Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Fəsil 8. Dünya ölkələrinin enerji siyasəti və Azərbaycanın yeni neft strategiyası



Yüklə 0,97 Mb.
səhifə39/46
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41959
1   ...   35   36   37   38   39   40   41   42   ...   46

Fəsil 8. Dünya ölkələrinin enerji siyasəti və Azərbaycanın yeni neft strategiyası


    1. Azərbaycanın dünnyanın aparıcı ölkələri ilə iqtisadi əlaqələrində Xəzər neftinin rolu.

Azərbaycan Respublikası əlverişli coğrafi mövqeyi, olan hava, su, dəmiryolu, avtomobil nəqliyyatı, neft və qaz kəmərləri ilə inkişaf etmiş beynəlxalq əhəmiyyətli dünya təsərrüfat sisteminə səmərəli inteqrasiya xüsusiyyətlərinə malikdir. Həmçinin, Azərbaycan mineral-xammal ehtiyatları, məhsuldar torpaq sahələri, əlverişli təbii-iqlim şəraiti ilə xarici investorları cəlb edən regiondur. İqtisadi sistemlər arenasında qarşılıqlı əlaqəni təmin edən əsas xüsusiyyət iqtisadi əlaqələrdi. İqtisadi əlaqələrin 20-dən cox forması mövcuddur. Azərbaycanın dünya müasir iqtisadiyyatında yeri, beynəlxalq təşkilatlarla əlaqələri xüsusilə də xarici şirkətlərlə bağlanmış neft müqavilələri dünyanın siyasi müzakirə obyektinə çevrilib. Son illərin təhlilləri deməyə əsas verir ki, 2005 ci ilə qədər iqtisadi artım əsas fondlara qoyulan kapital qoyuluşu, 2005 ci ildən sonra isə xarici ticarət hesabına əldə olunmuşdur. Azərbaycanda iqtisadi artıma hərəkətverici xüsusiyyətləri belə qruplaşdırmaq olar:



  1. Turizm gəlirləri,

  2. Manatın xarici valyutalara, xüsusilə ABŞ dolları və avroya nisbətdə məzənnəsinin dəyişməsi;

  3. Xarici ticarətin həcminin artması;

  4. Xarici investisiya qoyuluşları;

  5. Xidmətlər ticarətinin, xüsusilə nəqliyyat daşınmalarının artması.

Neftin dünya qiymətinin artan istiqamətdə dəyişməsi və Azərbaycandan xarici ölkələrə satılmasına görə neft məhsulları ilə, iki struktur – Dövlət Neft Şirkəti və “Azneftyağ” İstehsalat birliyi məşğul olmuşdur. İxrac edilmiş neft məhsullarının təxminən 1,02 milyon tonu (48,19%) Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsinin, 1,06 milyon tonu isə (50,24%) “Azneftyağ”- ın payına düşmüşdür. Ümumiyyətlə götürdükdə XXI əsrin əvvəllərində xarici iqtisadi əlaqələrlə 7466 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 2789- u dövlət və özəl müəssisə, 4677-i isə fiziki şəxslərin payına düşür. (cədvəl -19)


ŞİRKƏTLƏR

İnvestitsiya payı

Britiş Petroleum (Böyük Britaniya) Amoko (Amerika Birləşmiş Ştatları) Yukoyl (Rusiya)

Penzoil (Amerika Birləşmiş Ştatları) Eksson (Amerika Birləşmiş Ştatları) Staboyl (Norveç)

İtocu Slodzi (Yaponiya) Remko Enerji (Qrup Böyük Britaniya) Yunokal (Amerika Birləşmiş Ştatları)

Turkiş petroleum Cor. (Türkiyə) Delta Nimir Xəzər (Səudiyyə Ərəbistan)

ARDNŞ (Azərbaycan)


17,12 %

17,01 %


10 %

4,81 %


8,0 %

8, 56 %


3,92 %

2,08 %


10,05 %

6,75 %


1, 68 %

10 %


Neftçıxarma sənayesinə və onunla bağlı digər sahələrə 30 milyard ABŞ dolları həcmində investisiya qoyulması haqqında dünyanın Böyük Britaniya, ABŞ, Fransa, İtaliya, İran, Yaponiya, Norveç, Türkiyə, Səudiyyə Ərəbistanı, Rusiya və s. kimi aparıcı dövlətlərinin neft şirkətləri ilə kontranktlar bağlanmış və bu iş indi də davam etməkdədir. Xəzər dənizinin Azərbaycan bölməsi, mütəxəssislərin fikrinə görə dünyanın ən perspektivli neft və qazla zəngin olan hövzələrindən biri sayılır və göstərilir ki, burada neft, qaz və kondensatın ümumi ehtiyatı 8 milyard ton şərti yanacaqdan çoxdur. Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın xarici siyasətinin təməl prinsiplərindən biri kimi ölkəmizin milli maraqlarını və xarici dövlətlərin qarşılıqlı mənafeyini nəzərə almaqla Azərbaycanın neft ehtiyatlarına maraq göstərən hər bir ölkə ilə qarşılıqlı-faydalı əməkdaşığa hazır olduğunu bəyan etmişdi. Əsas məqsəd ölkənin mövcud sərvətlərinə, o cümlədən zəngin neft və qaz yataqlarına sahib olmaq, onlardan dövlətin möhkəmlənməsi, əhalinin həyat səraitinin yaxşılaşması və ölkənin beynəlxalq mövqelərinin güclənməsi istiqamətində düzgün istifadə etmək idi. Azərbaycan rəhbərliyi Respublikanın zəngin karbohidrogen ehtiyatlarının mənimsənilməsinə daha çox ölkəni, xüsusən Qərb dövlətlərini, ABŞ-ı,Yaponiyanı, regionda xüsusi rolu olan Rusiyanı, Türkiyə və İranı cəlb etmək istəyirdi. 1994-1997-ci illərdə 9 iri beynəlxalq neft kontraktı və onlardan ən irisi “Əsrin kontraktı” bağlanmışdır. Bu kontrakt Azəri-Çıraq yataqlarının və Günəşli yatağının dərin su qatlarında yerləşən hissəsinin işlənməsi üçün yeddi xarici ölkələrin neft kompaniyalarını və ümumi şəkildə bu kontraktda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə yanaşı 11 xarici neft kompaniyası iştirak edir. Bu kontrakta görə 30 il müddətinə yataqlardan 500-600 milyon ton neft və 200 milyard kubmetrdən də çox qaz çıxarılacağı proqnozlaşdırılmışdır. “Əsrin kontraktı” 7,5 milyard ABŞ dolları məbləğində vəsait tələb edir. Qoyulan şərtlərə görə

investisiya xərcləri ilk 8-10 il ərzində ödənilməlidir. ABŞ-ın sabiq prezidenti Bill Klintonun 1994-cü il sentiyabrın 20-də göndərdiyi teleqramda deyilirdi: «Birləşmiş Ştatlar tarixində bu tipli sazişlər arasında ən böyüyü olan bu müqaviləni alqışlayır. O, bütün tərəflər üçün mənfəətli olacaq ölkələrimizin arasında artmaqda olan iqtisadi-ticarət əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəkdir». Kontraktdan əldə edilən gəlirin məbləğinin 80 milyard olacağı gözlənilir ki, onun da 50%- i respublikanın sərəncamında qalmalıdır. Çıraq yatağından ilkin neft şimal kəməri ilə Novorossiyski terminalına və oradan da dünya neft bazarına çatdırılmışdır. Bakı-Supsa neft kəməri tikilib istismara verilmişdir. Bu kəmərlərlə ildə 20 milyon ton neft ixrac etmək mümkündür.

Müqavilələr “pay bölgüsü” prinsipinə əsasən bağlanır və hər bir kompaniyanın payı ayrıca olaraq qabaqcadan təyin edilir. Əyanilik üçün aşağıdakı cədvəldə 1994-1997-ci illərdə bağlanmış bir neçə neft müqaviləsinin adı, iştirak edən ölkələrin siyahısı və “məhsulun pay bölgüsü” ündə faizlə payı qeyd edilmişdir. (Cədvəl - 20)


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin