Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Beynəlxalq elmi texniki mübadilə - BİM-in bir formasıdır. Texnoloji tədiyyə balansı



Yüklə 0,97 Mb.
səhifə35/46
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41959
1   ...   31   32   33   34   35   36   37   38   ...   46

Beynəlxalq elmi texniki mübadilə - BİM-in bir formasıdır. Texnoloji tədiyyə balansı

Azərbaycanın iqtisadi artımın inkişaf etməsi, investisiya mühitinin yaxşılaşması və dünya bazarları ilə alqı və satqısı ilə əlaqədar valyuta

daxil olmalarının və kapital axınının genişlənməsi texnoloji tədiyyə balansını əhəmiyyətli dərəcədə yaxşılaşmasına zəmin yaradır. Tədiyyə balansının tərkib hissəsini əməliyyatlar hesabı təşkil edərək, vəziyyəti – valyuta məzənnəsinin dəyişməsinə, valyuta ehtiyatlarına, xarici borclara və ümumiyyətlə iqtisadi siyasətin istiqamətinə təsir göstərir. Azərbaycan Respublikası Mərkəzi Bankının metodoloji izahında göstərilir ki, tədiyyə balansı – başqa ölkələrdən daxıl olan pulun, ümumi məbləği ilə digər ölkələrə pul tədiyyələrinin məbləği arasındakı fərqdir. Tədiyə balansı isə bir termin kimi dövriyyəyə ingilis iqtisadçısı Con Stüart-Mill tərəfindən daxil edilmişdir. Həmin vaxtlarda balans ilk növbədə fiskal rolu yerinə yetirirdi. Özünün müasir formasında isə tədiyə balansı əsas makroiqtisadi siyasət elementlərinin hazırlanması zamanı vacib orientir rolunda çıxış edir. Azərbaycanda tədiyyə balansının strukturu.

Texnologiya və informasiya həm istehsal amili kimi həm də istehsalın nəticəsi kimi BİM-nin xüsusi sferasıdır. Müasir dövrdə bu yeni istehsal amili forması öz əhəmiyyətinə görə həm “kapital”, həm “torpaq”, həm “əmək” və həmçinin “sahibkar təşəbbüskarlığından” üstündür, çünki onları əlaqələndirən element kimi çıxış edir ki, onlarsız geniş təkrar istehsal baş verə bilməz. Dünya iqtisadiyyatında onların rolu günbəgün artır, şirkətlərin beynəlxalq rəqabətqabiliyyətliliyi onlardan asılıdır. “Texnologiya” termini yunan sözü olan “texne” sözündən əmələ gəlmişdir, mənası ustalıq, incəsənət və bacarıq deməkdir. Texnologiya - müəyyən bir işi müəyyən tərzdə, müəyyən üsullarla yerinə yetirmək və ya hazırlamaq üçün lazım olan bilik və bacarıqdan ibarətdir. Ölkələrin iqtisadiyyatlarının qarşılıqlı asılılığının güclənməsi, makro və mikro səviyyələrdə inteqrasiya proseslərinin inkişafı, dünya təsərrüfatının iqtisadi inkişaf qanunauyğunluqlarından və texnologiyalar mübadiləsinin inkişafından irəli gəlir.



Beynəlxalq iqtisadi inteqrasiyanın əsasında beynəlxalq əmək bölgüsü və təsərüfatçılıq sübyüktinin iqtisadi maraqları dayanır. İqtisadi inteqrasiyanı bir mənalı şəkildə, ancaq kortəbii bazar və yaxud da şüurlü tənzimolunan proses kimi nəzərdən keçirmək olmaz. Texnoloji tədiyyə balansı ölkənin xarici ölkələrlə texnoloji mübadiləsinin kompleks qiymətləndirilməsində mühüm rol oynasa da müəyyən nöqsanlara malikdir. Belə ki, həmin balansın mənfi saldoya malik olması heç də həmin ölkənin iqtisadi inkişaf səviyyəsinin və rəqabət qabiliyyətinin aşağı olduğunu əks etdirmir. Son illər əksər inkişaf etmiş ölkələrdə və yeni sənaye ölkələrində texnoloji tədiyyə balansı üzrə daxil olmaların və ödənişlərin kəsgin artması müşahidə olunur. Texnoloji tədiyyə balansın nəticələri isə bu ölkələrdə müxtəlifdir. ABŞ-dan fərqli olaraq Avropa ittifaqı, hətta Yaponiya texnoloji tədiyyə balansı üzrə son illər mənfi saldoya malikdirlər ki, bu da xaricdən texnologiya gətirilməsini əks etdirir. Beynəlxalq texnologiya mübadiləsində yüksək texnoloji məhsulaların xüsusi çəkisi günügündən artmaqdadır. İqtisadi inkişaf və əməkdaşlıq təşkilatın məlumatlarına əsasən inkişaf etmiş ölkələrdə yüksək texnoloji məhsulların ixracı hər orta hesabla 7% artır. Yaponiya və İrlandiyada yüksək və orta texnoloji məhsullar ümumi ixracın 80% -ni təşkil edir. Böyük Britaniya, ABŞ, Koreya, İsveşrədə ixracının 45% xalis yüksək texnoloji məhsullardan ibarətdir. Bu hal həmin ölkələrdə elmi-texniki inkişafın sürətlə getməsindən irəli gəlmir. Bu ölkələr ABŞ-dan iri həcmli detallar idxal edirlər və onu komplektləşdirərək xarici hazır məhsullar bazarına ixrac edirlər. Yüksək texnoloji məhsulların beynəlxalq ticarəti texnologiyanın beynəlxalq mübadiləsinin forması kimi çıxış edir. Beləki yüksək texnoloji məhsullar yüksək elmi-texniki biliklərin maddiləşmiş forması olaraq bir ölkədən digərinə ticarət yolu ilə ötürülür və belə texnologiya işləmək müəyyən hazırlıq, ixtisaskeçmə kimi əlavə xidmətlərin alınmasını da nəzərdə tutur. Burada alıcı texnologiyanın lahiyələndirilməsi quraşdırılması,

sazlanması və işə salınması və s. əməliyyatları alqı müqaviləsinə daxil edir ki, bu onun dəyərini artırır. Müasir dövrdə beynəlxalq informasiya- texnoloji kooperasiyanın mühüm forması kimi ofşor proqramlaşdırma geniş yayılmışdır. OP milli soft-kompaniyaların (komyütürlərin proqramlarının hazırlanması, yenidən işlənməsi,təkmilləşdirilməsi və yayılması ilə məşğul olan şirkətlər) xarici bazarların proqram təminatı fəaliyyətini həyata keçirməsidir. Bunula belə dövlətlər bu sahəni inkişaf etdirmək məqsədilə belə şitkətlər üçün güzəştli fəaliyyət şəraiti yaradırlar, texnoparklar təşkil edirlər, kömrük rüsumlarısız bu sahə üçün lazım olan avadanlıqların gətirilməsi, gəlir vergisindən azad edilmə və s. Ofşor proqramlaşdırmanın istehlakçıları əsasən inkişaf etmiş ölkələr ABŞ və AB ölkələridir. Onun istehsalçıları isə inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələr hesab olunur. Bu sahədə liderlik Hindistan proqramistlərinə məxsusdur. Güclü proqramlaşdırma mərkəzləri Tayvanda, Sinqapurda, Malaziyada, İrlandiyada, Braziliyada fəaliyyət göstərir.




    1. Yüklə 0,97 Mb.

      Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin