Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu


Təlim strategiyalarından istifadə



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə61/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#153397
1   ...   57   58   59   60   61   62   63   64   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

 
3.3.Təlim strategiyalarından istifadə 
Müasir təhsildən fərqli olaraq, ənənəvi təhsil sistemində təlim strategiyaları məsələlərinə 
diqqət yetirilmirdi. Təlim strategiyaları “mövqe”, “yol” mənasını ifadə edir. Tərbiyəçi-müəllimin 
təlim zamanı mövzuya uyğun olaraq müxtəlif mövqe və yollardan istifadə etməsi uşaqların yeni 
öyrədilən bilikləri daha asanlıqla mənimsəmələrini təmin edir və təlimin səmərəliliyini yüksəldir. 


57 
Təlim prosesində öyrədənin hər hansı mövqedən çıxış edərək, öyrənənə (uşağa) öz aralarındakı 
qarşılıqlı ünsiyyət əsasında yeni materialı daha yaxşı mənimsətməsi nəzərdə tutulur. Bəzən təlim 
zamanı uşaqların maraq və ehtiyaclarının, bacarıqlarının nəzərə alınmaması onların ümumi 
inkişafına mənfi təsir göstərir ki, bu da uşaqların gələcək həyatlarında müstəqil fikir yürütmək, öz 
istəklərinə uyğun bacarıqlarını nümayiş etdirmək, müstəqil fəaliyyət göstərmək və həyatda öz 
yerlərini tutmaqda çətinlik çəkmələrinə səbəb olur. Buna görə də tərbiyəçi-müəllimlər təlimin bütün 
mərhələlərini uşaqların ümumi inkişafı, maraq və ehtiyacları çərçivəsində qurmaq üçün 
strategiyaları düzgün müəyənləşdirməlidirlər. 
3.4. İş formaları və iş üsulları 
1-3
yaşlı uşaqlarla təlim prosesində aşağıdakı iş formalarından istifadə edilir: 
Fərdi
Yarımqruplarla 
Kollektiv 
3-6 yaşlı
uşaqlarla aşağıdakı iş formalarından istifadə edilir: 
Fərdi iş 
uşaqların potensial imkanlarının müəyyənləşdirilməsi və onların müstəqil fəaliyyət 
göstərməsi üçün imkan yaradır.
Cütlərlə iş 
zamanı uşaqların hər hansı problemin həllində biri-birinə köməklik göstərmələrinə, 
əməkdaşlıq etmələrinə, bir-birlərinin qarşısında öz məsuliyyətlərini dərk etmələrinə imkan yaranır.
Qruplarla iş 
(3-4 nəfər) zamanı uşaqlar kiçik qruplarda birləşir, işin gedişində əməkdaşlıq və 
müxtəlif problemləri bir yerdə həll etməyə cəlb olunurlar. Bu zaman uşaqlar müstəqil fikir 
söyləmək, digərlərini dinləmək imkanı əldə edirlər.

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin