Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Mərkəzi Asiya, Xəzər-Qaradəniz hövzəsi ölkələri müasir dünya siyasətində



Yüklə 0,97 Mb.
səhifə30/46
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41959
1   ...   26   27   28   29   30   31   32   33   ...   46

Mərkəzi Asiya, Xəzər-Qaradəniz hövzəsi ölkələri müasir dünya siyasətində.

Əlverişli coğrafi, geosiyasi, geoiqtisadi, hərbi-geostrateji mövqe- lərini; yürütdüyü müstəqil daxili və xarici siyasətini; zəngin təbii ehtiyatlarını, maddi, mənəvi, əmək və insan resurslarını, Şərq-Qərb alternativ nəqliyyat-kommunikasiya, tranzit və enerji dəhlizlərinin yaradılması sahəsində yürütdüyü transmilli siyasəti və tutduğu düzgün mövqeyini; daxili ictimai-siyasi sabitliyi təmin etməsini, demokratik dövlət, vətəndaş cəmiyyəti, bazar iqtisadiyyatı quruculuğu prinsiplərini rəhbər tutmasını; son on ildə nail olduğu dinamik sosial-iqtisadi inkişafı və gələcək inkişaf potensialını nəzərə alaraq Azərbaycan Respublikasını bölgənin geosiyasi cəhətdən ən əhəmiyyətli və perspektivli ölkəsi hesab edirlər. Bu amillər geosiyasi xarakteristikanın əsas dəyər ölçüləri kimi çıxış edərək ölkənin beynəlxalq aləm üçün tərəfdaşlıq dəyərini, bugünkü dinamik inkişafını şərtləndirmişdir.

Azərbaycanın mühüm geoiqtisadi, geostrateji, geosiyasi bölgələrindən biri Orta (Mərkəzi) Asiyadır. Dünya xəritəsində özünün geniş ərazisi ilə (4 mln kv km) xüsusi seçilən bu regionda ümumi əhalisi 55 mln nəfər olan 5 dövlət – Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Tacikistan yerləşir.

Şərq-Qərb əlaqələrində ən qısa və əlverşli nəqliyyat (quru, su, hava və dəmiryolu), komminikasiya (telefon, rabitə, kabel-optik, enerji daşıyıcıları xəttləri və kəmərləri və s.) imkanları da bu bölgə ölkələrinə məxsusdur.

Orta-Asiya, Cənubi Qafqaz, Qara və Xəzər dənizi hövzəsi təbbi qaynaqları, xüsusən enerji daşıyıcıları (neft, qaz),qiymətli metal (qızıl, mis, uran, alminium, sink və s.) ehtiyatları ilə zəngindir.Bu geostrateji dəyərlər dövlətlərdə Qərb (ABŞ, Avropa dövlətləri), Şərq (Çin, Cənubi Koreya, Yaponiya, Hindistan, Pakistan) və Rusiya arasında maraq mübarizəsini şərtləndirmiş stimullaşdırmışdır.

Avrasiyada xüsusən Orta Asiyada ənənəvi olaraq Rusiyanın mövqeləri və deməli digər ölkələr qarşısında təbbi üstünlüyü mövcud idi.

Orta Asiyanın 5 ölkəsi öz arasında Mərkəzi Asiya Əməkdaşlıq Təşkilatıadlı qrumda yaratmışdılar. Qonşu dövlətlərlə birgə iqtisadi Əməkdaşlıq Təşkilatında iştirak edirlər. Orta Asiya ölkələri bu çoxtərəfli əlaqələrə, beynəlxalq və regional qurumlara üzvülüyə öz müstəqil dövlətçilik maraqlarını təmin etmək, gələcəkdə Rusiya, yaxud digər ölkələr tərəfindən müstəqilliklərinə edilə biləcək qəsdin qarşısını almaq məqsədi ilə qoşulmuşlar. Orta Asiya (Özbəkistan və Qırğızıstan) ərazisində ABŞ qoşunlarının və hərbi bazalarının buraxılmasına müsbət təsir göstərəcək faktor kimi baxırlar.

Hazırda Orta Asiyanın neft və qaz yataqlarının Əfqanstan, Hindistan, Pakistan, Çin, Yaponiya və digər Asiya dövlətləri ilə yanaşı Qərb ölkələri və ABŞ ciddi maraq göstərirlər.Onlar Cənubi Qafqazdan Aralıq dənizinə (Ceyhana) uzanan maqistral neft və qaz kəmərlərinə Qazaxıstan və Türkmənistan karbohidrogen sərvətlərini qoşmaq üçün ciddi səy göstərirlər. Beləliklə, göründüyü kimi Orta Asiya həm Asiyanın, həm də Avropa və Amerikanın həyatı maraqlarının əks olunduğu ən əhəmiyyətli bir regiondur ki, burada ayrı-ayrı maraqların kəsişməsi real və gözləniləndir. Bu region Cənubi Qafqaz, Qara və Xəzər dənizi ətrafı ölkələrlə birlikdə «Avrasiya» adlanan əhəmiyyətli geosiyasi və geoiqtisadi məkanı təşkil edir.

Orta Asiyada olduğu kimi, Xəzər – Qara dəniz hövzəsi və Cənubi Qafqazda da bölgənin geosiyasi, geoiqtisadi və strateji hədəfləri uğrun-

da Qərb ölkələri və ABŞ bir tərəfdən, Rusiya, Çin, İran və başqa region dövlətləri isə digər tərəfdən ciddirəqabət aparan NATO-nun və Avropa İttifaqının Şərqə doğru genişlənməsi və Xəzər-Qara dəniz hövzəsi ölkələrinin Qərbin yeni qonşusuna çevrilməsi avtomatik olaraq bu bölgənin Avropanın siyasi, iqtisadi və hərbi maraq dairəsinə düşməsinə səbəb oldu. Rusiya və İran bu bölgədə yeganə ölkələrdir ki, hövzə ölkələrinin Qərbə hərtərəfli inteqrasiyasına mane olmağa və bütün gücləri ilə bu ölkələrin sabit inkişafına əngəllər yaradaraq öz təsirini qorumağa çalışırlar. Onların bu işdə müttəfiqləri Belarus və Ermənistandır.

Hövzə ətrafında demokratik transformasiya iqtisadiyyatın modemləşdirilməsi və liberallaşma kimi transmilli məsələlərdə Orta Asiya ölkə-ləri və Çin də müəyyən qədər Rusiyanın tərəfini saxlayır və Qərbin irəliyə getməsinə maneçilik törətməyə çalışırlar.Qərbin hövzə maraqları və siyasəti ardıcıl olaraq Türkiyə, Azərbaycan, Ukraniya, Gürcüstan və Moldova tərəfindən dəstəklənir.



    1. Yüklə 0,97 Mb.

      Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin