Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Azərbaycanın neft sənayesində yeni eranın başlanması



Yüklə 0,97 Mb.
səhifə42/46
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41959
1   ...   38   39   40   41   42   43   44   45   46

Azərbaycanın neft sənayesində yeni eranın başlanması





  1. əsr tarixə qloballaşma, ölkələrin və xalqların sivilizasiyasının bütövləşməsi kimi daxil olmuşdur. Qloballaşma mədəni, iqtisadi, siyasi və tarixi prosesləri öz cazibəsində saxlayaraq arxasınca aparır. Beləliklə, yeni əsri yeni eranın başlanğıcı hesab etmək olar. Azərbaycanın dünya təsərrüfat sisteminə inteqrasiyası sürətləndikcə qlobal iqtisadi proseslər də genişlənməkdədir. Son 20 ildə dünyada gedən sosial iqtisadi və siyasi dəyişikliklər bütün sahələrdə olduğu kimi Azərbaycanda da öz təsirini göstərməkdədir. Dünya ölkələrinin iqtisadi inkişafının əsas məqsədi – yaşayış tərzinin yaxşılaşması və iqtisadi durumu inkişaf etdirməkdi. Dünya ölkələrinin təcrübəsindən məlumdur ki, qloballaşma anlayışı bir proses kimi bütün sahələrdə özünün təzahürləri, təsirləri və mahiyyəti ilə insanların beyninə, həyat fəaliyyətinə və yaşam tərzinə nüfuz etməkdədir. Qloballaşma yeni dünya sahmadı da adlanır. Rumın- yanın sabiq prezidenti dunya haqqında fikri olduqca maraq doğurur: “Dünya Allahın adıdır”. Fitsceraltd Skottun bir məqaləsində yazdığı kimi “Coxdan anlamaq lazımdır ki, bu dünyada hər şey ümidsizdir, lakin onu dəyişmək üçün qətiyyəti itirməmək lazımdı”. XX əsrin sonu XXI əsrin əvvəli qloballaşma problemlərinə diqqət cəlb edir ki, bunun nəticəsində digər ölkələrin milli həyatının bir cox aspektləri ilə ümumdünya kontekstində nəzərdən keçirilir. Azərbaycan üçün yeni eranın başlanması neft sənayesi ilə əlaqədardır.

«Əsrin müqaviləsi»ni bağlamaqla respublikamız beynəlxalq aləmdə nümayiş etdirdi ki, o, dünyanın bütün transmilli korporasiyaları ücün acıqdır. Məhz bu amil beynəlxalq transmilli korporasiyaların respubli- kamıza gəlməsində, iqtisadiyyatın müxtəlif sahələrinə investi-siya qoymalarını marağının son dərəcə güçlənməsində flaqman rolunu oyna- dı. Müqavilə xalqımızın öz sərvətlərinə sahib olduğunu dünyada nüma- yiş etdirdi. «Əsrin müqaviləsi»ni imzalamaqla Azərbayçan respublikası

ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük neft və digər istiqamətli transmilli korporasiyaları arasında sıx əlaqələr yarandı. Azərbayçan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası ücün ilkin əsas yaradıldı. Bu isə son illərdə respublikaya investisiya axını ücün böyük yol acdı, digər sahələrdə calışan şirkətlərin də Azərbayçanda fəaliyyət göstərməsi ücün zəmin yaratdı.

Bu mütərəqqi meyllərin nətiçəsidir ki, 1996-çı ildən etibarən respublika iqtisadiyyatında çanlanma başlandı, ümumi daxili məhsulun istehsalında və digər makro göstəriçilərdə artım özünü biruzə verdi ki, bu vəziyyət 1999-çu ildədə inamla davam etdi və 2006-çı ildə ÜDM-un artımı 34 %-ə catmışdır.

1999-cu ildə bütün mənbələrdən istifadə edilmiş investisiyaların ümumihəçmi 2252,9 mlrd. manat olmuşdur. 2006-çı ildə isə qoyulmuş çəmi investisiyanın həçmi 6,0 mlrd. dollar təşkil edib ki, bunun da təxminən 73 %-i xariçi investorların, o çümlədən transmilli korpo- rasiyaların payına düşür. Qoyulan ümumi investisiyanın 50,9 %-i sənayenin, o çümlədən neft və qaz hasilatına yönəlmişdir ki, bu da əsasən xariçi şirkətlərin hesabına olmuşdur. Azərbayçan prezidenti H.Ə.Əliyev tərəfindən həyata kecirilən iqtisadi siyasətin parlaq nəticə- sinin davamı kimi «Əsrin müqaviləsi»ndən sonra 4 xariçi şirkətlə 1995- çi ildə yeni müqavilə bağlandı.bu müqaviləyə görə dünyada tanınan Penzoyl, Lukoyl, LukAÇİP, AÇİP və ARDNŞ-nin iştirakı ilə neft sektorunda, o çümlədən «Qarabağ» yatağının mənimsənilməsi istiqamə- tində işlər başlandı. Həmin müqaviləyə görə pay bölgüsü aşağıdakı kimi qəbul edilmişdir ( çədvəl- 22 )



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin