyyəsinin azldılmasını təmin etmək üçün istifadə edilən ekranlar quraşdırılan zaman ekranın hündürlüyü, uzunluğu, habelə forması və istifadə edilən vahid elementlər nəzərə alınır. Bu üsuldan dünya təcrübəsində geniş istifadə olunur. Səs- küy mühafizə qurğusu quraşdırılan zaman aşağıdakı amillər nəzərə alınmalıdır:



  • Qurğunun uzunluğu və hündürlüyü;

  • İqlim parametrləri;

  • Estetik keyfiyyətlər;

  • Hərəkətin təhlükəsizliyi;

  • Lazımı görünmə məsafəsinin təmin edilməsi;

  • Tikinti üçün torpaq sahəsinin əldə edilməsi imkanı;

  • Səs-mühafizə konstruksiyalarının qarajlarla və digər obyektlərlə birləşdirilməsi imkanı.

Səs-küydən müdafiə qurğularının tikintisində konstruksiya materiallarının seçimi əhəmiyyətli rol oynayır, onların akustik effektini və tikinti dəyərini müəyyən edir. Ən çox istifadə olunan konstruksiya materialları aşağıdakılardır:

    • Torpaq ( səs-küydən mühafizə valları)

    • Yığma və monolit beton və dəmir-beton

    • Kərpic

    • Ağac

    • Təbii daş blokları

    • Süni materiallardan hazırlanmış bloklar

    • Plastik kütlələr ( polikarbonat, aril və s.)

    • Metal (polad və alüminium lövhələr)

    • Səthi absorber materiallarla örtülmüş panellər

Bütün akustik ekranların hazırlanmasında istifadə olunan materialın növünə, səsi udma və əks etdirmə xüsusiyyətinə, səsudma əmsalına (ɑ) təsirinə görə 2 qrupa ayrılır:

  1. bir qatlı və ya tək qatlı (əks etdirən);




  1. iki və yaxud üçqatlı (səs udan)




  1. ci qrupa aid edilən akustik ekranlar səs enerjisini özündən əks etdirir. Bu qrupa aid edilən ekranlar betondan, azbest sementdən, kərpicdən, ağacdan, plastik, şüşə və digər materiallardan hazırlanır. Bu tip ekranların əsas xüsusiyyəti, səsin əks olunma əmsalının ɑ=0.01-0.05 –dən az olmasıdır, bu da səsudma ekranlarına nəzərən effektivlidir.[2]

  2. ci qrupa aid edilən akustik ekranlar isə səs enerjisini həm özündən əks etdirir, həm də udur.

Səsin aşağı salınmasında istifadə olunan tək qatlı ekranlarda səsin əks olunmasını azaltmaq üçün onun hazırlandığı materialın tərkibinə (məs. betondan) ağac qırıntıları əlavə edilir, bu həmin ekranın səsudma qabiliyyətini artırır. Ağac

materialları az da olsa səsudma qabiliyyətinə malikdir. Akustik ekranları əsasən iki yerə ayırmaq olar:



  • metallik 3qatlı, hansıkı səsuducu material iki səth arasında yerləşdirilir;




  • beton iki qat, hansıkı səsuducu material kimi penabetondan, polesterbetondan və s. istifadə olunur.

Üçqatlı səs ekranlarında səs birbaşa ekranlarda olan dəliklər vasitəsilə səsuducu materiala yönəlir. Dəliklər müxtəlif formada ola bilər, bu ekranın effektivliyinə təsir eləmir. Ekranların effektivliyi dəliklərin sahəsindən asılıdır. Sahə çox olduqda səsin əks olunması bir o qədər aşağı olur. Dəliklər ekranın ümumi sahəsinin 30-35 %-ni təşkil etməlidir. Metallik səs ekranları həm effektivlidir, həm də rahat quraşdırılır.

Avtomobil yollarında səs-küy səviyyəsini azaldılması üçün istifadə edilən səs ekranlarını aşağıdakı meyarlara görə bölmək olar:



    • Yolun dizayn xüsusiyyətləri

    • Yolun quruluş növü

    • Akustik xüsusiyyətlər

    • Hündürlük

    • Material

    • Tikinti planı

    • Qorunan ərazinin tikintisinin xarakteri

    • Səs mühafizə ekranının yuxarı hissəsinin konstruksiyası

    • Ekranın süni qurğularda yerləşməsi Ekranlara qoyulan əsas tələblər aşağıdakılardır:

    • Bütün istismar dövrü ərzində akustik səmərəlilik

    • Möhkəmlilik

    • Rütubətə davamlılıq

    • Korroziyaya davamlılıq

Düzgün seçilmiş parametrlər ( hündürlük və uzunluq ) səs-küy səviyyəsini 24 desibelə qədər azaldır ki, bu da bir çox hallarda yalnız yaşayış binalarında deyil, həm də ətraf ərazilərdə səs-küy standartlarını təmin etmək üçün kifayətdir.

Aparılan tədqiqatlara görə avtomobil yolu kənarında yerləşdirilən 4 m hündürlüyündə olan səs ekranları səs-küyü 12-15 dB, toz hissəciklərin 10-12 dəfə, kimyəvi maddələrin miqdarını 3-10 dəfə aşağı salınmasına imkan yaradır. Dəmiryolu kənarında səs ekranlarının yerləşdirilməsi səs-küyün 10-13 dB aşağı düşməsinə, həm də elektromaqnit sahənin 10-15 dəfə aşağı düşməsinə səbəb olmuşdur. Buna görə də, səs ekranları ətraf mühitə zərərverici təsir göstərən vasitələrin miqdarını aşağı salaraq normal səviyyəyə yaxınlaşdırır.

Səs maneələri ətraf mühiti nəqliyyatın səs-küyünün mənfi təsirindən qorunması vasitəsi olmaqla, həm texniki, həm də estetik baxımdan avtomobil, dəmir yolunun tipini formalaşdıran və onun fəaliyyətini müəyyən edən tərkib elementləridir. Öz əsas tapşırığını yerinə yetirməklə yanaşı, yaşayış məntəqələrinin səs-küydən mühafizə edilməsi, səs-küy udan ekranlar landşaftın bir hissəsidir, buna görə də cəlbedici xarici görünüşə malik olmalı və ətraf mühitin memarlıq kompozisiyasına ahəngdar şəkildə uyğunlaşmalıdır. Səs ekranlarının avtomobil və dəmiryol kənarlarında quraşdırılması ekoloji təhlükəsizliyin təmin edilməsində ən effektiv üsullardan biridir.

Ətraf mühitdə səs-küy səviyyəsinin getdikcə çoxalması və antropogen səs- küyün ətraf mühitə və insanların sağlamlığına təsirini nəzərə alsaq, belə şəraitdə mütəmadi olaraq monotorinqlərin keçirilməsini məqsədə uyğundur və aşağıdakı istehsalat şəraitində monitorinqlərin keçirilməsini lazımdır. Monitorinqin başlıca funksiyaları aşağıdakılardır:



  1. Monitorinq aparılan ərazidə səs-küy səviyyəsinin ölçülməsi, düzgün informasiyanın toplanması, arxivləşdirilməsi və emalı;

  2. Faktiki vəziyyət ilə normativlərin müqayisəsi;




  1. İri şəhərlərdə bütün ərazinin səs-küy xəritəsinin hazırlanması;

  2. Antropogen küy mənbələrinin aşkar edilməsi və həmin əraziyə göstərdiyi təsirlərin qiymətləndirilməsi;

  3. Səs-küy səviyyəsinin dinamikasının aşkarlanması və qiymətləndirilməsi;




  1. Vəziyyətə uyğun olaraq tədbirlərin görülməsi.

Monitorinq sistemlərində küy vəziyyətinin qiymətləndirilməsi zamanı aşağıdakı hesablamalar aparılmalıdır:



  • dəyişməz səs- küy üçün: orta tezlikli səs-küy səviyyəsi Lorta dB;




  • dəyişkən səs- küy üçün: minimal səs səviyyəsi Lmin dB maksimal səs səviyyəsi Lmax dB;

-səs-küy parametrləri üçün hesablama vaxtı: gündüz, gecə və sutkalıq ölçmələrə əsasən səs- küy səviyyəsi müəyyən edilir.

Ölçmə və hesablamalar zamanı dəqiq nəticənin əldə edilməsi üçün bir sıra parametrlər nəzərə alınmalıdır:



  • Monitorinq aparılan ərazidə havanən temperaturu, təzyiqi, nəmliyi və küləyin istiqaməti nəzərə alınmalıdır;

  • Ölçmə aparılan zaman nəqliyyatın tipi, intensivliyi və ərazinin quruluşu nəzərə alınmalıdır.

Hər bir fiziki çirklənmə növünün xüsusiyyətləri nəzərə alınaraq və standartlara uyğun olaraq monitorinq həyata keçirilməlidir. Hal hazırda aşağıdakı kompleks proqram təminatları əsasında ölçmələr aparılır:

  1. Müxtəlif fiziki çirkləndiricilərin ölçmə nəticələrinin daxil edilməsi və avtomatlaşdırılmış proqram təminatı. Bu, məlumatların (ölçmə nəticələrinin) daxil edilməsini və onların əvvəlcədən işlənməsini həyata keçirməyə imkan verir.

  2. Ölçmələrin ekoloji normalara uyğunluğunun qiymətləndirilməsi metodu. Bu proqram təminatı, ekoloji normaların tələblərinə uyğun olmayan nöqtələrin aşkar edilməsi üçün təyin edilir.

  3. Səs-küyə nəzarət metodu. Əldə edilən nəticələrə əsasən küy xəritəsini

tərtib etməyə imkan verir.

  1. Tədris və elmi proqram təminatı. Mütəxəssislərin hazırlanması və elmi tədqiqatların aparılması üçün elmi-təhsil məqsədlər üçün istifadə olunur.[12]

Monitorinqin keçirilməsi dinamik, böyük ölçüdə hesablamaların aparılmasını tələb edən çox mürəkkəb prosesdir. Ölçmələr 50 metrdən uzaq olmamaq şərti ilə bütün ərazini əhatə etməli, müəyyən edilmiş vaxtlarda fasiləsiz olaraq ölçmələr aparılmalı, hər bir nöqtənin kordinantı qeyd edilərək küy xəritəsi tərtib edilməlidir. Hesablamalar əsasında əldə edilən izoxətlər həmin ərazidə küy çirklənməsinin hansı səviyyədə olmasını göstərir və həmin ərazilər müxtəlif rənglərlə işarə edilir. Aparılan ölçmələr əsasında gündüz və gecə səs-küy xəritələri hazırlanır. Insanların əmək fəaliyyətinə təsirinə görə gündüz xəritələri, yuxu rejiminə təsirinə görə isə gecə xəritələri tərtib edilir.

Xəritə tərtib edildikdən sonra həmin ərazilərdə insanlarda narahatlıq yaradan səs-küyün hansı səbəbdən yarandığı analiz edilir, həlli istiqamətləri üzrə planlar hazırlanır və onların həyata keçirilməsi üzrə təkliflər işlənir.

Monitorinqin aparılmasında başlıca məqsəd müəyyən ərazilər üçün qəbul edilmiş küy normalarına əməl edb-edilməməsini müəyyən etməyə imkan verir. Bəzi ərazilər üçün sabit və qeyri-sabit küy normaları aşağıdakı şəkil1.9-də göstərilmişdir. Küy normaları gecə və gündüzə nəzərən ayrılıqda müəyyən edilir.

Yol verilən izn həddinin təyin edilməsi ilə onun mənfi təsirlərindən mühafizə olunma qaydaları müəyyən edilir. Bu zaman küyün təsir müddətini və dozasını, intensivliyini, spektral tərkibini normalaşdırır və onun yarada biləcək neqativ təsirlərindən qorunmaq üçün bir sıra tədbirlər həyata keçirilir.





Yüklə 417,49 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin