Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu


İş forması: Kollektiv və fərdi iş.  İş üsulu



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə74/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#153397
1   ...   70   71   72   73   74   75   76   77   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

İş forması:
Kollektiv və fərdi iş. 
İş üsulu:
Suallar, əqli hücum, müzakirə, söz assosiasiyası. 
Resurs:
Ana və bala ördək oyuncaqları, içərisində su olan tas, böyük, kiçik ölçülü toplar
topları yığmaq üçün səbət, torbalar, müxtəlif şəkillər. 
Məşğələnin gedişi
Qeyd:
Qabaqcadan 3 torba hazırlanır, birinə ana ördək,digərinə bala ördəklər yerləşdirilir və
qrupda müxtəlif yerlərə qoyulur. Boş torba isə tərbiyəçi-müəllimdə olur.
T:
-Uşaqlar, baxın mənim əlimdə torba var. Torba neçə dənədir? 
(Uşaqların cavabları)
Baxaq görək otaqda bu torbadan yenə var? (Uşaqlarla birlikdə qrup otağında ora-bura gedərək
torbaları axtarıb, tapıb masaya qoyur) Baxın uşaqlar, indi artıq çoxlu torbamız var. Bir torbanı 
mən gətirdim, qalanlarını isə birlikdə tapdıq. İndi bizim çoxlu torbamız var. Gəlin yoxlayaq 
görək, bu torbalarda nə var? (uşaqlar əlləri ilə torbanı yoxlayaraq, içindəkilərə dair 
düşündüklərini söyləyirlər).
 T:-
Bizim boş torbamız hansıdır?
 (Uşaqların cavabları). 
Düzdür, baxın, içində heç nə yoxdur. 
Bəs bu torbada nə var? 
(Uşaqların cavabları) 


67 
Tərbiyəçi torbadan ana ördəyi çıxarıb masanın üzərinə qoyur.- Uşaqlar bu nədir? 
(Uşaqların 
cavabları) 
İndi isə bu biri torbaya toxunaq və görək burada nə var? 
(Uşaqların cavabları)
Tərbiyəçi torbada olanları çıxarır və ana ördəyin yanına düzür .- uşaqlar, baxaq görək ana ördək 
böyükdür, yoxsa bala ördəklər? 
(Uşaqların cavabları)
-
Hansı ördəklər çoxdur? 
(Uşaqların cavabları) 
Gəlin, bala ördəkləri “gölə” buraxaq. (uşaqlarla 
birlikdə bala ördəkləri qabaqcadan hazırlanmış içərisində su olan tasda suya buraxır.) 
-
Uşaqlar, neçə ördəyimiz qaldı?
 (Uşaqların cavabları) 
Gəlin, ana ördəyi də bala ördəklərin 
yanına qoyaq. Ana ördək bala ördəklərə üzməyi öyrətsin. 
Oyun. 
Torbadakı bir böyük və çoxlu kiçik topları yerə boşaldırıq. Çoxlu toplar yerləşəcək boş səbət 
qoyuruq. Uşaqlara müaciət edirik: 
- Səbətın içində nə var? (Uşaqların cavabları) 
Kiçik topları boş səbətə yığmağı uşaqlara təklif edirik. Yığdıqdan sonra:

- Boş səbətə nə yığdıq? 
- Yerdə nə qaldı? 
- Kiçik topumuz çoxdur, yoxsa böyük topumuz? 
Tərbiyəçi məşğələni ümumiləşdirib, yekunlaşdırır. 

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin