63
• Diqqəti cəlb etmək və uşağı maraqlandırmaq.
• Müxtəlif fərziyyələrə səbəb olan vəziyyət yaratmaq.
• Müstəqil tədqiqata həvəsləndirmək.
• Məktəbəqədər yaşlı uşağın imkanlarına müvafiqliyi nəzərə almaq.
• Uşağı öz bacarığını həyata keçirməyə sövq etmək.
Dərketmə
yeni bilik və bacarıqların tədqiq edilərək fəal şəkildə öyrənilməsi, tapşırıqları həll
etmə prosesində məlumatların, faktların axtarılması və toplanmasıdır. Verilmiş işi yerinə yetirmək
üçün uşaqlar iş formasından asılı olaraq
qruplarla və ya cütlərlə, öz aralarında
fikir mübadiləsi
edir, tədqiqat aparır, birgə işləyirlər. Bu zaman cütlər və ya qruplarla işləyən uşaqlar öz aralarında
seçdikləri lider vasitəsilə verilmiş tapşırıqla bağlı ümumi fikri bütün qrupa və tərbiyəçi-müəllimə
çatdırırlar.
Dostları ilə paylaş: