FƏSİL 2.
Dilin daxili xüsusiyyətlərinin tənqidi üsulları.
Dilin zahiri əlamətlərini öyrənilməsi zəruri olduğu kimi,onun daxili xüsusiyyətlərinin tədqiqi də böyük əhəmiyyət kəsb edir.Adlarından da göründüyü kimi dilin zahiri əlamətlərinin öyrənilməsi,əslində prelinqvistika məsələsi,A.S.Çikobavanın bölgüsünə görə isə dilçiliyinin başqa elmlərlə əlaqəsi probleminə,yəni ümumi dilçiliyin dördüncü probleminə daxildir.Doğrudan da dilin zahiri əlamətlərinin öyrənilməsi,demək olar ki,dilçilik və sosiologiya,dilçilik və məntiq,dilçilik və psixologiya və.s problemlərinin öyrənilməsi kimi başa düşülə bilər.Bu dilin xüsusən səs quruluşunda özünü daha aydın göstərir .Dilin səs quruluşunun zahiri əlamətlərinin öyrənilməsi,əslində dilçilik və fiziologiya dilçilik və akustika kimi problemlərin tədqiqi deməkdir .Dilin daxili xüsusiyyətlərinin öyrənilməsi isə biləvasitə dilçilik eliminin özünə aiddir.
Dilin daxili xüsusiyyətləri dedikdə nə nəzərdə tutulur?Dilin daxili xüsusiyyətlərinə dilin ayrı-ayrı səviyyələrinə daxil olan vahidlər,onların eyni bir səviyyə daxilində bir-birinə münasibəti,müxtəlif səviyyələrə aid vahidlər arasındakı əlaqə kimi sırf linqvistik problemlər və məsələlər daxildir.Göstərilən problemləri və məsələləri dərindən öyrənmək üçün dilçilik xüsusi üsullardan istifadə edir.Həmin üsullara təsnifat və sistemləşdirmə,paradiqmalar,mövqe qarşı-qarşıya qoyma və.s kimi üsullar daxildir.
Təsnifat və sistemləşdirmə dilin daxili xüsusiyyətlərini öyrənmə işində istifadə olunan əsas üsullardandır.Onu da qeyd etmək lazımdır ki,bu üsullar yalnız dilçiliyə aid deyildir.Onlardan başqa elm sahələrində də istifadə olunur.
Təsnifat ərəb sözü olub təsnif olunanlar hər hansı bir elm sahəsində bir-birilə bağlı anlayışların arasındakı əlaqələri öyrənməyi və onları müxtəlif siniflərə,qruplara,növlərə ayırmağı nəzərdə tutan tədqiqat üsuludur.
XX əsrin sonlarında formalaşan dilçilik cərəyanlanlarından
ikincisi strukturalizm cərəyanıdır. Bu cərəyanın fəlsəfi əsası “davranış psixologiyası”dır. Strukturalizm cərəyanına F.de Sössürün əsərinin böyük təsiri olmuşdur. A.Qurbanov da göstərir ki, F.de Sössürün “Ümumi dliçilik kursu” əsəri gələcək strukturalizmin eskizini vermişdir. Müəllif bu terminin dilçiliyə ilk dəfə 1939-cu ildə gəldiyini də vurğulayır və yazır ki, V.Bröndalın həmin ildə çap olun- muş “Struktur dilçilik” adlı məqaləsindən sonra struktur anlayışı ilə bağlı terminlər geniş yayılmışdır.
Müəllif dilçilikdə strukturalizm cərəyanının 3 əsas məktəbinin olduğunu göstərir:
1. Praqa strukturalizm məktəbi (funksional dilçilik);
2. Kopenhagen strukturalizm məktəbi (Danimarka qlos-
sematikası);
3. Amerika strukturalizm cərəyanı (deskriptiv dilçilik).
Praqa strukturalizm məktəbinin bünövrəsini V.Ma-
teziusun təşkil etdiyi “Praqa dilçilik dərnəyi” təşkil edir. Həmin dərnəyin nümayəndələri isə B.Qavranek, İ.Baxek, B.Tranka, V.Sklaviçka, L.Novak, xaricdə yaşayan rus dil- çilərindən N.S.Trubetskoy, R.O.Yakobson, S.O.Kartsevski kimi tanınmış alimlər idi. Bu məktəbin əsasını F.Fortuna- tovun, İ.Boduen de Kurtenenin və F.de Sössürün ideyala- rı təşkil edir. Onların elmi fəaliyyətləri 6 hissədən ibarət “Praqa dilçilik dərnəyinin tezisləri” adlı məcmuədə cəm- lənmişdir. A.Qurbanov qeyd edir ki, Praqa dilçilik proqra- mının əsasında sistem və funksiya anlayışları durur... On- lar dildə müəyyən kateqoriyalara aid sistemlər olduğunu, bunların bir-birindən asılı olduqlarını və nəhayət, bir-biri- ni tamamladıqlarını göstərirlər.
A.Qurbanov vurğulayır ki, Praqa dilçilik məktəbinin ən böyük xidməti fonologiyadır. Bu məsələ N.S.Trubetskoyun “Fonologiyanın əsasları” adlı məşhur əsərində daha geniş şərh olunmuşdur. Trubetskoy dillə nitqin fərqli olduğunu əsas götürərək, nitqin səsləri haqqında təlimi fonetika, dilin səsləri haqqında təlimi isə fonologiya adlandırmışdır. O öz əsərində dünyanın təxminən 200 müxtəlif dilinin fonoloji xarakteristikasını vermişdir. Müəllif həmçinin qeyd edir ki, Praqa dilçilik məktəbinin üzvləri dilçiliyin bir çox məsələlə- ri ilə məşğul olmuşlar. Qrammatika sahəsində tədqiqatlar aparılmış, dillərin tipologiyasına dair fikirlər söylənilmiş, dil ittifaqı problemi irəli sürülmüşdür.
Yeri gəlmişkən onu da qeyd edək ki, N.S.Trubetsko- yun “Fonologiyanın əsasları” əsəri professor F.Veysəlli tərəfindən alman dilindən Azərbaycan dilinə tərcümə edil- miş və kitab 2012-ci ildə çap olunmuşdur. Əsər həmçinin bir çox dillərə də tərcümə edilmişdir.
Onu da qeyd edək ki, bu dövrdə Praqa məktəbi ilə əməkdaşlıq etmiş dilçilərdən biri də Saimon Potter olmuş- dur. Onun məşhur “Dilimiz” əsəri prof. F.Veysəlli və baş müəllim S.Mustafayeva tərəfindən tərcümə edilərək 2014-cü ildə çap olunmuşdur. Əsər 14 fəsildən ibarətdir: qədim ingi- lis dili, skandinav və fransız dillərinin təsiri, səslər və yazılar, söz yaradıcılığı, etimologiya və məna, şivə və dialekt, Bri- taniya və amerikan ingilis dili və s.
Kopenhagen strukturalizm məktəbinin nümayən- dələri Viqo Bröndal (əsəri “Struktural dilçilik”), H.Uldall (əsəri “Qlossematikanın əsasları”), Lui Yelmslev (əsərləri: “Ümumi qrammatikanın prinsipləri”, “Hal kateqoriyası”, “Dilçilik nəzəriyyəsinin əsasları”) idilər. Onlar öz konsep- siyalarını “Qlossematika” adlandırırdılar. A.Qurbanov qeyd edir ki, Kopenhagen məktəbinin nümayəndələri öz tədqiqatlarını nəşr etmək üçün “Acta Linguistic” adlı yur- nal təsis etmişdilər və burada da qlossematikanın ən mü- hüm məsələləri öz əksini tapmışdır.
Bu məktəbin dilçiləri fonologiya və dilin quruluşu məsələləri ilə məşğul olurdular. Onlar diaxronik aspekti qəbul etmirdilər. Ümumi dilçilik nəzəriyyəsinin yaran- maması üçün konkret dil materialının nəzərə alınmasının tərəfdarı deyildilər. Buna görə onların da müəyyən qədər səhvləri olmuşdur. A.Qurbanov bu haqda yazır ki, Kopen- hagen məktəbi srukturalizmdə xüsusi mövqeyə malikdir. Qüsurlarına baxmayaraq, dilçiliyin inkişafı tarixində bu məktəbin də müəyyən rolu vardır.
Strukturalizmin məktəblərindən biri də Amerika strukturalizm məktəbidir. Bu məktəb deskriptiv dilçilik məktəbi də adlanırdı, yəni təsviri dilçilik məktəbi. A.Qur- banov bunun Amerika dilçilik məktəbləri arasında qabaq- cıl yer tutduğunu qeyd edir.
Bu məktəbin banisi Leonard Blumfilddir. Əsas nü- mayəndələri Frans Boas, Eduard Sepir, Ç.Friz, K.Payk, Q.Qlison, Z.Harris, C.Treycer, B.Blok, B.Uorf və b.
A.Qurbanov bu məktəbin öndə gedən bəzi nümayən- dələri haqqında məlumat verməklə kifayətlənmişdir. On- lardan Frans Boas, Eduard Sepir, Benjamin Uolf və Leo- nard Blumfilddir. Onlar da iki qrupa ayrılırdı: mentalistlər və mexanistlər.
Mentalistlərin əsas nümayəndələri L.Blumfild özü, Ç.Friz, K.Payk, Q.Qlison, mexanistlərin əsas nümayəndə- ləri isə Z.Harris, C.Treycer, B.Blokdur.
Bunun səbəbi o idi ki, F.de Sössür hər bir dil işarəsin- də iki cəhətin olduğunu fərqləndirirdi: işarələyəni və işa-rələnəni, yəni ifadə planını və məzmun planını. Məhz bu bölgüyə görə Blumfildin tələbələri iki qrupa bölünürdü.
Mentalistlərin fikrincə, məna faktorunu dil tədqiqat- larında nəzərdən qaçırmaq olmaz. Amma mexanistlər mə- nanı nəzərə almırdılar, onlar hesab edirdilər ki, dili əsaslı şəkildə təsvir etmək mümkündür.
“Amerika hindlilərinin dillərinə dair rəhbərlik” əsərinin müəllifi F.Boas haqqında məlumat verən A.Qurbanov qeyd edir ki, o, Amerika hindlilərindən dakot, eskimos, oneyda, simşey və başqa xalqların dillərini sorğu-sual üsu- lu ilə öyrənmiş və elmi müşahidələr aparmışdır. F.Boas hind-Avropa dillərinin tədqiqi üçün müəyyənləşdirilmiş metodları Amerika hindlilərinin dillərinin öyrənilməsində tətbiq etməyin yararsız olduğunu göstərirdi. O, hindlilərin dillərinin tədqiqi və təsvirində yeni fərqli metodlardan – dilin formal cəhətlərini təsvir edən metodlardan istifadə olunmasını tələb edirdi.
F.Boasın elmi ənənələrini, tədqiqat üsullarını E.Sepir və L.Blumfild davam etdirmişdir. A.Qurbanov yazır ki, Se- pirin çoxcəhətli yaradıcılığı müasir dilçiliyin müxtəlif aktual problemləri ilə əhatə olunmuşdur. Onun elmi fəaliyyətində dilçilik elminin təsnifini vermək, dil və mədəniyyətin əlaqə- sini müəyyənləşdirmək və s. məsələlər xüsusi yer tutur.
Sepirin dilçilik görüş və mülahizələri “Dil” adlı nəzəri əsərində və “Dilçiliyin elm kimi vəziyyəti” məqaləsin- də əks etdirilmişdir. A.Qurbanov göstərir ki, E.Sepir dilə mədəniyyətşünaslıq aspektindən də yanaşmışdır... Dil və mədəniyyətin münasibəti məsələsinə dair Sepirin mülahizələri Amerika dilçiliyində dillə mədəniyyətin, adət və ənənənin əlaqəsini öyrənən etnolinqvistikanın əsasını qoymuşdur.
NƏTİCƏ
Məlum olduğu kimi,dil mürəkkəb ictimai hadisələrdəndir.Odur ki,dilin hərtərəfli və dərindən təsvirini vermək üçün onun zahiri və daxili əlamətlərini ayrı-ayrılıqda öyrənmək zəruridir.Dilin xarici əlamətlərinin öyrənilməsində sosioloji üsül xüsusi yer tutur .Dil ictimai hadisə olmaq etibarilə cəmiyyətlə,xalqın tarixi adət və ənənələri ilə qırılmaz tellərlə bağlıdır .Cəmiyyətin həyatında baş verən hər bir mühüm hadisə bu və ya digər dərəcədə dildə öz əksini tapır.Elm,texnika,iqtisadiyyat və mədəniyyətin inkişafı xalqlar arasında qarşılıqlı əlaqələr dildə də öz izlərini buraxır.Dilin zahiri əlamətlərinin öyrənılməsində təsviri metodun üsullarından biri kimi psixoloji üsulla müəyyən yer verilir. Dilçilik tarixindən məlumdur ki,bu sahədə bir çox psixoloji məktəblər olmuşdur. Onlara misal olaraq,fərdi psixologizm dilçilik məktəbini göstərmək mümkündür ki,onun əsas nümayəndələri XIX əsrin görkəmli dilçiləri olan H.Şteyntal və A.A Potebnya idi.XXəsrin psixoloji dilçilik məktəbi də öz orjinallığı ilə fərqlənir.
ƏDƏBİYYAT SİYAHISI.
1.Mübariz Yusifov, Linqvistik tipologiya- Bakı 2017
2.Ağamusa Axundov, Ümumi dilçilik -Bakı 2006 .
3.Afad Qurbanov ,Ümumi dilçilik -Bakı 2019
Dostları ilə paylaş: |