Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Azərbaycanın Beynəlxalq ticarət əməkdaşlığın



Yüklə 0,97 Mb.
səhifə22/46
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41959
1   ...   18   19   20   21   22   23   24   25   ...   46

Azərbaycanın Beynəlxalq ticarət əməkdaşlığın


perspektivləri
Azərbaycan Respublikası dövlət suverenliyi əldə etdikdən sonra onun xarici iqtisadi fəaliyyət sahəsində sərbəst, müstəqil siyasət yeritməsi obyetiv zə- rurətə çevrilmişdir, digər tərəfdən isə bunun üçün zəruri zəminlər yaranmışdır. Ölkə SSRI-nin tərkibində olduğu illər ərzində xarici ölkələrlə, hətta sabiq müttəfiq respublikalarla öz mənafeyini, ehtiyac və imkanları baxımından müstəqil iqtisadi əlaqələr həyata keçirmək imkanına malik deyildi. Azərbaycanın xarici ticarət əlaqələrinin təhlili göstərir ki, son illərdə başlanmış meyl – ticarət əlaqələrinin liberallaşdırılması, idxal və ixracın strukturu və coğrafiyasının genişləndirilməsi, ölkəmizin xarici ticarət təşkilatlarında iştirakı və bu təşkilatların qayda və metodlarını öz xarici ticarət siyasətinə tətbiqi və s. ticarət sferasında müsbət meyllər əmələ gəlmişdir.

Azərbaycan, demək olar ki, dünyanın bütün qitələri ilə ticarət - iqtisadi əlaqələrə malikdir.



(Cədvəl -8)

Lakin istehsal olunan məhsulların rəqabət qabiliyyətinin dünya bazarlarında aşağı olduğuna görə, respublika əsasən xammal ixrac edir. Son vaxtlarda dünya ölkələri arasında iqtisadi inteqrasiya güclənmişdir. Artıq hər 60 bir ölkənin iqtisadiyyatının inkişafı milli sərhədlərdən çıxaraq dünya iqtisadiyyatına qovuşur. Deməli, elə etmək lazımdır ki, ölkə dünya əmək bölgüsündə hazır məhsulla daha çox təmsil olunsun. Sənaye cəhətdən inkişaf etmiş ölkələr dünya bazarına əsasən hazır mhsul, qabaqcıl mütərəqqi texnologiya, daha zox elm tutumlu məhsullar çıxarır. Həmin texnologiyanı alan ölkələr isə tez bir zamanda onu tətbiq edərək, milli İqtisadiyyatın formalaşdırılması və inkişafını sürətləndirirlər. Azərbaycanın idxal və ixrac balansının təhlili göstərir ki, ölkəyə Avstraliya, Belçika, Bolqarıstan, Çin, Çexiya, Fransa, Almaniya, Macarıstan, Iran, Israil, Cənubi Koreya, Polşa, İsveçrə, Suriya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, ABŞ kimi güclü inkişaf

etmiş ölkələrdən texniki tərəqqinin əsasını təşkil edən sənaye sahələrinin məhsulları ilə bərabər, Azərbaycanda inkişafı və istehsalı üçün bütün imkanlar və amillər olan sənaye və kənd təsərrüfatı məhsulları da gətirirlər. Yuxarıda göstərilən ölkələrdən Azərbaycana ət, süd məhsulları, quş əti, çay, düyü, günəbaxan yağı, tünd spirtli içkiləri, üzüm, alma, armud, kolbasa, qənnadı məmulatları, meyvə-tərəvəz şirələri, siqaretlər, makaron məmulatları, mineral sular, bir sıra tərəvəzlər, məişət mebelləri, xalça və xalça məmulatları, elektrik cihazları, telefon aparatları, ayaqqabı, pambıq parçalar, kauçuk və rezin məmulatları, elektrik naqilləri və kabellər, sintetik yuyucu vasitələr, boyalar və s. gətirilir. Halbuki, həmin məhsulların istehsalı üçün ölkəmizdə bütün imkanlar və amillər mövcuddur. Həmin məhsulların istehsalı uzaq məsafələrdən səmərəsiz yükdaşımaların qarşısını alar, istehsalın səmərəliliyinin artmasını təmin edər, sosial geriliyi azaldar, milli gəliri artırar. Bütün bunların hamısı birlikdə əhalinin yaşayış səviyyəsinin artmasını təmin edər. Milli İqtisadiyyatımızın inkişafının əsas istiqamətlərindən biri də ictimai əmək bölgüsüdür ki, bunu da təbii- coğrafi, sosial-iqtisadi və milli amillər şərtləndirir. Ticarət əlaqələrinin inkişaf səviyyəsi, ictimai əmək bölgüsünün dərinləşməsi və cəmiyyətin məhsuldar qüvvələrinin inkişafı ilə bilavasitə əlaqədardır. Ticarət əlaqələrinin dinamikliyi İqtisadiyyatın ayrı-ayrı sahələri, müəssiəslər arasında uzun müddətə sabit istehsal əlaqələrinin olmasını tələb edir. Yükdaşımaların ümumi həcmində neft, qara metal, tikinti, meşə, yeyinti məhsulları yüksək xüsusi çəkiyə malikdir. Respublikadan kənara çıxarılan yüklərin strukturu ölkələrarası əmək bölgüsünün xarakterini müəyyən edir. Belə ki, Azərbaycandan kənara göndərilən yüklərin yarıdan çoxu neft məhsullarının payına düşür. İqtisadi-ticari əməkdaşlıq və ictimai əmək bölgüsü ölkə miqyasında əmək məhsuldarlığının artmasının təmin olunması, məhsul istehsalına sərf olunan maddi və əmək məsrəflərini, həmçinin iqtisadiyyatın bütün sahələrində kapital

qoyuluşunun və yüklərin nəql edilməsinə sərf edilən məsrəflərin ixtisar edilməsidir. Bu ictimai əmək bölgüsünün əsas məqsədi və istehsalın səmərəliliyinin əsas göstəricisidir. Ölkəmizin ticarət əlaqələri səmərəli əmək bölgüsünə və istehsalın kooperasiyasına əsaslanmalıdır. Bunun nəticəsində istehsal məsrəfləri azalar və əmək məhsuldarlığı yüksələrsə, ölkələrarası mal mübadiləsi qarşılıqlı faydalı olar. Xarici ticarət əlaqələrinin və onunla bağlı milli iqtisadiyyatın inkişafının tarixi xüsusiyyətləri, müxtəlif təbii və iqtisadi şərait, ölkənin əlverişli nəqliyyat iqtisadi vəziyyəti ilə əlaqədardır. Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşməklə, məhsuldar qüvvələrin inkişafı və səmərəli nəqliyyat-iqtisadi əlaqələr üçün olduqca əlverişli vəziyyətə malikdir. Azərbaycan ildən-ilə digər ölkə və regionlar üçün nəzərdə tutulmuş məhsullar istehsalında öz xüsusi çəkisini artırır, eyni zamanda ictimai əmək bölgüsü və ölkələrarası əmək bölgüsü daha da dərinləşir, iqtisadiyyatın ixtisaslaşması və kompleks inkişafı güclənir. Azərbaycanın ticarət əlaqələrinin güclənməsi əmək bölgüsünün dərinləşməsi ilə üzvi surətdə əlaqədardır. Əmək bölgüsünün dərinləşməsi təbii sərvətlərin mənimsənilməsini və müxtəlif sənaye sahələrinin yaranmasını təmin etməklə, məhsuldar qüvvələrin yerləşməsində güclü dəyişiklik etmiş, ticarət əlaqələrinin daha da təkmilləşdirilməsi üçün şərait yaratmışdır. Azərbaycan öz tələbatının böyük hissəsini digər respublikalardan alınan xalq istehlakı malları hesabına ödəyir. Ümumiyyətlə, ərzaq məhsullarının 70 faizi digər regionlardan gətirilir. Xalq sənaye istehlak mallarından Azərbaycana avtomobillər, elektrik avadanlıqları, pambıq və yun parça, ayaqqabı və s. daxil olur, yüngül sənaye məhsullarına olan tələbatın 45%-i gətirmə məhsullarla ödənilir. Beləliklə, Azərbaycan ictimai əmək bölgüsünə, ixtisaslaşma və kooperativləşməyə, iqtisadi inteqrasiyaya aktiv daxil olur. Hazırda Azərbaycan güclü inkişaf etmiş yanacaq-energetika, maşınqayırma, neft-kimya ölkəsidir ki, bu sənaye sahələrinin inkişafı

bilavasitə neft və qazın çıxarılması ilə əlaqədardır. Digər tərəfdən isə, xalq təsərrüfatının tələbatını ödəmək üçün qara və əlvan metallurgiya inkiaşf etmişdir. İldən-ilə müxtəlif təbii sərvətləri mənimsəməklə, onların istehsalı və ixracı üzrə ixtisaslaşırıq və bu da milli iqtisadiyyatımızın inkişafına gətirib çıxarır. Azərbaycanın iqtisadi və təbii şəraiti, istehsalın və ərazi təşkilinin xüsusiyyətləri, mühüm məhsul növlərinin istehlakı, nəqliyyat sisteminin inkişafı və formalaşmasına əsaslı təsir edir. Göstərmək lazımdır ki, vahid nəqliyyat sisteminin və ticarət əlaqələrinin inkişafı bir-biri ilə qarşılıqlı əlaqədardır. (Cədvəl – 9; 10)





Bu onunla izah olunur ki, vahid nəqliyyat şəbəkəsi daşımaların həcm və keyfiyyət göstəricilərini müəyyən edir. Vahid nəqliyyat şəbəkəsi geniş ölkələrarası ticarət-iqtisadi əlaqələr yaratmaqla, istehsalın ixtisaslaşması və kooperativləşməsini təmin etməklə təbii sərvətlərdən, bütün təbii-coğrafi və digər ehtiyatlardan tam istifadə etməyə imkan verir. Məhz buna görə də respublikamızda xarici ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi fəaliyyətin səmərəliliyinin təmin olunması üçün aşağıdakı istiqamətlərdə ardıcıl iş aparılmalıdır: ölkənin ixrac potensialının düzgün qiymətləndirilməsi və onun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi; idxalın obyektiv tələbat həcminin tapılması; idxal əvəzedici sahələrin inkişaf imkanları və pesrpektivlərinin araşdırılması; xarici maliyyə-kredit resurslarının ölkəyə cəlb olunması; iqtisadi təhlükəsizlik konsepsiyasının işlənməsi və reallaşdırılması; inteqrasiya proseslərinin tənzim edilməsi və təkmilləşdirilməsi və s. Qeyd etmək lazımdır ki, hazırda Azərbaycanın xarici ticarət təşkilatlarında iştirakı imkanları genişlənir. Belə ki, hazırda Azərbaycanda sərbəst bazar iqtisadiyyatına keçid, mülkiyyətin çoxnövlüyü, iqtisadiyyatın tədricən liberallaşdırılması, xarici ticarətin və bütövlüklə xarici iqtisadi əlaqələrin sərbəstləşdirilməsi, «açıq qapı» siyasətinin həyata keçirilməsi, müxtəlif gömrük rüsumlarının və gömrük məhdudiyyətlərinin ləğv edilməsi və s. istiqamətində dövlət tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Bazar iqtisadiyyatı sahibkarlığın inkişafı, azad iqtisadi ticarət zonalarının təşkili, xarici ticarət üzərində dövlət inhisarının qaldırılması və beynəlxalq əmək bölgüsündə ölkənin müqayisəli üstünlüklərdən səmərəli istifadə etməsi üçün əlverişli şərait yaradır. Respublikamızda xarici iqtisadi fəaliyyət prinipcə yeni normativ hüquqi bazaya və dövlət tənzimlənməsi mexainzminə əsaslanmaqla, bazar iqtisadiyyatının tələblərinə cavab verməli, ölkənin dünya təsərrüfat sistemində inteqrasiyasını təmin etməlidir. İnteqrasiya da əsasən ölkənin beynəlxalq iqtisadi-ticari təşkilatlarda iştirakı ilə şərtlənir. Bu da beynəlxalq əmək

bölgüsünün daha da dərinləşməsinə, mövcud resurslardan səmərəli istifadə edilməsinə, elmi-texniki əməkdaşlığın həyata keçirilməsinə və əhalinin tələbatının hərtərəfli ödənilməsinə əlverişli şərait yaradır. Keçid iqtisadiyyatı dövrünü yaşayan, inkişaf etməkdə olan ölkələrin və dövlətlərin beynəlxalq ticarət sistemində inteqrasiyası, onların inkişaf strategiyasının vacib komponenti olub, onların öz xarici ticarətini inkişaf etdirmək, öncədən bəlli və stabil ticarət mühiti yaratmaq hüququ var. Xarici ticarətin beynəlxalq normalar səviyyəsində təşkilini təmin etmək məqsədilə Azərbaycan ÜTT-yə üzv olmaq niyyətindədir.



    1. Yüklə 0,97 Mb.

      Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin