Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu


-6 yaşl ı uşaqlarla iş zamanı aşağıdakı iş üsullarından istifadə edilə bilər:  Əqli hücum



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə63/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#153397
1   ...   59   60   61   62   63   64   65   66   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

3-6 yaşl
ı uşaqlarla iş zamanı aşağıdakı iş üsullarından istifadə edilə bilər: 
Əqli hücum. 
Birgə səy nəticəsində konkret problemin bir neçə həllinin işlənib hazırlanması, 
müəyyən vaxt ərzində bütün uşaqların problemlə bağlı ideyalarının toplanması, təlim fəaliyyətinin 
stimullaşdırılmasıdır. Əqli hücüm uşaqlara öz fikirlərini sərbəst ifadə etmək imkanı verir və fikrin 
müxtəlifliyinin zəruriliyini başa düşmək üçün şərait yaradır. Bu üsuldan məşğələlərdə problemli 
situasiya, fikir müxtəlifliyi yaratmaq və həlli yollarını tapmaq üçün tətbiq olunur. Uşaqların 
fəallığının artırılmasına və onlar tərəfindən ideyaların irəli sürülməsinə imkan yaradır. Bu üsuldan, 
demək olar ki, bütün məşğələlərdə istifadə etmək mümkündür.
Tap-tapmaca. 
Oyun- tapmaca formasında keçirilən bu üsul uşaqlarda yüksək fəallıq yaradır. 
Tərbiyəçi--müəllim lövhədə dairəvi kart asır, onun arxasında yeni mövzu üzrə “açar söz” mahiyyəti 
daşıyan anlayışın şəkli yapışdırılır. Kartın şəkil olmayan tərəfi uşaqlara tərəf asılır. Uşaqlara şəklin 
arxasında gizlədilmiş anlayışın xüsusiyyətlərinə aid 2 və ya 3 yönəldici söz sadalanır. Yaxud 
lövhəyə kartın yanında həmin anlayışa aid şəkillər yapışdırılır. Uşaqlar həmin şəkillərə uyğun 
olaraq gizlədilmiş anlayışı tapırlar (Məsələn

qış fəslinə aid qar, şaxta baba və s.). Uşaqlar anlayışı 
tapmaqda çətinlik çəksələr, əlavə olaraq yeni xüsusiyyətlər sadalanır. Uşaqlar öz fərziyyələrini 
dedikdən sonra Tərbiyəçi-müəllim kartı çevirir. Anlayışın düzgün tapılmasında fəallıq göstərənlər 
qeyd olunur. Çətinlik çəkənlərə öz fikirlərini əsaslandırmaq üçün imkan yaradılır.
Nağıletmə. 
Nağıletmə məlumatın tərbiyəçi-müəllimdən uşağa ötürülməsi və dinləmə 
bacarıqlarının inkişafı üsuludur. Bu üsuldan mövzu ilə bağlı məzmunun zənginləşdirilməsi, 
tamamlanması məqsədilə istifadə etmək məqsədəuyğundur. Belə qısa nağıletmə 10-15 dəqiqə 
ərzində aparılır. Nağıletmə ilə bağlı aşağıdakı məsələlər diqqət mərkəzində saxlanılır.
-Nağıletmənin məqsəd və vəzifələrini dəqiq müəyyənləşdirmək.
-Nağıletmə zamanı ardıcıllığı gözləmək.
-Nağıletmədə süjetli şəkillərdən istifadə etmək.
-Digər əyani və texniki vasitələrdən istifadə etmək.
Tərbiyəçi-müəllim-müəllim məlumatın ötürülmə prosesini verbal (suallar vermək) və vizual 
(uşaqların sifətlərinin ifadəsini və jestlərini müşahidə etməklə) tənzimləyir.
Müzakirə. 
Müzakirə mövzu ətrafında ideya, məlumat, təəssürat, təhlil və təkliflərin qarşılıqlı 
mübadiləsidir. Onun əsas vəzifəsi problemi təhlil edərək həlli yolunu tapmaq, düzgün qərar qəbul 
etmək üçün imkan yaratmaqdır.
Uşaqların ünsiyyət, kommunikativ bacarıqlarının formalaşdırılmasında mühüm rol oynayır. 
Uşaqlar sual və replikalarla müzakirələrə qoşulur, fakt və hadisələrdən istifadə etməklə inandırıcı 
nitq nümayiş etdirirlər. Qazandıqları bilik və bacarıqları təcrübədə tətbiq etmək imkanı əldə edirlər.
Müzakirə apararkən əvvəlcədən uşaqlara müzakirə qaydaları deyilir. Mövzu aydın şəkildə 
ifadə olunur. Müzakirə prosesini inkişaf etdirən suallar vermək və uşaqların cavablarını nəzərdən 
keçirməklə müzakirəni tənzimləyir. Bu zaman cavabı “Bəli” və ya “xeyr” olan qapalı suallar 
vermək məqsədəuyğun hesab edilmir. Müzakirədə mövzuya aid “Nə baş verdi? Nə üçün baş verdi? 
Bu, başqa cür ola bilərdimi və necə? Siz bu vəziyyətdə nə edərdiniz? Sizin fikrinizcə, həmin obraz 
nə hiss etdi? Siz bu şəraitdə nə hiss edərdiniz? Bu, düz idimi? Nə üçün?” kimi suallardan istifadə 
olunur. Bu təlim üsulundan böyük və məktəbəhazırlıq qruplarında istifadə edilir.

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin