Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Rusiyanın Avrasiya siyasəti və Azərbaycan



Yüklə 0,97 Mb.
səhifə32/46
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41959
1   ...   28   29   30   31   32   33   34   35   ...   46

Rusiyanın Avrasiya siyasəti və Azərbaycan





  1. əsrin sonu XX əsrin əvvəlləri Avrasiyanın əhəmiyyətli bölgələrindən hesab olunan Xəzər hövzəsinin Rusiya və dünya üçün xüsusi geosiyasi, geoiqtisadi və hərbi-geostrateji məkana çevrilməsi təsadüf olunur. Bakı neftinin kəşf olunması və neft məhsullarının dünyada kapitalizmin inkişafı məqsədilə istifadəsinin genişlənməsı, SSRİ-nin yaranmasına qədərki dövrdə Bakı və Xəzər hövzəsi zəngin neft yataqları ilə məşhurlaşır və həm Rusiya, həm də dünya geosiyasi güclərinin diqqət mərkəzinə çevrilir. Rusiyanın Avrasiya siyasətində Azərbaycan beynəlxalq münasibətlər sisteminin mövcud olduğu bütün dövrdə mühüm yer tutmuşdur. I Dünya müharibəsi ərəfəsində Xəzər hövzəsi, Bakı nefti və onun dünya bazarlarına daşınmasında istifadə olunan bölgənin Batumi kimi liman şəhərlərinə sahiblik uğrunda mübarizəsi transmilli məsələyə çevrilir.

Hələ Çar Rusiyası dövründə Xəzər dənizinə çıxış, Azərbaycanın işğalı və bu ərazidən İran, Türkiyə və digər Şərq dövlətlərinə müdaxilə

və təsir kimi istifadə edilməsi, rus imperatorlarının fəaliyyətində xüsusi yer tutmuşdur. Rus-iran, rus-türk müharibələri, Qafqazın işğalı və s. hadisələrdə Azərbaycan məsələsi daim diqqət mərkəzində olunmuşdur.

Hazırda Rusiya Azərbaycanın müstəqilliyi və Qafqaz bölgəsinin nüfuzlu, perspektiv imkanlanlar geniş olan dövlət statusu ilə barışmış və onunla praqmatik münasibətlər yaratmaq əzmi nümayiş etdirir.

SSRİ-nin dağılmasından sonra Rusiyanın Xəzər hövzəsində növbəti geosiyasi fəallıq dövrü kı başlayır. 1920-1991-cı illərdə Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz tam olaraq SSRİ-nin nəzarətində idi və həm beynəlxalq, həm də regional rəqabətdən kənar məkan hesab olunurdu. Lakin SSRİ-nin dağılmasından sonra bir müddət Rusiyanın bütövlükdə Avrasiya siyasəti, o cümlədən Cənubi Qafqaz, Xəzər-Qara dəniz hövzəsində nümayiş etdirdiyi fəaliyyət həm beynəlxalq, həm də regional dairələrdə ciddi anlaşılmazlıq yaratmışdı. SSRİ- nin dağılması və müstəqilliyinin elan edilməsindən sonrakı dövrdə Rusiyanın xarici və daxili siyasətində onun həm beynəlxalq, həm də regional geosiyasi mövqelərini zəiflədən və siyasi ədəbiyyatda geosiyasi risklər kimi dəyərləndirilən ciddi neqativ hallar müşahidə olunurdu. Tədqiqatçılar həmin dövrdə regionda SSRİ-dən ayrılan bir çox keçmiş müttəfiq ölkələrlə ziddiyyətli münasibətlərin yaradılmasını, daxildə federal hakimiyyətlə regionlardakı muxtar qurumlar arasındakı “mərkəz-region müharibəsi”nin genişlənməsini və iqtisadi, siyasi, sosial məsələlərlə bağlı ciddi anlaşılmazlıqların baş verdiyini və s. halları qeyd edirlər.

Azərbaycanın Rusiya üçün bir neçə xarakteristikasına görə əhəmiyyətlidir. (Cədvəl - 16)



  1. Azərbaycan Şərq və Türkiyəyə çıxış üçün, yaxın və orta Şərqdə baş verən proseslərə təsir imkanlarına görə əhəmiyyətlidir.

  2. Azərbaycan Şərq-Qərb nəqliyyat kommunikasiyaları və dəhlizlərin-in mərkəzində yerləşir və bu baxımdan Rusiyanın rəqibidir.

  3. Azərbaycanın zəngin karbohidrogen yataqları xüsusən Xəzər dənizində mövcuddur ki, bunların istismarı, istehsalı və ixracı Rusiyanı

biganə qoya bilməz. Bu sahədə də Azərbaycan Rusiyanın dünya bazarında rəqibidir.

  1. Azərbaycan Rusiya malları üçün satış bazarı, kənd təsərrüfatı məhsulları ilə isə təminatçı rolunu oynasın.

  2. Azərbaycanda çox saylı rus dilli əhali, Rusiyada isə Azərbaycanlılar yaşayır ki, bu faktor da Rusiyanın maraqlarını əks etdirir.

  3. Azərbaycanın əraziləri Rusiyanın təhlükəsizliyi baxımından çox böyük əhəmiyyət kəsb edir.

Nəticədə Rusiya Avrasiyanın ən böyük dövləti kimi, həm Mərkəzi Asiyada, Qara-Xəzər dənizi hövzəsində siyasət yürüdür. Bunu regionun bütün ölkələri, o cümlədən də Azərbaycan dərk edir.

Hazırda iqtisadi və təhlükəsizlik maraqları Rusiyanın Avrasiya siyasətinin ana xəttini təşkil edir. (Cədvəl -17)






    1. Yüklə 0,97 Mb.

      Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin