Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə66/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#153397
1   ...   62   63   64   65   66   67   68   69   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

Perspektiv (illik) planlaşdırma
standartların reallaşması məqsədilə inkişaf sahələrinə əsasən 
hər yaş qrupu üçün işin planlaşdırılması üzrə aparılır. Məktəbəqədər təhsil kurikulumunun əsas 
istiqamətlərinə müvafiq olaraq müəyyənləşdirilmiş inkişaf sahələrinin planlaşdırılmasında 
inteqrativlik prinsipi ciddi şəkildə gözlənilir. Perspektiv planlaşdırma həm müvafiq yaş qrupunun, 
həm də ayrı-ayrı uşaqların inkişaf səviyyəsini nəzərə alaraq müəyyən zamanda təlim və tərbiyənin 
vəzifələrini konkretləşdirməlidir. 
Perspektiv planlaşdırma müxtəlif yaş qrupuna və uşaqların ehtiyaclarına uyğun olaraq işin 
əsas mərhələlərini nəzərdə tutmağa icazə verir. Məktəbəqədər təhsil müəssisələrində işin 
planlaşdırılması uşaqların təlim-tərbiyə prosesinə təşkilati xarakter verir, tərbiyəçi-müəllimin işini 
daha mənalı və nəticəli edir.
Məktəbəqədər yaşlı uşaqların bilik və bacarıqlarının genişlənməsinə onun məzmununun, 
həmçinin təlim-tərbiyənin metodlarının, məktəbəqədər yaşlı uşaqların inkişaf səviyyəsinin nəzərə 
alınması ilə fəaliyyətin təşkili formalarının tədricən mürəkkəbləşməsi kimi baxmaq lazımdır. 
Məzmunun tədricən mürəkkəbləşməsi məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyəsinin tamlığı üçün 
şəraiti təşkil edir. 
Uğurlu və nəticəyönümlü təlim prosesinin təşkili əvvəlcədən mükəmməl hazırlanmış 
planlaşdırmadan asılıdır. Bu növ planlaşdırma özündə tərbiyəçi-müəllimin hər hansı inkişaf sahəsi 
üzrə nəzərdə tutulmuş yaş qrupu üzrə illik fəaliyyətini əhatə edir. Orada konkret yaş qrupu üzrə 
məzmun standartları, məşğələnin növü, bölmə, mövzular, inteqrasiya, resurs və tarix kimi məsələlər 
əhatı olunur. Perspektiv planlaşdırma hazırlamaq üçün tərbiyəçi-müəllimdə bir sıra bacarıqların 
olması vacibdir. Bölmə və mövzuların ardıcıllığının düzgün müəyyənləşdirilməsi mühüm 
bacarıqlardan biridir. Tərbiyəçi-müəllim bu ardıcıllığı müəyyənləşdirərkən bir neçə prinsiri nəzərə 
almalıdır. Təbii ki, birinci prinsip məzmun ardıcıllığı baxımından sadədən mürəkkəbə və asandan 
çətinə istiqamətində fəaliyyətin nəzərə alınmasıdır. Tərbiyəçi-müəllim qrup üzrə fəaliyyətini 
planlaşdırarkən, bu nəticələrə yanaşmada müstəqildir. Zəruri olan hallarda onları müxtəlif 
səviyyələrdə inteqrasiya etməkdə sərbəstdir.
Bölmə və mövzuların ardıcıllığı planlaşdırılarkən aşağıdakılar nəzərə alınmalıdır: 

inkişaf sahəsi daxilində inteqrasiya; 


61 

inkişaf sahəsiləri arası inteqrasiya;

ardıcıllığın qurulması prinsipi. 
1) məntiqi ardıcıllıq; 
2) psixoloji ardıcıllıq (sadədən mürəkkəbə doğru, yaxından uzağa prinsipi); 
3) xronoloji ardıcıllıq. 
Planlaşdırma aparmaq üçün lazım olan bacarıqlardan mühümü inteqrasiya imkanlarının 
müəyyən edilməsidir. Hər bir inkişaf sahəsinin digər inkişaf sahələri ilə inteqrasiyası mümkündür. 
Planlaşdırma aparılarkən mövzunun digər inkişaf sahəsi üzrə bu və ya digər mövzu ilə inteqrasiya 
imkanları müəyyən olunmalıdır. Məsələn, savad təlimi və nitq inkişafı məşğələsində “A” hərfinin 
öyrədilməsi zamanı, ətraf aləmlə tanışlıq, təsviri fəaliyyət, musiqi məşğələləri ilə inteqrasiya 
edilərək öyrədilməsi daha müsbət nəticələr verir. 
Perspektiv planlaşdırmada zəruri cəhətlərdən biri də resursların seçilməsidir. Uşaqlara tanış 
olmayan hadisələri, əşyaları yalnız sözlərlə aydınlaşdırmaq çətindir. Müxtəlif əyani vəsaitlər 
məktəbəqədər dövrdə xüsusilə mühümdür. Bu elə bir yaş dövrüdür ki, burada əyani vəsaitlərin 
rəngarəng və baxımlı olması mühümdür. 
Mühüm bacarıqlardan biri də mövzulara görə məqsədyönlü tarixi müəyyənləşdirməkdir.
Perspektiv planlaşdırma aparmaq məqsədilə tərbiyəçi-müəllim aşağıdakı bacarıqlara malik 
olmalıdır: 
1.
İnkişaf sahələrinə və məzmun standartlarına əsasən dəqiqləşmələr aparmaq, hansı 
məşğələdə reallaşdırılacağını müəyyənləşdirmək.
2.
Mövzuların ardıcıllığını müəyyənləşdirmək. 
3.
İnteqrasiya imkanlarını müəyyən etmək. 
4.
Əlavə resurslar seçmək.
5.
Mövzulara görə məqsədyönlü vaxt bölgüsü aparmaq. 
Planlaşdırma aparılarkən tərbiyəçi-müəllim aşağıdakı tövsiyələri nəzərə almalıdır: 

Standartlar qrupuna əlavə standartlar daxil edə bilər.

Mövzuları dəyişə və ya artıra bilər. 

İnteqrasiya üçün əlavə imkanlar müəyyən edə bilər.

Əlavə resurslar seçə bilər. 

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin