Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Fəsil 7. Elm və texnika sahəsində ölkələrin əməkdaşliği və beynəlxalq münasibətləri



Yüklə 0,97 Mb.
səhifə34/46
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41959
1   ...   30   31   32   33   34   35   36   37   ...   46

Fəsil 7. Elm və texnika sahəsində ölkələrin əməkdaşliği və beynəlxalq münasibətləri


    1. Beynəlxalq elmi-texniki əməkdaşlığın mahiyyəti onu doğuran səbəblər




  1. əsrin ikinci yarısında biznesin inkişafı və dövlətlərarası münasibətlər iqtisadi rəqabətin beynəlmiləşməsinə və qloballaşmasına zəmin yaratdı. İnkişaf etmiş ölkələrdə elmi texniki tərəqqinin inkişaf etməsi nəticəsində kapitalın inhisarlaşması öz yüksək həddinə catmışdır. C.Hiksin modelinə görə, texniki tərəqqinin neytral, əməyə qənaət edən və kapitala qənaət edən formaları mövcuddur.

Dünya elmi texnoloji məkanın formalaşması kimi dünyada elmi innovasiya infrastrukturunun tərkib hissəsi olan standartların, sertifikasiya sisteminin, intellektual mülkiyyət hüquqlarını qorumaq mexanizminin unifikasiyası sahəsində mühüm addımlar atılmışdır. Elmi texniki tərəqqinin beynəlxalq ticarətdə əhəmiyyətli və ən aparıcı amillərdən birinə çevrilməsi, inkişaf etmiş ölkələrin ixracatının artması, həmin sahələrdə qabaqcıl texnologiyanın intensiv tətbiq edilməsinin nəticəsidir. 1961 ci ildə ABŞ iqtisadçısı M.Pozner tərəfindən irəli sürülmüş –Texnoloji uçurum nəzəriyyəsinə görə - malların ilk ixracatçıları zaman keçdikcə texnologiya təqlid yolu ilə sərbəst bir mal statusuna gələrək, mütəmadi olaraq yeni

texnika və texnologiyaların yaradılması başverdiyi üçün texnoloji üstünlük bir maldan başqa mala, bir dövlətdən başqa dövlətə keçir və davam edir.

Bu nəzəriyyənin davamçısı olan Raymond Vernona görə isə texnoloji yeniliklər və yeni malların işlənməsi inkişaf etmiş sənaye ölkələrində baş verir.

Beynəlxalq iqtisadiyyat çərçivəsində texnologiyaya – beynəlxalq ticarət kimi istehsal amilinin beynəlxalq hərəkəti kimi həmçinin, texnologiyaya əməklə yanaşı insan resursu kimi də baxmaq olar.

Praktiki məqsədlərin əldə edilməsi üçün texnologiya elmi metodlardan ibarət olur və bura adətən üç qrup texnologiyalar aid edilir:


  1. Məhsul texnologiyası;

  2. Proses texnologiyası;

  3. İdarəetmə texnologiyası.

Texnologiyanın beynəlxalq hərəkəti həm patentlərlə, lisenziyalarla, həm də, texnoloji tutumlu əmtəələrlə ticarət formasında həyata keçirilə bilər. ikinci halda texnologiyanın bir istehsal amili kimi beynəlxalq hərəkətini digər əmtəələrlə ticarətdən fərqləndirmək statistik baxımdan qeyri-mümkündür.

Elmi-texniki nailiyyətlərin kommersiya və ya ödənişsiz əsasda dövlətlərarası hərəkəti –Texnologiyaların beynəlxalq hərəkəti dir.

Beynəlxalq iqtisadiyyatda texnologiya daşıyıcısı kimi əmtəələr və digər istehsal amilləri çıxış edə bilər:


  • əmtəə – yüksək texnologiya əsasında istehsal edilmiş əmtəələrlə beynəlxalq ticarət zamanı;

  • kapital – yüksək texnologiya əsasında istehsal edilmiş kapital tutumlu əmtəələrlə beynəlxalq ticarət zamanı;

  • əmək – yüksək ixtisaslı elmi-texniki kadrların beynəlxalq miqrasiyası zamanı;

  • torpaq – əldə edilməsi üçün ən yeni elmi-texniki nailiyyətlərdən istifadə edilmiş təbii resurslarla ticarət zamanı.

Texnologiyalarla beynəlxalq mübadilə XX əsrin əvvəllərindən etibarən məlumdur, lakin dünya texnologiyalar bazarı 1950-1960-cı illərdə formalaşmışdır. Məhz bu müddətə texnologiyalarla beynəlxalq kommersiya əməliyyatlarının həcmi milli mübadilənin masştabını üstələmişdir.

Beynəlxalq istehsal və elmi-texniki əməkdaşlığı şərtləndirən amilləri şərti olaraq iki qrupa bölmək olar:



  • ölkələr səviyyəsində ola amillər;

  • firma, müəssisə və təşkilatlar səviyyəsində olan lokal amillər.

Elə buna görə də bütün dövlətlər hər il ümumi milli gəlirin müəyyən hissəsini elmi-texniki işlərin aparılmasına, ilk növbədə məqsədli fundamental tədqiqatların yerinə yetirilməsinə yönəldirlər. Bu yanaşmanı şərtləndirən başlıca səbəb elmi-texniki əməkdaşlığın əsasında cəmiyyətin hərəkət verici qüvvəsi hesab olunan elmidir. Elmin bəşəriyyətin inkişafında həlledici roluna vaxtı ilə Məhəmməd Peyğəmbərimiz (s.a.s.) böyük qiymət verərək qeyd etmişdi ki, alim ölərsə el də ölər. Statistik rəqəmlərdən göründüyü kimi 2005-ci ildə dünyada ETTKİ-nə ayrılan xərclərin dünya üzrə ümumi milli məhsulda payı 2, 75 % təşkil etmişdir. Bu göstərici inkişaf etmiş sənaye ölkələrində 6,1- 8,15 % inkişaf etməkdə olan dövlətlərdə 0,91 %, MDB-də isə 2,8 %-ə bərabərdir. Dünyanın iqtisadi güc mərkəzi hesab olunan ABŞ-da bu göstərici 6-8 %, Rusiyada–3,1 %, Azərbaycanda isə təxminən -0,9-1,0 % təşkil edir. Qeyd etmək lazımdır ki, dünya ölkələrində elmi-tədqiqat və təcrübə konstruktor işlərinə xərclər qeyri bərabərdir. Bu xərclərin təxminən 95–96 %-i sənayecə inkişaf etmiş dövlətlərin payına düşür. Məhz bunun nəticəsidir ki, beynəlxalq səviyyədə elmi-texniki əməkdaşlıq sistemində həmin ölkələr üstün rol oynayırlar. Bu üstünlüyü əldən verməmək üçün həmin dövlətlər ildən-ilə elmi tədqiqatlara

və təcrübə konstruktor işlərinə xərcləri artırırlar. Qeyd edilən amillərin təsiri altında dünya texnologiyalar bazarının bütün seqmentlərinin inkişafı yalnız İEÖ-də deyil, inkişaf etməkdə olan ölkələrdə də baş verir ki, bu da onların milli iqtisadiyyatlarının inkişafında böyük rol oynayır.

Beynəxalq iqtisadi münasibətlərin aparıcı formalarından biri beynəlxalq elmi-texniki əməkdaşlıqdır (BETƏ). Həm də BİM-in bu forması digər formalardan fərqli olaraq bəşəriyyəti düşündürən, həlli bütün dövlətlərin, maddi-texniki, elmi-texniki, informasiya və s. resursların- səylərin birləşməsi yolu ilə qlobal problemlərin həllinə xidmət edir. Problemlər bir ölkənin deyil, dünyəvi problem olduğu üçün onların həlli hazırda harada və hansı dövlətə mənsub olmasından asılı olmayaraq ölkələr arasında elmi-texniki əməkdaşlığın gücləndirilməsini obyektiv tələbata çevirir.

Elmin cəmiyyətdə artan rolunun nəticəsidir ki, XX əsrin ikinci yarısında dünyada yeni bazar-texnologiyalar bazarı əmələ gəlmişdir ki, o da əmək və kapital bazarı ilə yanaşı beynəlxalq səviyyədə fəalliyyət göstərir.

Beynəxalq elmi-texniki əməkdaşlığın inkişafı ilk növbədə müxtəlif ölkələrdə elmi-tədqiqat və təcrübə konstruktor işlərinə ayrılan resursların həcmindən çox asılıdır.

Dünyanın iqtisadi güc mərkəzi hesab olunan ABŞ-da bu göstərici 6-8

%, Rusiyada–3,1 %, Azərbaycanda isə təxminən -0,9-1,0 % təşkil edir.

Qeyd etmək lazımdır ki, dünya ölkələrində elmi-tədqiqat və təcrübə konstruktor işlərinə xərclər qeyri bərabərdir. Bu xərclərin təxminən 95–96

%-i sənayecə inkişaf etmiş dövlətlərin payına düşür. Məhz bunun nəticəsidir ki, beynəlxalq səviyyədə elmi-texniki əməkdaşlıq sistemində həmin ölkələr üstün rol oynayırlar. Bu üstünlüyü əldən verməmək üçün həmin dövlətlər ildən-ilə elmi tədqiqatlara və təcrübə konstruktor işlərinə xərcləri artırırlar.

Məsələn, 1979-cu ildə ABŞ-da bu məqsədlə cəmi-56,6 mlrd. dollar, Yaponiyada -18,2 mlrd. dollar, Almaniyada -12,5 mlrd. dollar, Fransada 8,0



mlrd. dollar, Böyük Britaniyada-8,0 mlrd. dollar xərclənildiyi halda 2005-ci ildə bu göstəricilər dövlətlər üzrə müvafiq olaraq təxminən 305,0; 158,0; 49.3; 39,0; 35,9 mlrd. dollar təşkil etmişdir. Məhz, ETTKİ-nə göstərilən bu diqqətin nəticəsidir ki, ABŞ-da qeyd olunmuş ixtiralar, verilmiş lisenziyalar, verilən patentlər (şəhadətnamələr), yeni əmtəə nişanları və s. digər dövlətlərə nisbətən daha sürətlə artmışdır. Bütün bu məlumatlar ABŞ- ın elmi–texniki əməkdaşlıq və elmi-texniki yeniliklərin kommersiya mənimsənilməsi sahəsindəki böyük üstünlüklərə malik olmasını sübut edir.

İnkişaf etmiş sənaye ölkələrində elmi-texniki fəaliyyətin sürətli inkişafına diqqətin gücləndirilməsinin bir çox səbəbləri vardır. Onlara əsasən aşağıdakılar daxildir:



-dünyada texnologiya sahəsində liderliyi əldə saxlamaq;

  • texnoloji gerilikdən çıxmaq marağı;

  • istehsal sahələrinin texniki əsasının təkmilləşdirilməsinin zəruriliyi;

  • beynəlxalq bazarlara çıxarılan məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi;

  • milli iqtisadiyyatların elm tutumlu məhsullar istehsalını artırmaqla BƏB-də iştirak etmək istəyi;

  • dünya texnologiyalar bazarında aparıcı yer tutmaq marağı;

  • elmi-texniki məhsulların ixracı hesabına daha çox mənfəət əldə etmək;

  • dünyada güclənən beynəlxalq elmi-texniki mübadilə prosesinin sürətləndirilməsi zərurəti.

    1. Yüklə 0,97 Mb.

      Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin