Azərbaycan respublikasi təHSİl naziRLİYİ аzərbaycan texniKİ universiteti “Hİdravlika və İSTİLİk texnikasi” kafedrası


Axma prosesində zərərli müqavimətlərin nəzərə alınması



Yüklə 1,56 Mb.
səhifə24/74
tarix02.01.2022
ölçüsü1,56 Mb.
#36080
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   74
istilik texnikasi mühazirə

Axma prosesində zərərli müqavimətlərin nəzərə alınması.
Axma prosesində sürtünmə mövcud olduğuna görə axının həqiqi sürəti nəzəri sürətdən kiçik olur. Axının kinetik enerji itkisi

buradan




𝜉 – soploda enerji itkisi əmsalıdır.

– soplonun surət əmsalıdır.

Sürtünmə nəticəsində kinetk enerjinin bir hissəsi istiliyə çevrilir, bunun nəticəsində isə soploda axan işçi cismin entalpiyası və entropiyası artır (istilik mübadiləsi olmadığı halda).(Şəkil 1.46)




Qaz və buxarın drosselləndirilməsi.
Qaz və ya buxarın daralmış en kəsik sahəsindən keçməsi zamanı onun təzyiqi düşür. Bu prosses drossellənmə və ya əzilmə prosesi adlanır. Təcrübədə bu proses axan mühitin boru kəmərində yerləşdirilmiş daraldıcı en kəsiyi olan klapandan (drossel klapanından) və ya məsaməli arakəsmədən keçməsi nəticəsində baş verir. Texnikada drosselləmə prosesindən geniş istifadə edilir. Məsələn, soyuducu maşınlarda alçaq temperaturun alınması bu prosesə əsaslanır. Ideal qaz drosselləndikdə onun temperaturu sabit qalır. Real qazların temperatur dəyişməsi qazın başlanğıc temperaturundan asılıdır. Əgər real qazın temperaturu “inversiya temperaturu” adlanan qiymətə Tinv 6.75Tb bərabərdirsə, bu zaman drosselləmə nəticəsində qazın temperaturu dəyişmir.

olduqda qazın temperaturu artır, olduqda isə qazın temperaturu azalır. Kifayət qədər dəqiqliklə qəbul etmək olar ki, qazın və buxarın drossellənməsi prosesində entalpiya dəyişmir, yəni

Şəkil 18.8-də qızışmış buxarın drossellənməsi prosesi təsvir olunub.
1.19. Nəm hava.

Quru hava ilə su buxarının qarışığına nəm hava deyilir. Nəm havanın təzyiqi adətən atmosfer təzyiqinə bərabər və tərkibindəki buxar qızışmış buxar olduğundan o, öz xassələrinə görə ideal qazdan az fərqlənir.

Nəm havanın tərkibindəki buxar qızışmış olarsa, bu zaman hava doymamış nəm hava , buxar quru doymuş olduqda doymuş nəm hava , buxar nəm olarsa-artıq dərəcədə doymuş nəm hava olar.

Dalton qanununa görə nəm havanın təzyiqi



burada pq.h. - quru havanın, pbux - isə su buxarımn parsial təzyiqidir.

Şəkil 1.48-dən göründüyü kimi, su buxarının pbux təzyiqinin maksimal qiyməti, nəm havanın temperaturuna uyğun gələn buxarın doyma təzyiqidir.



Əgər pbux=ps olarsa, deməli nəm havanın tərkibindəki buxar ya quru doymuş və ya da nəm buxar olur. pbux ps olarsa, onda nəm havanın tərkibində qızışmış buxardır.

Beləliklə üç hala rast gəlmək olar:


  1. pbux=ps – quru doymuş buxar, ρbux=ρ``

  2. pbux=ps – nəm buxar, ρbux ρ``

  3. pbux ps– qızışmış buxar, ρbux ρ``


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin