Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Xarici ticarət əlaqələrinin səmərəliliyinin yüksəldilməsi istiqamətləri



Yüklə 0,97 Mb.
səhifə23/46
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41959
1   ...   19   20   21   22   23   24   25   26   ...   46

Xarici ticarət əlaqələrinin səmərəliliyinin yüksəldilməsi istiqamətləri

Azərbaycan iqtisadiyyatının dünya təsərrüfat sistemində iştirakı əsasən xarıci ticarət və kapitalın idxalı üzrə baş verir, xarici iqtisadi fəaliyyətin digər mütərəqqi formalarından (elmi-texniki əməkdaşlıq, xarici turizm, SİZ-lərdə əməkdaşlıq, konsessiya sazişləri əsasında əməkdaşlıq və s.) ya zəif istifadə olunur və yaxud ya heç istıfadə olunmur. Belə ki, neft və neft məhsulları istisna olmaqla, digər məhsullar üzrə xarici ticarətdə mənfi saldo ilbəil artır. Qeyri-neft sektorunda sağlamlaşdırma və yenidənqurma işləri gücləndirilməzsə yaranmış mənfi meylin davam edəcəyi gözlənilir. Son dövrdə ixracda xammal və aralıq məhsulların xüsusi çəkisi 85%-i keçmiş, son məhsulların xüsusi çəkisi müvafiq olaraq azalmışdır. İdxalda isə, əksinə, son məhsulların, xüsusilə, istehlak mallarının, maşın və avadanlıqların xüsusi çəkisi artmışdır. Qeyd etmək lazımdır ki, xarici ticarət əlaqələrinin coğrafi quruluşunu da qənaətbəxş hesab etmək olmaz. Belə ki, 2008-ci ildə Azərbaycanın 150-ə yaxın dövlət ilə tıcarət əlaqəsinə girməsinə baxmayaraq, xarici ticarət dövriyyəsınin 75,0%-dən çoxu

cəmi 10-dan az sayda dövlətin payına düşür. Bu isə müəyyən hallarda bu dövlətlərin ölkəmizə siyasi və iqtisadi təzyiq göstərməsinə imkan verir. Azərbaycanın isə iqtisadiyyatının dünya bazarından asılılığı çox yüksəkdir. Xarici ticarət şərtləri hər il Azərbaycanın xeyrinə dəyişsə də, bunu birmənalı şəkildə müsbət hal kimi qiymətləndirmək olmaz. (Cədvəl -11;12)

Belə ki, bu müsbət dəyişmə əsasən ölkə iqtisadiyyatının idxalyönümlülüyü nəticəsində idxal qiymətləri indeksınin aşağı düşməsi, son illərdə isə neft və neft məhsullarının dünya bazar qiymətlərinin artması ilə əlaqədar olaraq ixrac qiymətləri indeksinin kəskin şəkildə artması hesabına olmuşdur. Son illərdə ölkə iqtisadiyyatına xarici investisiya qoyuluşu ümumi investisiya qoyuluşunun əsas hissəsini təşkil etmişdir. Lakin bununla belə, bu investisiya qoyuluşunun mütləq



əksəriyyəti neft sektorunu və qismən də xidmət sahələrini əhatə etmişdir. Qeyd etmək lazımdır ki, son dövrdə istehsalın texniki və texnoloji səviyyəsinin dünya standartlarından xeyli aşağı səviyyədə olması ilə əlaqədar olaraq istehsal olunan malların istər dünya bazarında və istərsə də daxili bazarda rəqabətə davamlı olması istiqamətində xeyli işlər görülmüşdür. Bu baxımdan yeni texnika və texnologiyalar Azərbaycana gətirilir. Ölkənin beynəlxalq əmək bölgüsündəki üstünlüklərinin reallaşdırılması, inteqrasiya və kooperasiya əlaqələrinin yaratdığı imkanlardan tam və səmərəli istifadə etmək üçün konkret proqramlar hazırlanması və həyata keçirilməsi istiqamətində işlər uğurla davam etdirilir. Ölkədə həyata keçirilən iqtisadi inkişaf siyasətinin elmi əsaslarını hazırlayarkən nəzərə almaq lazımdır ki, müvafiq sahədə mütərəqqi dünya təcrübəsinə əsaslanaraq, bu qənaətə gəlmək olar ki, perspektiv dövrdə Azərbaycan Respublikasının Xarici İqtisadi əlaqələr strategiyası müasir qloballaşma şəraitinin tələblərinə uyğun olaraq beynəlxalq hüquq normalarına və mütərəqqi dünya təcrübəsinə, o cümlədən ÜTT-nin tələblərınə əsaslanmaqla yanaşı, ölkədə keçid dövrünün xüsusiyyətlərini və mövcud sosial-iqtisadi durumu nəzərə almalı və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiya olunmuş açıq milli iqtisadi sistemin formalaşdırılması məqsədinə xidmət etməlidir. Belə hesab edirik ki, həmin strategiyanın həyata keçirilməsi üsulu kimi isə struktur-investisiya və xarici iqtisadi siyasətlərin sintezi çıxış etməlidir. Bu nöqteyi-nəzərdən ölkədəki mövcud durumun araşdırılması göstərir ki, aşağıdakı üç problemi eyni zamanda həll etmək zərurəti qeyd edilən strategiyanın reallaşdırılması baxımından Azərbaycanın qarşısında duran vəzifələri mürəkkəbləşdirir: sistem transformasiyasının həyata keçirilməsi zərurəti; dövlət müstəqilliyinin bərpası və bazar münasibətlərinə keçidlə əlaqədar olaraq iqtisadiyyatın struktur yenidən qurulmasının zəruriliyi; müasir dövrün tələblərinə uyğun olaraq milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə

inteqrasiyasının təmin olunmasının zəruriliyi. Məlum olduğu kimi, artıq birinci və üçüncü problemlərin həlli istiqamətində müəyyən nailiyyətlər əldə edilmişdir. Sistem transformasiyasının həyata keçirilməsi istiqamətində xeyli işlər görülmüş və xarici iqtisadi fəaliyyətin liberallaşdırılması istıqamətində mühüm addımlar atılmışdır. Lakin bunun müqabilində struktur yenidən qurulması sahəsində isə, demək olar ki, nəzərəçarpacaq nailiyyətlər əldə olunmamışdır. Nəticədə həmin üç problemin həlli sürətlərinin müxtəlifliyinin təsirilə iqtisadiyyatdakı struktur disproporiyalarının daha da dərinləşməsi baş vermiş, bu isə əvvəlki bölmələrdə göründüyü kimi ölkənin xarici iqtisadi əlaqələrində də öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, bu gün Azərbaycanın dünya bazarlarında mövqelərinin zəifliyi əsasən milli istehsalın rəqabətqabiliyyətinin aşağı səviyyədə olması ilə yanaşı, ölkənin qeyri- neft sektorunda ixrac potensialının inkişafının və ixracın stimullaşdırılması üzrə məqsədyönlü və ardıcıl siyasət tədbirlərinin həyata keçirilməsinə də lazımi diqqət yetirilmir. Bu isə, xarici iqtisadi əməkdaşlıq sferasında vəziyyətin daha da mürəkkəbləşməsinə gətirib çıxara bilər. Belə ki, bu vəziyyət xarici investorlar üçün maraqlı olan yanacaqxammal kompleksinin birtərəfli qaydada inkişafına, xarici iqtisadi əməkdaşlığın “müstəmləkə” strukturunun möhkəmlənməsinə yol aça bilər. Qeyd etmək lazımdır ki, ixracın iqtisadi artıma stimullaşdırıcı təsiri əldə edilən gəlirlərin artım potensialı yüksək olan sahələrin canlandırılmasına və qabaqcıl texnologiyalı yeni istehsalların qurulmasına yönəldilməsi şərti daxilində baş verə bilər. Başqa sözlə desək, sırf xarici iqtisadi tənzimləmə tədbirləri vasitəsilə dünya təsərrüfatına inteqrasıyanın struktur problemlərinin həll edilməsi mümkün deyildir. Həmin vəzifənin icrası sahə-struktur prioritetlə rinin reallaşdırılmasını hədəfləyən sənaye siyasətinə əsaslanmalıdır. Yəni, ölkəmizin qarşısında duran vəzifə nəyin bahasına olursa-olsun beynəlxalq iqtisadi əməkdaşlığı genişləndirmək deyil, mövcud

potensialımıza uyğun olaraq dinamik müqayisəli üstünlüklərə əsaslanaraq, qlobal təsərrüfata üzvi şəkildə qovuşmaq olmalıdır. Belə ki, müasir dövrdə xarici iqtisadi əlaqələrin genişləndırilməsi və inkişaf etdirilməsi problemi ölkə iqtisadiyyatının struktur yenidən qurulmasının həyata keçirilməsi ilə qarşılıqlı şəkildə həll edilməlidir. Həm də bu zaman struktur siyasəti daha ön mövqeyə çıxarılmalıdır. Tamamilə aydındır ki, qısa və ortamüddətli dövrdə iqtisadi siyasətə bu cür yanaşma xarici iqtisadi fəaliyyətin tənzimlənməsinə proteksionizm elementlərinin daxil edilməsini zərurətə çevirmiş olur. Bu zaman iqtisadiyyatın sistem transformasiyasının başa çatdırılmasını da diqqətdən kənarda qoymaq olmaz. Məhz bu vəzifənin yerinə yetirilməsi əsl bazar və səmərəli rəqabət mühitinin formalaşmasını təmin edə bilər ki, bu da öz növbəsində düşünülmüş proteksionizm tədbirlərinə əsaslanan xarici iqtisadi siyasətin təsirini artırmış olur. Əks təqdirdə, daxili bazarın himayəsi yalnız səmərəsiz istehsal şəraitinin qorunmasına, ölkənin istehsal bazasının zəifləməsinə və yenə də xarici bazarlardan asılılığın güclənməsinə gətirib çıxara bilər. Çünki struktur prioritetləri düzgün müəyyənləşdırilmədiyinə görə inkışaf elementləri zəif olan sahələrə proteksionizm tədbirləri çərçivəsində maliyyə və digər yardımların edilməsi hər hansı bir effekt verməz və əksinə ağır nəticələrə gətirib çıxara bilər. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bazar münasibətlərinə uyğun olaraq həyata keçirilən struktur yenidənqurulmasına təkcə indiki mərhələnin məqsədi kimi baxılmamalıdır. Bu proses sənayecə inkişaf etmiş bütün ölkələrdə daimi xarakter daşıyır və müasir dövrdə iqtisadi tərəqqinin zəruri minimum şərti kimi çıxış edir. Mövcud durumu nəzərə alsaq, əsas diqqət, fikrimizcə, dünya təsərrüfatına struktur uyğunlaşma vəzifəsi üzərində cəmləşdirilməlidir. Məqsəd ayrı-ayrı rəqabətqabiliyyətli istehsalların qurulması deyil, özünü inkişaf qabiliyyətinə malik və bütövlükdə rəqabətqabiliyyətli milli təsərrüfat sisteminin formalaşdırılması

olmalıdır. Dövlət tənzimlənməsi miqyasının azaldılması və xarıci iqtisadi əlaqələrin daha da liberallaşdırılması yalnız bu məsələ həll edildikdən sonra gündəliyə çıxarıla bilər. Bu baxımdan, Asiyanın Yeni Sənaye Ölkələrinin təcrübəsini öyrənmək və nəzərə almaq əhəmiyyətli olardı. Belə ki, bu ölkələrin dünya iqtisadiyyatına inteqrasiyası idxalın liberallaşdırılması yolu ilə deyil, ixracın stimullaşdırılmasından başlanmışdı. İxracatçılar mütəmadi olaraq mövcud duruma uyğunlaşdırılan bir sıra güzəştlərdən istifadə edirdılər.




Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin