59
yapışdırılmış şəkildən başlayaraq hər növbəti şəkil onunla əlaqəli şəkillərlə xətlərlə birləşdirilir.
Məşğələnin sonunda alınan şaxələndirməyə əsasən ümumiləşdirmə aparılır. Bu üsuldan
məktəbəhazırlıq qruplarında istifadə oluna bilər.
Problemli vəziyyət.
Bu üsul tənqidi təfəkkürü, təhliletmə və ümumiləşdirmə vərdişlərini
inkişaf etdirir. əvvəlcədən problemi və müzakirə üçün sualları hazırlayır. Uşaqlar 4-5 nəfərlik
qruplara bölünür. Problemli vəziyyət təsvir olunmuş vərəqlər uşaqlara paylanır. Hər qrup təklif
edilən vəziyyətlərdən birini müzakirə edir və həlli yolunu göstərir. Qruplar öz işlərini bitirdikdən
sonra qrupda ümumi müzakirə aparılır.
Oyunlar.
Rollu oyunlar hər hansı bir problemə müxtəlif nöqteyi-nəzərdən yanaşmağı tələb
edir. Bu üsul uşaqlara hadisələrin iştirakçısı olmaq və mövcud vəziyyətə başqalarının gözu ilə
baxmaq imkanı verir. Oyun prosesində uşaqlar rola girir, mövcud vəziyyəti başqasının gözü ilə
görürlər. Təlim prosesinə belə oyun elementlərinin gətirilməsi onun maraqlılığını, uşaqların yaradıcı
fəaliyyət göstərməsi imkanlarını genişləndirir.
Suallar.
Uşaqların idrak fəallığının artırılmasında böyük rol oynayır.
Sualların sayının 4-5 arasında olması məqsədəuyğundur. Sualların qoyuluşu tənqidi
təfəkkürün inkişafına doğru yönəldilməli, məntiqi ardıcıllıq gözlənilməli, məzmun və mövzu ilə
bilavasitə əlaqəli olmalıdır.
Söz assossasiyası.
Bu üsüldan hər-hansi bir mövzunun öyrənilməsinə başlamazdan əvvəl,
uşaqların həmin mövzu haqqında nə bildiklərini və mövzu mənimsənildikdən sonra onların yeni nə
öyrəndiklərini aydınlaşdırmaq məqsədi ilə istifadə edilir. Bu üsulun mahiyyəti ondan ibarətdir ki,
tərbiyəçi mövzunun məğzini ifadə edən əsas sözü uşaqlara təklif edir və uşaqlar eşitdiklərini
həmin sözlə əlaqədar assosiativ şəkildə xatırladıqları ilk sözləri deyirlər. Bu üsul tərbiyəçi-müəllimə
məşğələdə əldə edilən nəticələri müqayisəli qiymətləndirməyə, uşaqlara isə təlim prosesində öz
inkişaf dinamikasını dərk etməyə imkan verir.
Dostları ilə paylaş: