Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Azərbaycan –beynəlxalq elmi texniki əməkdaşlıq



Yüklə 0,97 Mb.
səhifə38/46
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41959
1   ...   34   35   36   37   38   39   40   41   ...   46

Azərbaycan –beynəlxalq elmi texniki əməkdaşlıq


sistemində
Dünya ölkələrində beynəlxalq texnoloji mübadilə prosesi dünya təsərrüfatları milli iqtisadiyyatların inkişaf səviyyəsindən asılı olmayaraq, texniki iqtisadi kateqoriya kimi maşınlı sənayeyə əsaslandığı üçün inkişaf etməkdə olan ölkələrdə texniki biliklər inkişaf etmiş ölkələrdəki istiqamətlərdə inkişaf etmişdir. Xaricdən mədaxil olunan texnoloji biliklər zəif inkişaf etmiş ölkələr uçun tərəqqi yoludur. Son onillilərdə dünya əmtəə ticarəti dövriyyəsində ETT-nin yüksək inkişaf templəri xüsusi əmtəənin–elmi texnoloji biliklərin çəkisini sürətlə

artırmışdır. Bu səbəbdən hazırda dünya ölkələri arasında texnoloji mübadilə prosesi gedir ki, bu mübadilə anlayışı iki əsas xüsusiyyət daşıyır: geniş mənada o, ölkələr arasında istənilən elmi-texniki bilik və təcrübənin mübadiləsi kimi, dar mənada isə konkret texnoloji proses üçün nəzərdə tutulmuş elmi-texniki bilik və təcrübənin mübadiləsi kimi başa düşülür. Texnologiya kommersiya və ya qeyri-kommersiya yolları ilə ötürülür. Geniş mənada texnoloji mübadilə qeyri-kommersiya yolu ilə mübadilə olunur:



  • elmi-texniki kəşflər;

  • sərgi, yarmarka, simpoziumların keçirilməsi;

  • kadr mübadiləsi;

  • mütəxəssis miqrasiyası;

  • tələbə və aspirant hazırlıqları;

  • elm və texnika sferalarında əməkdaşlıq üçün beynəlxalq təşkilatların fəaliyyəti və s. vasitəsilə bu mübadilə prosesi yaranır.

Dar texnoloji mübadilə isə əsasən kommersiya vasitəsilə həyata keçirilir:

  • ixtiralardan istifadə hüquqlarının lisenziya razılaşmaları vasitə- silə ötürülməsi (patent, nou-hau, əmtəə nişanları, sənaye nümunələri, texniki sənədlər):

  • müxtəlif sənaye avadanlıqları;

  • texniki kömək göstərilməsi;

  • incinirinq xidmətləri;

  • mütəxəssis xidmətləri;

  • elmi-texniki və istehsal kommersiyası və s.

Azərbaycanda mövcud elmi-texniki potensial əsasən 3 bölmə üzrə fəaliyyət göstərir. Bunlara Akademiya elm bölməsi, sahə elmi və ali məktəb elmi aiddir. Bunlardan başqa respublikada zavodların nəzdində elmi bölmələr vardır ki, onlar da cəm halında zavod elm bölməsi

adlandırılır. Bu elmi sektorlarda 123 elmi-tədqiqat institutu, 40-dək dövlət və özəl ali məktəb fəaliyyət göstərir.

Elm və elmə xidmət sahəsində 21 min nəfərdən çox elmi və elmi- pedaqoji kadrlar çalışırlar. Bunlarında 9 min nəfəri elmlər namizədi, 4 mindən bir qədər çoxu elmlər doktorudur. Kifayət qədər keyfiyyət xarakteristikana malik elmi-pedoqoji kadrlar fizika-riyaziyyat, kimya, biologiya, genetika və seleksiya, yer elmləri, ictimai elmlər və s. sahələrdə əsaslı və tətbiqi tədqiqatlar yerinə yetirirlər.



Respublikamız bir çox elm sahələrində MDB məkanında aparıcı yer tutur. Alimlərimizin yarımkeçiricilər, müxtəlif aşqarların hazırlanması və s. istiqamətində apardıqları tədqiqatlar dünya alimlərini maraqlandırır. Bütün bunlar alimlərimizin beynəlxalq elmi-exniki əməkdaşlıqda iştirak etmələri üçün böyük potensiala malik olmalarından xəbər verir.

Bazar iqtisadi münasibətləri şəraitində Azərbaycanda fəaliyyət göstərən elmi təşkilatların, xüsusilə Akademiya elm bölməsinin beynəlxalq elmi-texniki əməkdaşlıqda, «NOU-XAU» proqramlarında iştiraki tədqiqat institutlarının maliyyə və material-texniki bazasının möhkəmləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Kifayət qədər güclü elmi kadrlar məhz ən yeni cihaz, aparat və avadanlıqlarla yaxşı təchiz olunduqda aparılan tədqiqatlardan alınan nəticələr daha dəqiq, keyfiyyəti xarakterizə edən göstəricilər baxımından mütərəqqi hesab olunur.



Beynəlxalq elmi-texniki əməkdaşlıqda aparıcı rol oynayan elmi kadrların cihazlarla və ümumi halda texnika ilə silahlanmasını diqqətin gücləndirilməsi ixtiraların, kəşflərin və səmərələşdirici təkliflərin çoxalmasına səbəb olur.

Ölkə ərazisində elmi tədqiqatlardan alınan yeniliklərin hesabına elmi məhsullar bazarı yaranır. Bu bazarda lisenziyaların, patentlərin, müəlliflik hüququ təsdiq edən digər sənədlərin elmi məhsullar bazarında satılması respublikada, həmçinin konkret müəssisələrdə və sair iştirakçılar tərəfindən

əlavə valyuta əldə etməsinə imkan verəcəkdir. Digər tərəfdən elmi məhsullar bazarına xarici valyutaların və investorların axını baş verəcək, əgli əməyin məhsuluna təlabat artmaqla Azərbaycanın beynəlxalq texnologiyalar bazarına verdiyi töhfəsi daha da artacaqdır.




Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin