Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Beynəlxalq elmi-texniki əməkdaşlığın inkişafında beynəlxalq təşkilatların rolu



Yüklə 0,97 Mb.
səhifə37/46
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41959
1   ...   33   34   35   36   37   38   39   40   ...   46

Beynəlxalq elmi-texniki əməkdaşlığın inkişafında beynəlxalq təşkilatların rolu



Elmi texniki əməkdaşlıq beynəlxalq iqtisadi əməkdaşlığın bir forması- dır. Beynəlxalq elmi- texniki əməkdaşlıq hazırda xarici iqtisadi əlaqələrin ən dinamik inkişaf edən sahələrindən biridir.

Beynəlxalq elmi-texniki əməkdaşlığın inkişafında beynəlxalq və regional təşkilatların böyük rolu vardır. Bu sahədə aparıcı yer BMT və onun ixtisaslaşdırılmış qurumlarına məxsusdur. Xüsusilə, Yunesko, Ümumdünya intellektual mülkiyyət hüquqi təşkilati, BMT-nin ticarət və inkişaf üzrə konfransı (YUNKTAD) və. s beynəlxalq elmi-texniki əməkdaşlığın güclənməsində rolu böyükdür.

Beynəlxalq elmi-texniki əməkdaşlıqda qeyd etdiyimiz beynəlxalq təşkilatların rolunu göstərməkdən qabaq bu problemin «NOU- XAU» proqramının əhəmiyyəti haqqında qısaca məlumat verməyi məqsədəuyğun hesab edirik.

«NOU-XAU» anlayışının hərfi mənası bilirəm-demirəm deməkdir. O, ilk dəfə 1916-cı ildə ABŞ-da ailə zəminində baxılmış məhkəmə prosesində işlədilmişdir. Qeyd etmək lazımdır ki, bütün lisenziya müqavilələrinin 50 %-ə qədəri «NOU-XAU»-nun payına düşür. Beynəlxalq səviyyədə «NOU-XAU» proqramının İEOÖ-lər üçün böyük əhəmiyyəti vardır. Çünki, bu proqramla müxtəlif ölkələrdə vacib elmi-texniki işləri yerinə yetirmək üçün maliyyə təminatı lazımı səviyyədə təmin olunur, əldə edilən nəticədən istifadə edən şirkətin, təşkilatın və s. ünvanı dəqiq göstərilir. Deməli, ideyadan konkret elmi biliyinin əldə edilməsinədək mövcud şəkildə işlər ardıcıl aparıldığına görə innovasiya prosesi sürətlənir, elmi-texniki əməkdaşlığın iqtisadiyyatın nəzərdə tutulan sahəsində verdiyi səmərənin yüksəlməsi üçün şərait yaranır.

Beynəlxalq elmi-texniki əməkdaşlığı tənzimləyən qurumların əsas vəzifələrindən biri intellektual mülkiyyət hüququnun qorunmasıdır.

Qeyd edək ki, hər bir ölkədə mülkiyyət hüququnun milli qorunma sistemi nə qədər güclü olsa, bir o qədər həmin ölkəyə müasir texnologiya axını artıq olar.



Aydındır ki, hər bir ölkədə mülkiyyət hüququ milli qanunvericilik yolu ilə müəyyən edilir. Beynəlxalq münasibətlərdə isə bu hüququn

saxlanılması, qorunması və istifadə edilməsi beynəlxalq razılaşmalara, beynəlxalq kodeksə əsaslanır.

Son 100 ildə kifayət qədər belə razılaşmalar əldə edilmişdir. Bu razılaşmaların əksəriyyəti intellektual mülkiyyət hüququ istiqamətini nəzərdə tutur.

Ümumidünya intellektual mülkiyyət hüququ təşkilatı 1967-ci ildə yaradılmışdır. İqamətgahı Cenevrədə yerləşir. 1974-cü ildən BMT–nin ixtisaslaşdırılmış təşkilati hesab edilir. 156 üzvü vardır. Eləcə də 1994-cü ildə ümumdünya ticarət təşkilatı çərçivəsində intellektual mülkiyyət hüququ üzrə çoxtərəfli razılaşma əldə edilmişdir. 1996-cı ildən qüvvədə olan

«intellektual mülkiyyətin ticarəti hüququ» üzrə çoxtərəfli razılaşma fəaliyyət göstərir. Burada inkişaf etməkdə olan ölkələr üçün 2005-2006 illərədək bəzi istisnalar nəzərdə tutulmuşdur.

BMT-nin ticarət və inkişaf üzrə konfransı (YUNKTAD) çərçivəsində texnologiya verilməsi komitəsi, ixraca nəzarət üzrə koordinasiya komitəsi, təhlükəsizlik və texnologiya üzrə mütəxəssislərin müşavirəsi və digər qurumlar intellektual mülkiyyətin qorunmasına zəmin yaradırlar.



    1. Yüklə 0,97 Mb.

      Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin