Səs, dalğalar şəklində yayılan enerji forması olub, müxtəlif mühitdə (bərk, maye və qaz) səs mənbəyinin yaratdığı dalğalardır səs mənbəyinin yaratdığı dalğalardır. Səs-küyü xarakterizə edən əsas kəmiyyətlər: səs təzyiqi, səsin sürəti, səsin dalğa uzunluğu, səsin tezliyi və səsin intensivliyidir.
“Ətraf mühitin səs-küy çirklənməsi” termini səsin insana və biosferin bütün komponentlərinə təsir edən yeni ekoloji şəraiti obyektiv olaraq əks etdirir;
Hazırda səs-küy təhlükəsizliyi problemi və ətraf mühitin səs-küyün təsirindən mühafizəsi beynəlxalq və dövlətlər səviyyələrində aktuallıq kəsb edir və sosial məna daşıyır.
Müasir dövrdə ekosistemin əksər hisssəsi antropogen səs-küyün təsirinə məruz qalıb, xüsusən də iri şəhər mühiti antropogen səs-küyün insan və eləcə də bioekosistemin bütün komponentləri üçün ən əsas amillərdən biri hesab edilir.
Antropogen səs-küy çirklənməsi insan orqanizminə fizioloji, psixoloji və bioloji təsirinin səviyyəsi səsin tezliyindən, dalğa uzunluğundan, intensivliyindən, təsir müddətindən asılıdır.
Müxtəlif diapozonlu səslərin göstərdiyi təsirləri eyni olmur. Səsin intensivliyi artdıqda, təsiri də bir o qədər artır.
Yüksək tezlikli səs-küyə məruz qaldıqda, sinir sisteminə, qan-damar sisteminə mənfi təsir göstərir. Belə insanların yuxu rejimi pozulur, əsəbi olur, xroniki yorğunluq, ürək-damar xəstəliklərinə zəmin yaradır.
İstər zəif, istərsə də güclü antropogen səs-küy çirklənməsi bitkilərin inkişafına mənfi təsir göstərir. Bitkilərin boy artımı cücərməsi, və ümumi inkişafı ləngiyir.
Səs-küy çirklənməsi yol verilən izn həddini keçirsə tədbirlər görülməlidir:
81
Antropogen səs-küy çirklənməsindən insanları qorumaq üçün aşağıdakı tədbirlər həyata keçirilir: Səs-küy mənbələrində səs istiqamətlərini dəyişmək, fərdi mühafizə vasitələrindən istifadə etmək, səs mühafizə ekranlarından istifadə, mühafizənin təşkili mələləri. Bu məqsədlə səs uducu materiallardan, ekranlardan və fərdi vasitələrdən istifadə edilir.
Antropogen səs-küyü azaltmaq üçün səs mühafizə ekranlarından istifadə edilir. Səs-küyün azalması istifadə ounan ekranın növündən və hazırlandığı materialdan asılı olaraq dəyişir.
Ekosistemin bütün komponentlərinə mənfi təsir edən, biomüxtəlifliyin məhvinə, təbiətin özünü bərpa funksiyasının azalmasına səbəb olan səs-küy çirklənməsinin azaldılması üçün bir sıra təklif və tövsiyələr hazırlanmışdır:
ətraf mühitdə səs-küyün azaldılması üçün yeni normativlər hazırlanmalı və tətbiq edilməli;
yaşıllıq sahələri artırılmalı;
bu sahə ilə əlaqədar olar dövlət layihələri keçirilməli və bu işə orta məktəb təhsil müəssisələri də cəlb edilməli;
səs-küy çirklələnməsi iə əlaqədar olaraq əhali arasında marifləndirmə işləri aparılmalı;
antropogen səs-küy mənbələrinin çox olduğu ərazilərdə daimi olaraq monitorinqlər keçirilməli və həmin ərazilərin səs-küy xəritələri hazırlanmalı.