Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Maliyyə sisteminin səmərəli fəaliyyətində bankların maliyyə sabitliyinin təmin edilməsi



Yüklə 0,97 Mb.
səhifə25/46
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41959
1   ...   21   22   23   24   25   26   27   28   ...   46

5.2. Maliyyə sisteminin səmərəli fəaliyyətində bankların maliyyə sabitliyinin təmin edilməsi.

Respublikamızda maliyyə sabitliyinin birqərar olması və möhkəm- ləndirilməsi yönəmində aparılan tədbirlər sırasında valyuta tənzimlən-



məsi istiqamətində aparılan işləri xüsusi qeyd elmək lazımdır. Məlum olduğu kimi Azərbaycan Respublikasında valyuta tənzimlənməsinin hüquqi bazasını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Valyuta Tənzimlənməsi haqqında Qanunu, Azərbaycan Respublikasının Milli Bankı haqqında Qanunu, Azərbaycan Respub- likasının Gömrük Məcəlləsi və digər müvafiq nomrativ aktlar təşkil edir. Azərbaycan Respublikasının Valyuta Tənzimlənməsi haqqında Qanunu 21 oktyabr 1994-cü ildə qəbul edilmişdir. Haqqında danışılan qanun Azərbaycan Respublikasında valyuta əməliyyatlarını həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarını səlahiyyətlərini və funksiyalarını tənzimləyir. Bundan əlavə, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquqlarını və vəzifələrini təsbit edir. Azərbaycan Respublikasının Valyuta Tənzimlənməsi haqqında Qanun eyni zamanda valyuta qanun- vericiliyinin pozulmasına görə məsuliyyəti də müəyyən edir. Göründüyü kimi nəzərdən keçirilən qanun valyuta tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının ən əsas qanunlarındandır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə valyuta əməliyyatları valyuta sərvətlərinə mülkiyyət hüququn və digər hüquqların keçməsi ilə əlaqədar əməliyyatlar, o cümlədən ödəniş vasitəsi kimi xarici valyutadan və xarici valyutada ödəniş sənədlərindən istifadə edilməsinə deyilir. Bundan əlavə, valyuta əməliyyatlarına valyuta sərvətlərinin ölkəyə gətirilməsi və göndərilməsi, eləcə də çıxarılması və göndərilməsi daxil edilir. «Azərbaycan Respublikasının Valyuta Tənzimlənməsi haqqında Qanunu»nda xarici valyuta sərvətləri ilə aparılan əməliyyatlar cari və kapitalın hərəkəti ilə bağlı valyuta əməliyatlarına bölünür. Bu tədiyyə balansının müvafiq hesablarına uyğun olaraq edilmişdir. Belə ki, Azərbaycan Respublikasının valyuta qanunvericiliyə görə malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə

180 gündən arıtq müddətdə ödəniş möhlətinin verilməsi və alınması kapital hərəkəti ilə bağlı valyuta əməliyyatlarına aid edilir. Bütün bunlarla yanaşı, əsas anlayışlar maddəsində müvəkkil banklar anlayışı da müəyyənləşdirilmişdir. Qanuna görə müvəkkil banklar valyuta əməliyyatlarının aparılması üçün Milli Baknın lisenziyasını almış banklar və digər kredit təşkilatlarıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının ərazisi vahid valyuta ərazisidir və bu ərazidə milli valyuta kimi manatın alıcılıq qabiliyyəti möhkəm- ləndirilməsini təmin edən pul-kredit və valyuta siyasəti yeridilir. Azərbaycan valyuta ehtiyatları isə dövlət büdcəsinin valyuta gəlirləri və sabitləşdirmə fondunun hesabına formalaşır. Valyuta məhdudiyyətlərinə gəldikdə göstərmək lazımdır ki, bu qanuna görə hüquqi şəxs olan rezidentlər tərəfindən cari valyuta əməliyyatlarının həyata keçirilməsi üzrə heç bir məhdudiyyət qoyulmur. Fiziki şəxs olan rezidentlər tərəfindən Azərbaycan Respublikasının ərazisinə gətirilən valyuta sərvətlərinin məbləği 50 min ABŞ dolları ekvivalentindən artıq olduqda gömrük orqanları müvafiq məlumatı Milli Banka təqdim etməlidir. Valyuta tənzimlənməsi sahəsində böyük əhəmiyyətə malik olan digər qanun Azərbaycan Respublikasının Milli Bankı haqqında Qanunudur. Bu qanun 10 iyun 1996-ci ildə qəbul edilmişidr. Qanunda göstərir ki, Milli Bankın əsas funksiyalarına başqa funksiyalarla yanaşı pul-kredit və valyuta münasibətləri sahəsində dövlət siyasətini yetirmək, valyuta tənzimlənməsini həyata keçirmək, xarici dövlətlərlə hesablaşmaların aparılması qaydasını müəyyənləşdirmək və xarici valyuta ehtiyatlarını idarə etmək daxildir. Bundan əlavə, Milli Bankın valyuta münasibətləri sahəsində əsas vəzifələrinə manatın sabitliyini təmin etmək, onun alıcılıq qabiliyyətini və xarici valyutaya nisbətən məzənnəsini tənzimləmək üçün tədbirlər görmək aiddir. Qanunun 15-ci maddəsində göstərilir ki, Milli Bankın pul-kredit siyasətinin əsas metodlarından biri vayluta müdaxiləsi və mübadilə məzənnələri siyasətinin həyata keçirilməsidir

Maliyyə sisteminin səmərəli fəaliyyətində bankların maliyyə sabitliyinin təmin edilməsi son illər ölkəmizdə bank sisteminin inkişafı sahəsində həyata keçirilən tədbirlər nəticəsində bankların aktivləri və kapitalı yüksək templə artmış, resurs bazası isə xeyli genişlənmişdir. Belə ki, 2006-cı ilin əvvəlinə banklarda kreditlərin ÜDM-ə nisbəti 2004- cü ilin müvafiq dövründəki 8,3%-dən 11,8%-ə, cəlb edilmiş depozitlərin nisbəti isə uyğun olaraq 10,5%-dən 12,1%-ə çatmışdır. Onu da qeyd edək ki, 2004-cü ildə 2003-cü ilə nisbətən bank aktivlərinin artım tempi ÜDM-in artım tempini 5-6 dəfə üstələdiyinə görə, bank aktivlərinin ÜDM-də xüsusi çəkisi 14,2%-dən 19,9%-ə qalxmışdır. 2005-ci ildə isə bank aktivlərinin artım tempi 2004-cü illə müqayisədə bir qədər zəifləmiş və nəticədə 2006-cı ilin əvvəlinə onun ÜDM-ə nisbəti 19,0% təşkil etmişdir. 2005-ci ildə 277 bank sisteminin kapitalının ÜDM-ə nisbəti isə 2004-cü illə müqayisədə 0,1faiz bəndi artaraq 2,9%-ə çatmışdır. Respublikanın bank sisteminin inkişafında baş verən müsbət meyllər son illərdə bankların kapitallaşma dərəcəsinin, apardıqları əməliyyat növlərinin və həcminin artırılması və s. hesabına daha da güclənmiş, ölkə iqtisadiyyatında bankların vasitəçilik rolu xeyli artmışdır. AR Milli Bankının hesabat məlumatlarına görə, 2005-ci ildə bank aktivləri 2004-cü illə müqayisədə 577 milyon manat və ya 34,5% artaraq 2006- cı ilin əvvəlinə 2252 milyon manata çatmışdır. Araşdırmalar göstərir ki, bankların kredit əməliyyatlarının inkişafında mühüm meyl istehlak kreditlərinin həcminin kəskin artımı olmuşdur. Belə ki, 2004-cü ildə fiziki şəxslərə verilmiş kreditlərin həcmi 81,7% artaraq 274,4 mln. manat, 2005-ci ildə isə 44,7% artaraq 369,5 mln. manat təşkil etmişdir. Qeyd edilənlərdən göründüyü kimi, son vaxtlar əhalinin kreditləşməsi bank xidmətlərinin mühüm hissəsinə çevrilmək- dədir. Belə ki, 2004-2005-ci illərdə bu kreditlər cəmi kredit portfelinin 26-28 faizi civarındadır. Bank sisteminin inkişafının digər mühüm istiqamətlərindən biri ticarət və xidmət sektoru ilə əlaqələrin xeyli

güclənməsidir. 2005-ci ildə bu kreditlərin həcmi 66,4 faiz artaraq 2006- cı ilin əvvəlinə 361,2 mln. manat təşkil etmişdir ki, bunun da nəticəsində cəmi bank kreditlərində ticarət və xidmət sektoruna verilmiş kreditlərin payı müvafiq olaraq 24%-dən 25,8%-dək artmışdır. Son vaxtlar banklar tərəfindən real sektora yönəldilmiş kreditlərin həcmi də əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, təkcə 2005-ci ildə energetika, kimya və təbii ehtiyatlar sektoruna verilmiş kreditlərin məbləği təxminən 8 dəfə artaraq 2006-cı ilin əvvəlinə 181,4 mln. manat təşkil etmişdir. Həmin kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi isə müvafiq olaraq 2,5%-dən 12,9%- dək artmışdır. Aqrar sahəyə yönəldilmiş kreditlərin həcmi 2004- cü illə müqayisədə 2 dəfəyə yaxın artmaqla 94,8 mln. manat təşkil etmişdir. Onu da qeyd edək ki, bankların və bütövlükdə maliyyə sisteminin mövcudluğunun əsasını bankların likvidlik göstəricisi, onların hansı səviyyədə ödəmə qabiliyyətli olması sayılır. Likvidlik bankın passivlər üzrə pul formasında öz öhdəliklərinin yerinə yetirilməsini təmin etmək qabliyyətidir. İqtisadi ədəbiyyatda likvidlik anlayışına fərqli baxışlar mövcuddur. Bəziləri likvidliyi hesablaşmalar və depozitlər üzrə cari əməliyyatları həyata keçirmək üçün zəruri olan pul ehtiyatı, bəziləri az likvidli aktivlərin daha likvidli aktivləri çevrilməsini təmin edən pul axınları, digərləri isə bankın aktiv əməliyyatlarınn riskli dərəcəsi üzrə qiymətləndirilmiş axınlar kimi şərh edirlər. Bankın maliyyə sabitliyinin idarə edilməsi pul axınlarının likvidliyi və onların yerləşdirilməsi, gəlirliliyin idarə edilməsi ilə bağlıdır. Təcrübədə bankın maliyyə sabitliyinin idarə edilməi dörd nəzəriyyəyə, daha doğrusu, kommersiya borcu, yerləşdirmə, gözlənilən gəlir və passivlərin idarəedilməsi nəzəriyyəsinə əsaslanır. Fikrimizcə, bazar iqtisadiyyatı şəraitində bankın maliyyə sabitliyinin idarə edilməsi maliyyələşdirmə mənbələrinin və öhdəliklərin balanslaşdırılmış sistemli qiymətləndirilməsini, pulun hərəkəti və gəlirliliyin artımı baxımından risklərin diversifkasiyasını tələb edir. Likvidlik əmsalları normal səviyyə çərçivəsində müddəti üzrə

resursların yerləşdirilməsini və təminatlılıq dərəcəsini göstərir. Bankın maliyyə vəziyyətini normallaşdırmaq məqsədilə qəbul edilən qərarların əsaslandırılması üçün bu göstəricilərin təhlili zəruridir. Belə ki, verilmiº kreditlər və cəlb edilmiº vəsaitlərin nisbətinin təhlili bankın kredit siyasətinin xarakterini müəyyən edir. Əgər bunun qiyməti vahiddən kiçik olarsa onda bank konservativ kredit siyasəti həyat keçirir, vəsaitləri fəal kreditə yönəltmir ki, bu da faiz gəlirlərinin aşağı düşməsinə gətirib çıxara bilər. Digər halda qeyd edilən əmsalların dinamikada təhlili pul axınlarının idarə edilməsinin daha dəqiq və çevik strategiyasnı işləyib hazırlamağa kömək edir. Müasir şəraitdə bankın maliyyə vəziyyətinin möhkəmləndirilməsi üzrə aktiv və passivlərinin idarəedilməsinin balanslaşdırılmıs strategiyası likvidli aktivlərin və cəlbedilmiş passivlərin proporsionallığını tələb edir. Aktiv və passivlərin balans- laşdırılmış idarəedilməsi metodu pul resurslarına məcmu tələb və təklifin təhlilinə əsaslanır. Bu isə öz növbəsində İqtisadi inkişafın vəziyyətindən, bankların xidmət göstərdiyi İqtisadiyyat sektorlarının və sahələrinin, bankların iri müştərilərinin perspektiv inkişafından asılıdır. Banklar inkişaflarının strateci planını işləyib hazırlayarkən ölkənin sosial – iqtisadi inkişaf strategiyanı əhalinin gəlirlərindəki, maliyyə bazarındakı mümkün dəyişiklikləri nəzərə almalıdırlar. Araşdırmalar göstərir ki, bankın maliyyə sabitliyini onun kapitallaşma səviyyəsi, mənfəətliliyi və likvidliyi müəyyən edir. Bankın xüsusi kapitalı onun aktiv əməliyyatlarının artırılmasının əsasıdır. O, bankın maliyyə sabitliyinə və mənfəətliliyinə, iqtisadiyyat sahələrinin kreditləşdirilməsinin investisiya potensialına təminat verən amillər məcmusunda mühüm rol oynayır.

Kapitalın artım mənbələri ötən ildəki bölüşdürülməmiş mənfəət, bankın ehtiyatları, əlavə emissiya edilmiş qiymətli kağızların yerləşdirilməsi ola bilər. Bankın əldə etdiyi mənfəət nə qədər çox olarsa, onun kapitallaşma səviyyəsi də bir o qədər yüksək olur. Kapitalın artımının ikinci mənbəyi bank idarələrinin emissiya fəaliyyəti və açıq



bazar əməliyyatlarıdır. Respublikamızda İqtisadi islahatların uğurla həyata keçirilməsi üçün əsas problemlər arasında bank sisteminin sabitliyinin təmin edilməsi, milli valyutanın möhkəmləndirilməsi, daxili ehtiyatlardan maksimum istifadə edilməsi, bank sektorunun real iqtisadiyyatın kreditləşdirilməsinə istiqamətləndirilməsi mühüm yer tutur. Bu zaman bankların möhkəmləndirilməsi vasitəsilə bank sisteminə inamın artırılması və tənzimləmək yolu ilə onların fəaliyyət səmərəliliyinin yüksəldilməsi vacibdir. Eyni zamanda bank fəaliyyətinin tənzimlənməsi vasitələri dövlətin pul-kredit siyasətinin vasitələri kimi qəbul edilir. Respublikada bank sisteminin tənzimlənməsinin normativ hüquqi bazasının formalaşdırılmasının müəyyən səviyyəsinə nail olunmuşdur. Belə bir məsələyə diqqət yetirilməlidir ki, gələcəkdə bank sisteminin sabitliyini təmin etmək və investorların inamını yüksəltmək məqsədilə bankların tənzimlənməsinə dair çevik strategiyanın və adekvat pul - kredit siyasətinin həyata keçirilməsi zəruridir. Müasir dövrdə bankın sabitliyinin möhkəmləndirilməsi və bank sisteminə inamı yüksəltmək üçün daxili resursların cəlb edilməsi prioritetlik təşkil etməlidir. Deməli, şəxsi kapitalın və onun adekvatlığının qiymət- ləndirilməsi üsulları, likvidlik göstəriciləri və digər normativlər bank fəaliyyətinin tənzimlənməsinin çevik vasitələridir. Ölkədəki ümumi siyasi və iqtisadi vəziyyət bank əməliyyatlarının inkişafına və bank sisteminin uğurlu fəaliyyətinə zəmin yaratmaqla, bankların fəaliyyətinin sabit iqtisadi əsasını təmin edir, yerli və xarici investorların banklara inamını möhkəmləndirir. Zəruri şərtlər olmadan banklar sabit depozit bazası yaratmağa, əməliyyatların rentabelliyinə nail olmağa, öz aktivlərinin keyfiyyətini yüksəltməyə, idarəetmə sistemini təkmilləş- dirməyə qadir deyil. «Milli Bank haqqında» Azərbaycan Respublika- sının Qanunu kredit təşkilatlarının fəaliyyətini və likvidliyini tənzim- ləmək üçün bir sıra iqtisadi normativlərin (nizamnamə kapitalının minimum həcmi; kapitalın kifayətlilik normativi; likvidlik normativləri;

bir borcluya yaxud, borclular qrupuna düşən riskin maksimum həcmi; iri kredit risklərinin maksimum həcmi; bir kreditora riskin maksimum həcmi; əhalidən cəlb edilən pul əmanətlərin (depozitlərin) maksimum həcmi və s.) tətbiqini nəzərdə tutur. Beləliklə, bankların maliyyə sabitliyinin idarəedilməsi gəlirliliyin və bütün mümkün risklərin idarəedilməsi ilə sıx bağlıdır. Perspektivdə ölkənin iqtisadi artmının maliyyələşdirilməsi əhəmiyyətli dərəcədə daxili əmanətin və investisiyanın vəziyyətindən asılı olacaqdır. Milli əmanətin yüksək norması iqtisadiyyatın real sektorlarının qısamüddətli və uzunmüddətli kreditləşdirilməsini təmin edəcəkdir. Bu isə əhəmiyyətli şəkildə bankların maliyyə sabitliyi ilə şərtlənir. Belə bir məsələyə diqqət yetirmək lazımdır ki, Azərbaycan kommersiya banklarının investisiya fəaliyyəti təcrübəsində risk probleminin xüsusi əhəmiyyəti, verilən investisiya krediti alıtnda likvid girovunun tələb olunması investisiya layihələrini kreditləşdirən bank riskinin minimuma endirilməsinin daha əlverişli yollarından birinə çevrilməkdədir. Lakin bu zaman riskin minimumlaşdırılmasının məhz bu yolundan istifadə ilə əlaqədar obyektiv məhdudiyyətlər mövcuddur. Belə ki, müəssisələrin çox az qismi bankın tələblərinə cavab verən girov təqdim etmək vəziyyətindədir. Hal-hazırda dövlət tərəfindən dövlət qiymətli kağızlarına qoyuluşun gə- lirliliyinin məhdudlaşdırılması siyasətinin aparılmasına başlandığı, eləcə də ölkənin kommersiya bankları üçün valyuta məzənnəsinin nisbətən sabitləşdirilməsi şəraitində dövlət qısamüddətli istiqrazlarına (DQİ) qoyuluşlar və valyuta alverçiliyi hesabına gəlirin alınması imkanlarının xeyli azaldılması. Bu vəziyyətdə özündə məhz həm sərmayələri, həm də yüksək səmərəli investisiya layihələrini birləşdirən əsaslandırılmış kredit portfeli banklar tərəfindən dayanıqlı gəlirin alınmasının əsas mənbələrindən birinə çevrilir. Kommersiya banklarının investisiya kreditləşdirilməsi sahəsində investisiya fəallığının yüksəldilməsi, yenidən maliyyələşdirmə

dərəcəsinin aşağı salınması, DQİ-yə və digər dövlət qiymətli kağızlarına gəlirliliyin aşağı salınmasından xeyli asılıdır. Qeyd etmək lazımdır ki, korporativ qiymətli kağızlara vəsaitlər qoymaq yolu ilə investisiya siyasətinin reallaşdırılması sahəsində kommersiya banklarının investisiya fəallığının yüksəldilməsi üçün, yuxarıda qeyd edilənlərlə yanaşı, aşağıdakı hallar da mühüm əhəmiyyət kəsb edir. Burada əsas vasitələrdən biri səhmlərə, istiqrazlara və konkret layihənin reallaşması altında buraxılan qiymətli kağızlara qoyuluş vasitəsilə investisiya layihələrinin maliyyələşdirilməsi üçün vəsaitlərin cəlb olunması sayılır. Bundan əlavə, dövlətin prioritetləri sisteminə daxil olan investisiya layihələrinin maliyyələşdirilməsi üçün vəsaitlərin cəlb edilməsi məqsədilə emitentləşdirilən qiymətli kağızlar (səhm və istiqrazlar) üzrə dövlət zəmanətləri sisteminin inkişafı olduqca vacibdir.



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin