Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Azərbaycanın xarici iqtisadi təşkilatlarla əməkdaşlığının müasir vəziyyəti



Yüklə 0,97 Mb.
səhifə21/46
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41959
1   ...   17   18   19   20   21   22   23   24   ...   46

Azərbaycanın xarici iqtisadi təşkilatlarla əməkdaşlığının müasir vəziyyəti

Azərbaycanın xarici iqtisadi təşkilatlarla əməkdaşlığının müasir vəziyyəti Milli İqtisadiyyatın sivil təsərrüfatçılıq sisteminə inteqrasiya olunması, ticari-iqtisadi münasibətlərdə baş verən müsbət keyfiyyət və kəmiyyət dəyişikliklərinə, ilk növbədə, tam hüquqi-iqtisadi, idarəçilik baxımından qanunvericilik aktlarının qəbul edilməsi, bazar infrastrukturlarının formalaşdırılmasının və onların çevik fəaliyyət mexanizminin yaradılması əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Respublikamızın ticarət əlaqələrinin genişləndirilməsində və dərinləşdirilməsində ölkənin bir çox beynəlxalq iqtisadi təşkilatlarda iştirakı, regional iqtisadi-ticarət əməkdaşlığa qoşulması və ayrı-ayrı ölkələrdə bağlanmış ticarət müqavilələri müstəsna əhəmiyyət kəsb edir. İƏT (İqtisadi Əməkdaşlıq Təşkilatı) ilə Azərbaycan arasında əlaqələrin



təhlili əsasən ticarət sferasında aparılır. Çünki Azərbaycan bu beynəlxalq təşkilata cəmi 14 ildir ki, üzv olmuşdur və ölkəni əhatə edən sazişlər nisbətən təzə qəbul edildiyi üçün (preferensial tariflər haqıqnda, tranzit ticarət haqqında və s.) onların praktiki nəticələri barədə danışmaq hələ tezdir, digər tərəfdən, Azərbaycanın iştirak etdiyi bəzi İƏT layihələri (elmi fond, gəmiçilik təşkilatı, sığorta təşkilatı, ticarət və investisiya bankı və s.) bağlanmış niyyət protokolları şəklindədir. (Cədvəl -6)




Tədqiqatda Azərbaycanın İƏT ilə əlaqələrinə, bu təşkilatın ixrac ehtiyatında yerinin öyrənilməsinə, ticarət əlaqələrinə və onun yaxşılaşdırılmasına üstünlük verilməsini məqsədəuyğun hesab etmək olar. Qeyd etdiyimiz kimi, respublikamızın xarici ticarət dövriyyəisndə İƏT yeddinci yerdədir. Təhlil göstərir ki, 2005-ci ildə 1999-cu ilə nisbətən Azərbaycanın IƏT ilə ticarət dövryyəsi 286726,9 mln.dollar artmış (409306,1 mln.dollardan 696036 mln. dollara çatmışdır), Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində İƏT ölkələrinin payı isə 28,5% artmışdır. Ümumilikdə İƏT ölkələri ilə ticarət dövriyyəsi 30% artmışdır. Bu da Azərbaycanın İƏT üzv ölkələri ilə əlaqələrinin genişlənməsinin göstəricisidir. 2005-ci ilin yeknlarına görə İƏT Azərbaycanın idxalında 22% xüsusi çəki ilə İƏT (49,9%), Qara dəniz İƏT (37,8%), Asiya-Sakit Okeanı İƏT (36,6%), MDB (32%), İslam Konfransı Təşkilatı (26,1%), ixracında isə 8,7%, xüsusi çəki ilə İƏİT (71,7%), Avropa Birliyi (60,4%), Qara dəniz İƏT (19,3%), MDB (13,5%), İslam Konfransı Təşkilatından (9,76%) geri qalmaqla hər iki göstərici üzrə altıncı yerdə durur (G.Gənciyev: BİM: müasir vəziyyət və inkişaf problemləri). Ölkənin 2001-2005-ci illər ərzində ixracında İƏT üzvü olan 5 dövlət (Türkiyə, Özbəkistan, İran, Qazaxıstan, Türkmənistan), idxalında isə İƏT üzvü olan 4 dövlət (Türkiyə, İran, Qazaxıstan, Türkmənistan) ilk 25 ölkə sırasnıda yerləşmişlər. İƏT üzvü olan ölkələrlə respublikamızın ticarət-iqtisadi münasibətlərinin dinamikasının təhlili və inkişaf meylləri aydın göstərir ki, bu dövlətlərin Azərbaycanın ixrac ehtiyatlarından istifadə edilməsində rolu getdikcə artır. Azərbaycanla İƏT ölkələrinin iqtisadi əməkdaşlığının dərinləşməsinə təkan verəcək ən mühüm səbəblərdən biri onların çoxunun yüksəliş dövründə olması, arasıkəsilmədən orta və yüksək inkişaf templəri göstərməlildir. Həm də İƏT üzvlərinin makroİqtisadi göstəricilərinin xeyli hissəsinin yaxınlığı, iqtisadi durumlarının, problemlərinin oxşar olması müxtəlif sahələrdə (proteksionizm və ya

təşkilat daxilində liberallaşma, antiinflyasiya, xarici ticarət, valyutakredit) uyğunlaşdırılmış iqtisadi siyasət yeridilməsini və çətinliklərin birgə aradan qaldırılmasını daha asanlıqla mümkün edir. Respublikamızın bu ölkələrlə idxal-ixrac əməliyyatlarının strukturuna baxsaq görərik ki, Azərbaycanın İƏT ölkələrindən idxalında hazır məhsulların payı 26%-dən çox olduğu halda, Azərbaycanın bu ölkələrə ixracında hazır məhsulların payı 5,9% təşkil edir. Onlardan ümumiyyətlə ölkəyə idxal olunan məhsulların əsas hissəsini elektrik enercisi, buğda unu, un məmulatları, şəkər, sement, soyuducu, rabitə aparatları, onlara ixrac olunan məhsulların əsas hissəsini isə neft və neft məhsuları, alüminium oksidi, plastik kütlələr, pambıq lifi təşkil edir. İƏT ölkələrindən idxalın 8,6%-i, ixracın 1,5%-i istehsal təyinatlı avadanlıq və maşınlardır. 54 Eyni zamanda, Azərbaycanın hazırda istehsal etdiyi məhsulların əksəriyyətinin keyfiyyəti və rəqabət qabiliyyəti, dünya bazarlarında təklif olunan analoci əmtəələrin keyfiyyəti, İƏT ölkələrinin bazarlarının tələbi, alıcılıq qabiliyyəti nəzərə alınarsa, bu təşkilatla inteqrasiya əlaqələrinin gücləndirilməsi ölkəmiz üçün daha cəlbedici olar. Çünki ölkəmizdə istehsal olunan məhsulların çoxu (xüsusilə qeyri- neft sektorunda) öz keyfiyyətinə görə əsasən İƏT-ə üzv dövlətlərin daxili bazarlarının tələblərinə cavab vermək iqtidarındadır. Bütün bunları ümumiləşdirərək Azərbaycanın İƏT ilə əməkdaşlığının aşağıdakı 4 istiqamətini əsaslandırmaq olar:



  1. İqtisadiyyatın müxtəlif sahələrində birgə müəssisələrin yaradılması.

  2. Qarşılıqlı nəqliyyat-kommunikasiya və ticarətin bütün növlərinin inkişaf etdirilməsi üçün əməkdaşlıq.

  3. Regional statusa malik azad İqtisadi zonaların yaradılması.

  4. Elmi-texniki əməkdaşlıq. Milli ticarət sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, bu sahədə iqtisadi-ticari əməkdaşlığının

genişləndirilməsi baxımından beynəlxalq səviyyədə əməkdaşlıq mühüm rol oynayır.

Bu baxımdan Azərbaycan Respublikasının Ümumdünya Gömrük Təşkilatına üzvlüyü mühüm əhəmiyyət kəsb edir. 1992-ci ildən bugünə qədər Azərbaycanın xarici və daxili ticarət siyasətinin tərkib hissəsi olan vahid gömrük siyasətinin həyata keçirilməsi sayəsində ölkənin beynəlxalq əlaqələri daha da genişlənmiş və keyfiyyətcə yeni səviyyəyə çatmışdır. Ticarət qaydalarının sadələşdirilməsi məqsədilə Azərbaycanla ÜGT arasında XİF əmtəə namenklaturası (ƏN) əsasında vahid gömrük tarifinin işlənib hazırlanması, gömrük rüsumlarının alınması, tətbiq edilməsi, malların mənşə ölkəsinin təyin edilməsi, gömrük məqsədləri üçün malların qiymətləndirilməsi barədə razılaşmalar əldə edilmişdir. ÜGT-nin Baş Katibi Mişel Danenin müraciət məktubuna əsasən Azərbaycan «Malların təşkili və kodlaşdırılması üzrə harmonikləşdirilmiş sistem haqqında Beynəlxalq Konvensiya»-ya qoşulmaq barədə təklif almışdır. Bu təklif qəbul olunmuş və artıq ölkəmiz öz ticarət əlaqələrində bu konvensiyanın müddəalarını tətbiq edir. Fərəhləndirici haldır ki, 2001-ci ilin yanvarından respublikamız bu konvensiyaya qoşulan 101-cü dövlətdir. ÜGT-nin Brüssel şəhərində keçirilən sessiyalarında Azərbaycan ÜGT-nin Maliyyə Komitəsinə üzv seçilmişdir. ÜGT-nin bir sıra proqramları çərçivəsində DGK-nin əməkdaşları üçün narkotiklərin müəyyən edilməsi, riskin təyin edilməsi, yükün nəzarətdən keçirilməsi və gəmilərin yoxlanılması, hava və dəniz limanlarında, dəmir yolunda, gömrük sərhədlərində nəqliyyat vasitələrinə nəzarətə dair, nəzəri və praktiki seminarlar təşkil olunmuşdur. Artıq ölkəmiz ÜGT-nin Siyasi Komissiyasında təmsil olunur ki, bu da AR DGK-nin mühüm nailiyyətidir. 2000-ci il 6-8 iyulda ÜGT-nin sessiyasında təşkilatın mötəbər ali orqanı olan Siyasi Komissiyaya üzv seçilməsinin özü ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasının təzahürüdür. Məhz Siyasi Komissiyanın 17

üzvündən birini Azərbaycan Gömrük Təşkilatı təmsil edir. Bu isə həm milli, həm də beynəlxalq sahədə tərəqqi və təkan olmaqla beynəlxalq əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi məqsədi ilə ölkəmizin artan nüfuzunun bariz nümunəsi kimi məqsədyönlü gömrük siyasəti aparmaqla ölkə İqtisadiyyatının iqtisadi suverenliyinə təminata, iqtisadi təhlükəsizliyə və beynəlxalq inteqrasiyaya xidmət edir.




    1. Yüklə 0,97 Mb.

      Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin