Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Beynəlxalq elmi-texniki əməkdaşlığın dünya texnologiyalar bazarının inkişafında rolu



Yüklə 0,97 Mb.
səhifə36/46
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41959
1   ...   32   33   34   35   36   37   38   39   ...   46

Beynəlxalq elmi-texniki əməkdaşlığın dünya texnologiyalar bazarının inkişafında rolu

Dünya iqtisadiyyatı – beynəlxalq əmtəə mübadiləsi, xidmətlər, texnologiyalar, kapitalın və işçi qüvvəsinin beynəlxalq yerdəyişmələri və beynəlxalq iqtisadi münasibətlərin milli iqtisadiyyatların qarşılıqlı asılılığından və geniş təkrar istehsal prosesinin beynəlmiləlləşməsi nəticəsində beynəlxalq əmək bölgüsü bazasında formalaşaraq, ölkələrin inkişafını şərtləndirir. Texnologiyaların beynəlxalq mübadiləsinə dövlət tənzimlənməsinin və ya nəzarətinin tətbiq edilməsi bir sıra səbəblərdən irəli gələ bilər ki, onların da əsasları dünya bazarında rəqabət mübarizəsi ilə əlaqədardırlar.

Texnologiyaların beynəlxalq mübadiləsinə dövlət tənzimlənməsinin və ya nəzarətinin tətbiq edilməsi bir sıra səbəblərdən irəli gələ bilər ki, onların da əsasları dünya bazarında rəqabət mübarizəsi ilə əlaqədardırlar. XX əsrin sonunda yeni ixtiralar və kəşflər beynəlxalq iqtisadi münasibətlər sistemini, bazarlarda rəqabətin güclənməsi və resurs bazarlarının məhdudluğu prinsipcə yeni texnologiyalar əsasında iqtisadi artımın optimal yollarını beynəlxalq siyasətin və elmi-texniki əməkdaşlığın aktuallığını artırır. Müasir beynəlxalq texnologiya və informasiya mübadiləsini ona uyğun olan hüquqi, maliyə təşkilati, innovasiya və texniki təminat olmadan həyata keçirilmək mümkün deyildir. Ona görə də dünya iqtisadiyyatında belə mübadilənin səmərəli

inkişafı şərtləri aşağıdakılar hesab olunur:

-hüquqi – intellektual mülkiyyətin yerdəyişdiyi xarici ölkədə hüquq və məcmu münasibətlərinin hamısının hüquqi müdafiəsi;

-maliyyə – əldə olunan xarici texnologiya və informasiyanın maliyyə hesablaşmasının səmərəli sxeması,beynəlxalq innovasiya layihələrinin və ETTKİ kreditləşdirilməsi və sığortası;

-insitutsional – beynəlxalq texnologiya və informasiya mübadiləsinə təsir göstərən və onu tənzimləyən ixtisaslaşmış beynəlxlaq və milli təşkilatların fəaliyyəti;

-innovasiya – müvafiq informasiya məhsullarına və təkmilləşdirilmiş yeni texnologiyaya tələbi olan ölkələrinə verilməsi hesabına xaricə verilən texnologiya və informasiyanın keyfiyyətinin və məzmun qiymətinin yüksəldilməsi;

-texniki – müşahidəçi texniki sənədlərin, texnologiya və informasiyanın verilməsi müqavilələrinin şərtlərinin tamlığı və aydın olması; müasir texnologiya və informasiyanın idxalçısının istehsalının vaxtında yeni texnoloji həllərə adaptasiya edilməsi; informasiya və texnologiya mübadiləsinin iştirakçılarının tam qarşılıqlı anlaşması və nizamlı əlaqəsi.

Texnologiyanın beynəlxalq hərəkəti yaxud ötürülməsi elmi-texniki nailiyyətlərin dövlətlərarası hərəkəti başa düşülür. İqtisadi münasibətlərin obyekti kimi bu elmi–texniki yeniliklər bir neçə formada və müxtəlif yollarla dövlətlər arasında yayılır. Ümumi halda bu yayılma iki formada həyata keçirilir:


  1. Kommersiya əsasında

  2. Qeyri-Kommersiya yolu ilə.

Kommersiya yolu dedikdə texnologiyanın, yaxud elmi məhsulların hansı şəkildə olmasından asılı olmayaraq onu beynəlxalq bazarlarda olan, razılaşdırılmış qiymətlərlə müəyyən məbləğ pul ödəyir.

Qeyri-Kommersiya yolu dedikdə isə dövlətlərarasında pul ödəmələri nəzərdə tutulmur.

Hazırda elmi-texniki biliklərin və yaxud onların bir növü olan texnologiyanın mübadiləsinin ən çox yayılmış forması beynəlxalq lisenziya satışıdır. Buna patent lisenziya razılaşmaları da deyilir. Hər hansı bir dövlət şirkət öz kəşfi, yaxud ixtiraçı barədə olan məlumatı digər ölkəyə və başqa qurumlara satır. Qeyd edək ki, lisenziya ödəmələri bir neçə formada həyata keçirilir. Bunlardan biri royalti müqaviləsi hesab olunur. Royalti müqavilə müddətində ardıcıl olaraq lisenziyanın istifadəsindən əldə edilən mənfəətdən ödəniş nəzərdə tutulur.



İkincisi, pauşal ödənişi müqaviləsidir. Bu müqaviləyə, əsasən istifadə vaxtından asılı olmayaraq lisenziyanı aldığı vaxtdan razılaşdırılmış məbləğ birdəfəlik ödənilir. Üçüncüsü, birləşdirilmiş yaxud uyğunlaşdırılmış ödəniş formasıdır. Zəruri vəsaitin 10-15 %-i birdəfəlik pauşal qaydada, qalanı isə dövrü olaraq royaltı qaydasında ödənilir. Dördüncü forma mənfəətdə iştirak etmək qaydasına əsaslanır. Bu qaydaya əsasən əldə edilən mənfəətin 10- 30

%-i lisenziya satana ödənilir.

Lisenziyaların satışı sistemində mülkiyyətdə iştirakına görə ödəmələrin aparılması formasından da istifadə olunur. Bu formaya görə lisenziyanı alan öz müəssisəsinin səhmlərinin bir qismini lisenziya verənə ödəniş kimi verir.

Son dövrlərdə başqa istehsal amilləri kimi texnologiya sahəsində də idxal və ixracın həcmi genişlənərək, dünya texnologiya bazarının yaranmasını şərtləndirir. Texnologiya bazarının əsas subyektləri-dövlətlər, şirkətlər, universitetlər, müəyyən fondlar, alimlər və mütəxəssislərdən ibarət fiziki şəxslərdir.

Dünya texnologiya bazarının obyektləri isə intellektual mülkiyyət hesab olunur ki, bu bazarı da quruluşuna görə - patent və lisenziyalar verilməsi; elmitutumlu və texnoloji tutumlu məhsullar bazarı; elmi-texniki mütəxəssislər bazarı kimi xarakterizə etmək olar.

Bütünlükdə isə dünya texnologiya bazarının 90 %-i inkişaf etmiş sənaye ölkələrinə məxsusdur. Dünya texnologiya bazarının sahəvi quruluşunda isə dünya üzrə lisenziya satışının 19 %-ni elektrotexniki və elektron sənayesi, 18 %-ni ümumi maşınqayırma sənayesi, 17,4 %-ni kimya sənayesi, 10,2 %-ni nəqliyyat maşınqayırma sənayesi təşkil edir. Beynəlxalq texnologiya mübadiləsinin emal sənayesinin inkişafına olan təsiri bütünlükdə iqtisadiyyata nisbətən 3 dəfə yüksəkdir.



Müasir şəraitdə formalaşmış dünya texnologiya bazarı bir çox cəhətləri ilə səciyyələnir. Bunlardan aşağıdakıları göstərmək olar:

  • dünya texnologiya bazarı bütünlükdə dünya iqtisadiyyatının intellektuallaşma səviyyəsini artırır;

  • dünya texnologiya bazarında TMK-lar aparıcı subyekt kimi çıxış edirlər.




    1. Yüklə 0,97 Mb.

      Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin