Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Beynəlxalq maliyyə institutlarının Azərbaycan İqtisadiyyatının inkişafında rolu



Yüklə 0,97 Mb.
səhifə27/46
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41959
1   ...   23   24   25   26   27   28   29   30   ...   46

Beynəlxalq maliyyə institutlarının Azərbaycan İqtisadiyyatının inkişafında rolu.

Beynəlxalq maliyyə institutlarının Azərbaycan iqtitsadiyyatının inkişafında rolu və bu qurumlarla əməkdaşlığın səmərəliliyinin artırılması istiqamətləri Azərbaycan müstəqillik əldə etdikdən sonra, respublikamızda iqtisadiyyatın bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirilməsi, bazar münasibətlərinə keçidin təmin edilməsi ən aktual məsələlərdən birinə çevrildi. Bazar münasibətlərinə keçidin təmin edilməsi və milli iqtisadiyyatın inkişaf etdirilməsi üçünsə investisiya resurslarının cəlb edilməsi zəruri idi. Lakin bunun yalnız daxili imkanlar hesabına edilməsi mümkünsüz idi. Bunun üçün xarici investisiyaların ölkəyə cəlb edilməsinə böyük zərurət yaranmışdır. Xarici investisi- yaların cəlb edilməsinin sürətləndirilməsi üçünsə milli iqtisadiyyatın dünya qtisadiyyatına inteqrasiyası səmərəli qurulmalı, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq təşkil edilməli idi. Artıq ötən illər ərzində respublikamızın dünya iqtisadiyyatına inteqrasiyası, beynəlxalq qurumlarla əməkdaşlıq istiqamətində xeyli işlər görülmüº və müsbət nəticələr əldə edilmişdir. Tədqiqatlar göstərir ki, Azərbaycan Respub- likası İqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasında aşağıdakı istiqamətlər xüsusi əhəmiyyət kəsb edir: beynəlxalq maliyyə institutları və beynəlxalq İqtisadi təşkilatlar ilə əməkdaşlıq; müxtəlif ölkələr ilə ikitərəfli əməkdaşlıq; müxtəlif qurumlar çərçivəsində çoxtərəfli əmək- daşlıq; Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi kimi iqtisadi inteqrasiya və s. Qeyd etməliyik ki, Azərbaycanın dünya İqtisadiyyatına, beynəlxalq maliyyə institutlarının hökumətimizlə əməkdaşlığa maraq göstərməsində



1994-cü ildə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşən bir sıra yataqların işlənilməsi üzrə Hasilat Pay Bölgüsü Sazişinin («Əsrin müqaviləsi») imzalanması və onun icrasına başlanılması müstəsna rol oynamışdır. Bu saziş çərçivəsində Azərbaycanın neft sektoruna 30 il ərzində 60 milyard dollar investisiya qoyulması razılaşdırılmışdır. Neft sənayesinə belə irihəcmli sərmayənin yatırılması qeyri-neft sektoruna da digər şirkətlərin investisiya yatırmalarını, həmçinin maliyyə qurumlarının irihəcmli kredit tranşları açmalarını stimullaşdırmışdır. Beynəlxalq maliyyə qurumları tərəfindən Azərbaycanın təhsil sektoruna da investisiyalar yönəldilmişdir. Bu sıradan ilk saziş 1999-cu ildə Beynəlxalq İnkişaf Assosasiyası ilə imzalanmışdır. «Təhsil islahatı» adlanan layihədə tədris planının təkmilləşdirilməsi, pedaqoqların təkrar hazırlığı, bu sahədə görülən işlərin monitorinqi və qiymətləndirilməsi əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Layihənin reallaşdırılması üçün Bakı, Sumqayıt, Gəncə, Naxçıvan və Lənkəran şəhərlərində fəaliyyət göstərən 22 orta məktəb, Bakıda Redaqoji kadrların Bakı İxtisasartırma və Yenidənhazırlanması İnstitutu və onun Lənkəran filialı, Gəncə və Naxçıvanda Müəllimlərin İxtisasartırma Institutları, Təhsil Problemləri üzrə Elmi-Metodiki Mərkəz və Elmi-Tədqiqat İnstitutu pilot variantlar kimi seçilmişdir. 1999-2003-cü illərdə bu pilot məktəb və institutların pedaqoqları ABŞ-da, Böyük Britaniyada, Almaniyada və digər xarici ölkələrdə ixtisas-artırma kursları keçmişlər və Hollandiyanın SITO mərkəzinin əmək-daşları seminarlar aparmaq üçün respublikaya dəvət edilmişlər. Layihə çərçivəsində 2000-2003-cü illərdə bütün pilot məktəblər və institutlar üçün 466 kompüter, 64 printer, 93 televizor, 208 stereomaqnitafon, 91 videomaqnitafon, 184 multimedia və diaproyektor, 29 surətçıxarma aparatı, 27 faks aparatı, 27 videokamera, 6 min ədəd məktəb partası, 470 yazı lövhəsi, 1900 ədəd akt zalı üçün kreslo və başqa avadanlıqlar alınmışdır. BIA tərəfindən layihəyə ayrılmış 5 mln. dolların 97,08 %-i, yaxud 4,972 mln. dolları xərclənmişdir. Bunun 1,154

mln. dolları məqsədli işlərə, 1,816 mln. dolları məsləhət xidmətlərinin haqqının ödənilməsinə, 622,577 min dolları treyninqlərə, 1,307 mln. dolları materialların alınmasına sərf edilmiş, 70,860 min dolları isə əməliyyat xərcləri təşkil etmişdir. Bu layihə başa çatdıqdan sonra BİA Azərbaycanın təhsil sistemində yeni və iri bir layihənin reallaş- dırılmasına qərar verdi. 2003-cü il sentyabrın 19-də BİA ilə Azərbaycan Hökuməti arasında kredit sazişi imzalandı. «Azərbaycanın təhsil sistemində islahatın aparılması» adlı bu layihə 3 mərhələdən ibarətdir: 2003-2007- ci illər, 2007-2010-cu illər və 2010-2013-cü illər. 10 il müddətində həyata keçiriləcək bu layihə məktəblilər, müəllimlər və təhsil sahəsində çalışan məmurlar daxil olmaqla 1,6 milyon nəfəri əhatə edəcək və onun ümumi dəyəri 60 mln. dollar təşkil edir. Layihənin icrasında əsas məqsəd kimi aşağıdakı göstərilir: tədris proseslərinə yeni standartlar tətbiq etməklə mövcud tədris sistemini təkmilləşdirmək əsasında Azərbaycanda ümumi və orta təhsilin keyfiyyətini yüksəltmək. Layihənin I mərhələsində – 2007-ci ilin sonuna qədər həyata keçiriləcək tədbirlər beş istiqamətdə quruplaşdırılmışdır. Onlar aşağıdakılardır: ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi; təhsilin maliyyələşdirmə sisteminin səmərəliliyinin artırılması və islahat işlərinin sürətləndirilməsi; məktəblərdə qrant proqramlarının reallaşdırılması; idarəetmə, planlaşdırma və monitorinq işlərinin təşkili; layihənin kordinasiyasının və monitorinqin həyata keçirilməsi. Birinci istiqamət üzrə aşağıdakı tədbirlər həyata keçirilməlidir: kurrikumların islahatı – 1,28 mln. ABŞ dolları; 308 - hazırlıq, müəllimlərin təkrar hazırlığı və onların ixtisasının artırılması – 2,57 mln. ABŞ dolları; məktəblərin mütaliə materialı ilə təmin edilməsi və dərsliklərin yaradılması – 3,27 mln. ABŞ dolları. İkinci istiqamət üzrə həyata keçiriləcək

«Maliyyələşdirmə və büdcə islahatları» tədbirlərinə 450 min ABŞ dolları, məktəblərin maddi-texniki bazasının gücləndirilməsinə 8,42 mln. dollar vəsait xərclənməsi nəzərdə tutulub. Bu layihənin üçüncü

istiqamətidir. Dördüncü istiqamətə aşağıdakı tədbirlər aiddir: şagirdlərin biliyinin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi – 1,12 mln. ABŞ dolları; təhsilin idarə edilməsi üzrə informasiya sisteminin qurulması – 700 min ABŞ dolları; idarəetmə və planlaşdırma imkanlarının artırılması – 510 min ABŞ dolları. Təhsilin idarə edilməsinin informasiya sisteminin qurulması birinci mərhələdə Təhsil Nazirliyini, rayon təhsil şöbələrini, ali və orta ixtisas məktəblərini, ikinci mərhələdə isə respublikanın bütün məktəblərini əhatə edəcək. Bununla təhsil sisteminin vahid informasiya bazası yaradılacaq ki, bunun vasitəsi ilə hər bir şagird və müəllim haqqında zəruri məlumatları almağa, müxtəlif məktəblərin, yaxud rayon və regionların təhsildəki uğurlarının statistikasını əldə etməyə imkan olacaq. Beşinci istiqamət üzrə isə - 1,87 mln. ABŞ dollarının xərclənməsi planlaşdırılıb. DB-nin kreditinin 1,7 mln. ABŞ dolları 846 min nüsxə «Uşaq ensiklo- pediyası» nəşr edilmiş və 2005-ci ildə ölkənin bütün məktəblərində paylanılmışdır. 2003-cü ilin avqust ayında Səudiyyə İnkişaf Fondu Azərbaycanda, Bakı şəhərində 5 min 948 yerlik beş müasir ümumtəhsil məktəbinin tikintisi üçün 9,75 mln. ABŞ dolları kredit ayırmışdır. Fond bu krediti 20 il müddətinə, illik

2 %-lə vermişdir. Mütəxəssislərin fikrincə, beynəlxalq maliyyə qurumlarının təhsil sisteminə ayırdığı kreditlər Azərbaycan üçün ona görə sərfəlidir ki, ayrılan vəsait təhsil sisteminin inkişafına yardım edən mühüm vəzifələri vaxtında həll etməyə, həm də krediti uzun illərdən sonra qaytarmağa imkan verir. Təhsil Nazirliyinin mütəxəssislərinin hesablamalarına görə Azərbaycanın təhsil sistemində islahatların aparılması üçün 250 mln. dollar vəsait tələb olunur. Bunun üçünsə beynəlxalq maliyə qurumlarının kreditdləri mühüm əhəmiyyətə malik- dir. Qeyd etmək lazımdır ki, təhsil daim islahat tələb edən sahədir. Təhsil ölkənin gələcəyi, inkişaf perspektivlərini müəyyən edən ən başlıca amildir. Dövlət büdcəsindən bu sahəyə vəsaitin qoyuluşu ilbəil artaraq 1,1 milyard manata çatmışdır. Heydər Əliyev Fondunun



prezidenti, millət vəkili, 309 YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ölkəmizdə təhsilin inkişafına böyük qayğı göstərir. Respublikamızda 1400 yeni məktəb tikilmiş, kompüterləşdirilmiş, 2008-ci ildə isə birinci sinfə gedən bütün şagirdlərə pulsuz dərs vəsaitləri təqdim olunmuşdur. 2005-2008-ci illər ücün Dövlət Proqramına (Elektron Azərbaycan) uyğun olaraq «Elektron hökumət»in, «Elektron məktəbin»in və bilik iqtisadiyatının formalaşması prosesləri inkişaf etdirilir və genişləndirilir. BİA Ekologi- ya və Təbii Sərvətlər Nazirliyinin hazırladığı, ümumi dəyəri 24,5 mln. ABŞ dolları olan «Təxirəsalınmaz ekoloji investisiyalar layihəsi»nin maliyyələşdirilməsi üçün 20 mln. ABŞ dolları dəyərində kredit ayırmışdır. Layihə çərçivəsində aşağıdakı tədbirlərin görülməsi nəzərdə tutulmuşdur: Neftçalada yeni balıqyetişdirmə zavodunun inşası hesabına körpə nərələrin çoxaldılması işinin bərpası – 9,1 mln. ABŞ dolları; Hədsiz çirklənmiş bir ərazinin zərərsizləşdirilməsi hesabına civə təmizləmə texnologiyası və metodikasının nümayişi, Sumqayıtda radiaktiv tullantıların basdırılması üçün poliqonun tikilməsi – 8,0 mln. ABŞ dolları; Abşeron yarımadasında bir sahilyanı neft yatağında çirklənmənin mövcud səviyyəsinin aşağı salınması – 5,1 mln. ABŞ dolları; Ekoloji idarəetmənin hüquqi və nizamlayıcı bazasının yenidən nəzərdən keçirilməsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin potensialının inkişafı. Neftçalanın Xıllı qəsəbəsində yerləşən, sözügedən zavod layihə çərçivə- sində müasir texnologiya ilə təchiz edilmiş və 2003-cü ilin oktyabr ayında işə salınmışdır. Bu zavodda ildə 15 mln. körpə nərə balığı yetişdirilməsi gücü təmin olunmuşdur. 2004-cü ildə bu zavodda nərəkimilər cinsindən 5,8 mln. körpə balıq yetişdirilib dənizə buraxılmışdır. Layihə çərçivəsində Sumqayıt şəhərində fəaliyyət göstərən, «Azərkimya» Dövlət Şirkətinin tabeliyində olan Səthi Aktiv Maddələr Zavodunun civə ilə çirklənmiş ərazilərinin zəhərli

tullantılardan təmizlənməsi həyata keçirilmiş, tullantıların basdırılması üçün 50 hektarlıq sahədə poliqon tikilmişdir.



    1. Yüklə 0,97 Mb.

      Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin