Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Azərbaycan Respublikasının 1994-1997-ci illərdə bağlandığı bir neçə neft müqavilələrində xarici kompaniyalar



Yüklə 0,97 Mb.
səhifə40/46
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41959
1   ...   36   37   38   39   40   41   42   43   ...   46

Azərbaycan Respublikasının 1994-1997-ci illərdə bağlandığı bir neçə neft müqavilələrində xarici kompaniyalar


onların payı (%-lə)

Muqavilənin adı

və bağlanma tarixi


Olkələr

Kompaniyal

Payları (%-lə


Azəri, Cıraq, Gunəşli (20.09.94)

(“Əsrin muqaviləsi”)


Norvec Səudiyyə Ərəbistanı ABŞ

ABŞ ABŞ ABŞ

Boyuk Britaniya Boyuk Britaniya

Turkiyə


Rusiya Yaponiya

Statol Delta AMOCO

Unocal Exxon Pennzoil BP

Remco TPAO

Lukoil Itochu


8,56

1,68


17,01

10,05


8,0

4,81


17,13

2,08


6,75

10,00


3,92

Qarabağ (11.10.96)



İtaliya Rusiya və İtaliya

ABŞ


Rusiya

Agip Luk Agip Pennzoil

Lukoil


5,0

45,0


30,0

12,5


Lənkəran-Dəniz Talış-Dəniz (01.13.97)

Fransa Fransa İran

Almaniya

Elf Acquitaine

Total


20,0

10,0


10,0

10,0

    1. Xəzər nefti geosyasət və region maraqları çərçivəsində: Xəzərin hüquqi statusu

Xəzərin sahilində XVIII əsrin sonlarından başlayaraq, Azərbaycana məxsus tarixi ərazilər, Dərbənd, Bakı, Rəşt, Mazandərən, Astara kimi şəhər və xanlıq mərkəzləri, türk xalq və etnoslarının məskunlaşdığı xəzərətrafı məkanlar uğrunda – Rusiya, Osmanlı və Böyük Britaniya imperiyaları arasında mühəribələr olmuşdur. Xəzərsahili ərazilərin “hüquqi statusu və mənsubiyyəti” ilə bağlı ilk sənəd Rusiya ilə İran arasında rus çarı I Pyoturun 1722-1723-cü illərdə 80 min qoşunla Xəzər hövzəsinə ilk yürüşü və işğalından sonra (Dərbənd, Bakı, Pəşt, Şirvan, Gilan, Mazandərən) Sankt-Peterburqda imzalanmışdır. Xəzərətrafı Azərbaycan torpaqlarının statusu ilə bağlı Rusiya və İran arasında növbəti saziş 1732-ci ildə Rəşt şəhərində imzalanmışdır. Bu sazişə görə, Rusiya İranla 1722-1723-cü illər müharibəsi zamanı ələ keçirdiyi Xəzərin Cənub sahillərini geri qaytarır və əvəzində Xəzər dənizində sərbəst üzmək, İranla məhdudiyyətsiz ticarət aparmaq hüququ əldə edirdi.

1813-cü ildə Gülüstanda, 1921-ci ilin 26 fevralında Rusiya ilə İran arasında (25 mart 1940-cı ildə isə SSRİ ilə İran arasında Xəzər dənizində yalnız Rusiya və İran gəmi saxlaya, sərbəst üzə və balıqçılıqla məşğul ola bilərdilər. Müqavilədə SSRİ-nin Xəzərdəki payı 86%, İranınkı isə 14% müəyyənləşmişdir), 1929-cu ildə Osmanlı imperatorluğu ilə və 1828-ci ildə Türkmənçayda Xəzərin Cənub və Şimal sahilləri də daxil olmaqla iki hissəyə ayrılmasını və bölüşdürülməsini rəsmiləşdirən, onun “hüquqi mənsubiyyətini” müəyyənləşdirən növbəti beynəlxalq sazişlər rəsmiləşmişdir. Xəzərin hüquqi statusu ilə bağlı 1921 ci il Rusiya-İran müqaviləsi SSRİ yaradılandan sonra da, 1931-ci ilə qədər öz hüquqi

qüvvəsini olduğu kimi saxlamış və müvafiq olaraq SSRİ-İran razılaşması kimi fəaliyyət göstərmişdir.

27 oktyabr 1931-ci ildə iki Xəzəryanı ölkə olan SSRİ və İran arasında “Xəzər dənizinə daxil olma, ticarət və gəmiçilik” haqqında imzalanmış Konvensiyanın 16-cı maddəsində qeyd edilir ki, Xəzər dənizi yalnız onun sahillərində yerləşən SSRİ və İrana məxsusdur. Bu səbəbdən də onun sularında yalnız bu ölkələrə məxsus, yaxud onların bayrağı altında üzən gəmilər daxil ola bilərdi.

Mütəxəssislərin fikrinə görə, bu müqavilə faktiki olaraq Rusiya və İranın xarici ölkələrə qarşı birgə mübarizə aparmaq haqda “strateji müttəfiqliyini” təsbit edərək, Xəzəri yalnız iki ölkənin birgə istifadə edə biləcəyi geosiyasi məkana və daxili dənizə çevirirdi. Xəzərin statusu ilə bağlı Rusiyanın 1992-ci ildən sonrakı mövqeyini iki əsas mərhələyə :

–1992-95-ci illərdə “Rusiyanın öz geosiyasi maraqlarını xarici ölkələrin ərazisində axtarması” “post-imperiya” yanaşması.

– 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın Qərbdəki, Qərbin isə Xəzər hövzəsindəki mövqelərinin möhkəmlədərək, rəsmi Bakı Rusiya ilə İranı real geosiyasi vəziyyət qarşısında qoydu.

Xəzər dənizi dünyada mühüm geosiyasi əhəmiyyətinə və zəngin karbohidrogen ehtiyatlarına görə seçilən bölgələrdən biridir.

Xəzərin hüquqi statusuna dair ölkələr arasında uzun müddət qeyri- müəyyən vəziyyətin hökm sürməsində Türkmənistanın nümayiş etdirdiyi rəsmi mövqenin də mühüm rolu olmuşdur. Məlum olduğu kimi, Türkmənistan bölgədə, ilk növbədə, özünün dünya əhəmiyyətli zəngin təbii qaz ehtiyatları ilə tanınır. Xəzərin statusu və Qərb investisiyalarının bölgəyə gəlməsinə münasibətdə Türkmənistanın maraqları və mövqeyi Azərbaycanınkı ilə tam üst-üstə düşür. Düzdür, bu ümumilik yalnız xarici şirkətlərlə birgə iş aparmaq və öz məhsullarını sərbəst şəkildə dünya bazarlarına çıxarmaq ehtiyacında müşahidə olunur.

Türkməninstan Xəzərin hüquqi statusu məsələsində ilk dövrlərdə Rusiya və İranla birləşərək: “Xəzər beş ölkənin daxili gölüdür və burada heç bir xarici dövlət yaxud region ölkəsi təkbaşına, hamının razılığını almadan hər hansı bir iş apara bilməz” bəyanatını vermişdi. Həmin dövrdə Türkmənistan Xəzərdə təkbaşına fəaliyyətin əleyhinə çıxış etməklə yanaşı, 1993-cü ildə ölkənin dövlət sərəhdləri haqqında qəbul etdiyi qanunvericilik aktlarında Xəzərin sahil ərazilərini (“Dəniz hüquqları haqqında” BMT Konvensiyasına əsaslanaraq) “Türkmənistanın milli ərazisi”, orta xəttinə qədər olan digər su hövzəsini isə “iqtisadi zona” elan etmişdi. Bu hadisədən cəmi bir il keçməmiş Rusiya prezidenti B.Yeltsiinin “Xəzərin nə dibi, nə də su səthi heç kim




tərəfindən bölünə bilməz.” fiikrləri Türkmənistan tərəfindən dəstəkləndi. Rusiya barışmaz aqressiv münasibət mövqeyi nümayiş edərək, bəhs olunan dövrdəki tələbindən belə bir məntiqi nəticə ortaya çıxırdı ki,



Xəzərdə iqtisadi fəaliyyətlə məşğul olmaq istəyən hər bir sahilyanı ölkə öz addımlarını Moskva və Tehranla razılaşdırmalı idi. Beləliklə, Rusiya və İranın xarici ölkələrə qarşı birgə mübarizə aparmaq haqda “strateji müttəfiqliyini” təsbit edərək, Xəzəri yalnız iki ölkənin birgə istifadə edə biləcəyi geosiyasi məkana və daxili dənizə çevirirdi. Razılaşmaya müvafiq olaraq Xəzərin Cənubunda İran, qalan bütün sahillərində isə sovet Rusiyası ətraf ərazilərin və xalqların taleyini istədiyi kimi həll etmək imkanı qazanırdı.

  1. əsrin son onilliyində beynəlxalq aləmdə gedən ictimai-siyasi proseslər tək qütblü dünya nizamının yaranması, qloballaşma və s. nəticəsində Xəzər dənizi və Qafqaz regionu yenidən öz əhəmiyyətinə görə dünya siyasətinin əsas hədəflərindən birinə çevrilmişdir.

SSRİ-nin dağılması və Azərbaycan, Qazaxıstan, Türkmənistan və Rusiya kimi yeni müstəqil dövlətlərin yaranması ilə Xəzəryanı dövlətlərin sayı beş olmuşdur. Hazırda bu dövlətlər öz iqtisadi və siyasi maraqlarını nəzərə alaraq, Xəzərdən istifadənin özlərinə sərfəli variantlarını irəli sürürlər. Bəzi dövlətlər Xəzər sahiyanı dövlətlərin birgə istifadə etməli olduğunu, digər ölkələr Xəzər dənizinin dünya praktikasına uyğun olaraq sektorlara bölgüsü prinsipini təklif edir. Hazırda Rusiya, Qazaxıstan və Azərbaycan arasında dənizin dibinin milli sektorlara bölgüsü haqqında müqavilə bağlansa da, Xəzərin statusu məsələsi hələ ki, həll olunmayıb. İran və Türkmənistanın Xəzərin hüquqi statusu məsələsində nümayiş etdirdiyifərqli (qeyri konstruktiv) mövqe aradan qalxmamış, bu iki dövlətin dənizin Azərbaycan sektorunda yerləşən bəzi yataqlara olan iddeaları Xəzəryanı dövlətlər arasında münasibətləri bir qədər də gərginləşdirmişdir.

Xəzərin hüquqi statusu beynəlxalq məsələdir və bu müstəvidə ilk növbədə dünyanın aparıcı dövlətləri olan ABŞ və Rusiyanın, Avropa və bəzi Asiya dövlətlərinin, o cümlədən region ölkələrinin maraqları kəsişir.

Xəzərin hazırki statusu fevralın 26-da imzalanmış Rusiya İran dostluq müqaviləsi, həmçinin 1940-cı il martın 25-də SSRİ ilə İran arasında imzalanmış Ticarət və Gəmiçilik haqqında (Sudaüzmə) Sazişə əsasən tənzimlənir. Həmin bölgüdə sərhədləri Astaradan (Azərbaycan) Həsənqulu (Türkmənistan) adlanan yaşayış məskəninə qədər olan düz xətt üzrə İrana 14 % ,SSRİ-yə isə 86% pay düşmüşdür. SSRİ isə öz daxili qaydaları ilə orta xətt prinsipi üzrə xəzər dənizini dörd respublika arasında Rusiya (19%), Qazaxıstan (30%), Azərbaycan (21%) və Türkmənistan (16%) milli sektora bölünmüş və respublikaların su sərhədlərini müəyyən etmişdir.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov – Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Qazaxıstanın paytaxtı Astanada keçirilən görüşündə bildirmişdir: "Ümid edirik ki, çoxillik əməyin nəticəsi Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyəti və əməkdaşlığı üçün hərtərəfli hüquqi əsas yaradacaq. Xəzəryanı dövlətlərin əməkdaşlığı üçün hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə ticarət-iqtisadi, nəqliyyat-logistika və ekoloji sahələrdə, həmçinin təhlükəsizlik məsələ- ləri ilə bağlı bir sıra sahəvi saziş layihələri irəli sürülüb. Biz bu layihələrin müzakirəsi və razılaşdırılmasında fəal iştirak edirik, bununla yanaşı müvafiq Konvensiyanın qəbulunadək Xəzər dənizinin hüquqi statusunu əvvəlcədən müəyyən edə bilən müddəalara malik sənəd layihələrinin müzakirəsini vaxtından əvvəl hesab edirik. Biz o nöqteyi- nəzərdən çıxış edirik ki, təklif olunan bütün sahəvi saziş layihələrinin müzakirəsi bütün beş Xəzəryanı dövlətin iştirakı ilə aparılmalıdır".



    1. Yüklə 0,97 Mb.

      Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin