Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Fəsil 4. Azərbaycan dövlətinin İqtisadi siyasəti və оnun reallaşması istiqamətləri



Yüklə 0,97 Mb.
səhifə19/46
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41959
1   ...   15   16   17   18   19   20   21   22   ...   46

Fəsil 4. Azərbaycan dövlətinin İqtisadi siyasəti və оnun reallaşması istiqamətləri


    1. Azərbaycan dövlətinin Xarici ticarət kоnsepsiyası və xarici ticarət siyasəti.

Xarici ticarət konsepsiyası və xarici ticarət siyasəti Azərbaycanın xarici siyasəti həm ikitərəfli formada, həm də beynəlxalq təşkilatlar

çərçivəsində çox uğurludur, düşünülmüş siyasətdir. Bizim strateji xəttimiz var və bu xəttə sadiqik. Son illər ərzində aparılan işlər onu göstərir ki, Azərbaycanın dünyadakı mövqeləri daha da möhkəmlənir. (Cədvəl -3; 4.)



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkələrin bir-birindən asılılığının getdikcə güclənməsi, bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq meydana çıxan problemlərin mürəkkəbləşməsi, hər şeydən əvvəl, milli iqtisadiyyatın formalaşması və ölkənin beynəlxalq əmək bölgüsündə iştirakı respublikanın xarici iqtisadi fəaliyyətinin konseptual əsaslarının işlənib hazırlanmasından asılıdır. Qeyd etmək lazımdır ki, müasir dünya təcrübəsinin və bütövlükdə, BIM-in nəzəri əsaslarının sistemli təhlili yuxarıda qeyd olunanların obyektiv xarakter daşıdığını göstərir. Xarici ticarət xarici iqtisadi əlaqələrin realizasiyasının əsas mexanizmi kimi çıxış edir. BİM sistemində sərhədlərin getdikcə silinməsi, texnologiya,

nəqliyyat və rabitə sferalarında baş verən əsaslı kefiyyət dəyişiklikləri nəticəsində geniş təkrar istehsal sferasının başlıca bazaları olan istehsal və mübadilənin daha da dərinləşməsi prosesini sürətləndirməklə real fakt kimi meydana çıxmışdır. Bu gün istehsal edilmiş mal və xidmətlərin əsas hissəsi xarici ticarət vasitəsi ilə bazara çıxarılır, ya da həmin məhsulların istehsalında xarici komponentlərdən istifadə olunur. Son 40 il ərzində beynəlxalq mal dövriyyəsi 15 dəfə, istehsal isə cəmi 6 dəfə artmışdır. Azərbaycan Respublikasının potensial imkanları baxımından

«kiçik ölkə» olduğunu, yəni nəinki dünya bazarında, hətta regional bazarlarda belə mövcud situasiyaya təsir etmək imkanının yoxluğunu, əksinə, özünün bütövlükdə iqtisadi fəaliyyətinin təşkili və inkişafında real vəziyyətə uyğunlaşmaq məcburiyyətində qaldığını qəbul ediriksə, onda ölkənin xarici ticarət konsepsiyasının formalaşdırılmasında göstərilən cəhətləri nəzərə almaq və onu qlobal kontekstdə araşdırmaq lazım gəlir. (Cədvəl - 5. )

Bu baxımdan xarici ticarət konsepsiyası inkişaf mərhələlərinə uyğun olaraq iki dövr üçün işlənib hazırlanmalıdır.



  1. Keçid dövrünün xarici ticarət konsepsiyası.

  2. Real bazar dövrünün xarici ticarət konsepsiyası.

  1. Keçid dövrü öz mahiyyəti etibarı ilə respublikada bazarın formalaşması və həmin keyfiyyət aspektində real bazar münasibətlərinin təşəkkülü ilə başa çatmalıdır.

  2. Real bazar münasibətlərinin təşəkkülü prosesi başa çatdıqdan sonra ölkədə həm iqtisadi bazisin sosial iqtisadi mahiyyətində, həm də

cəmiyyətin siyasi təşkilində köklü keyfiyyət dəyişiklikləri baş verməklə ölkənin dünya iqtisadiyyatına funksional inteqrasiyası baş verəcəkdir. Göründüyü kimi, xarici ticarətin konseptual əsasları ölkənin inkişaf mərhələlərinə uyğun şəkildə formalaşdırılmalı və metodoloji prinsiplərin tarixi səciyyə daşıdığı birmənalı şəkildə qəbul olunmalıdır. Ölkənin xarici ticarət konsepsiyası bütövlükdə iqtisadi təhlükəsizlik konsepsiyasının tərkib elementi kimi nəzərdən keçirilməli və formalaşdırılmalıdır. Belə ki, dövlətin iqtisadi təhlükəsizlik sisteminin yaradılması və möhkəmləndirilməsi başlıca olaraq ticarətin təşkili və inkişafından birbaşa asılıdır. Belə ki, iqtisadi münasibətlərin getdikcə dərinləşməsi ölkənin həm iqtisadi təhlükəsizlik konsepsiyasında, həm də xarici ticarətdə əsaslı dəyişikliklər tələb edir. Dünya ölkələrinin təcrübəsi göstərir ki, ölkələrin inkişaf yollarının seçilməsi son dərəcə mühüm məsələlərdən biridir. Ümumiyyətlə, milli iqtisadiyyatın xarici amillərlə sıx əlaqəliliyi və qarşılıqlı asılılığı baxımından 3 inkişaf modelini fərqləndirmək olar:

  1. İqtisadiyyatın ixrac yönümünün yüksəldilməsini nəzərdə tutan inkişaf modeli;

  2. İdxalı əvəz edəcək istehsal sahələrinin inkişaf modeli;

  3. İqtisadi inteqrasiya modeli. Bu modellərdən hər hansı birinin seçilməsi öz mahiyyəti etibarı ilə xarici ticarət konsepsiyasının formalaşdırılması deməkdir.

Buna görə də Azərbaycanın mövcud potensialı baxımından bunların hansının daha mütərəqqi və məqsədə uyğun olduğunu araşdırmaq zəruridir. Beləliklə, ixrac yönümlü inkişaf müasir beynəlxalq iqtisadi münasibətlər sistemində mühüm yer tutan modellərdən biridir və milli iqtisadiyyatın göstərilən istiqamətdə inkişafını tələb edir. Lakin Azərbaycan Respublikasının bu modeli tətbiq etməsi üçün aşağıda göstərilən bir sıra problemlərin həlli vacibdir: 1. Dünya bazarında yaranmış vəziyyət məhsul və xidmətlərin ixracında tamamilə yeni

amillərə və parametrlərə əsaslanmağı tələb edir. Belə ki, müasir texnika və texnologiyanın tətbiqi, yeni mallar istehsal artımının və rəqabətin qeyri-müəyyənliyi dünya standartlarına cavab verməyən məhsullar istehsal edən Azərbaycanın ixrac imkanlarını xeyli məhdudlaşdırır; 2. İxrac yönümlü inkişaf rəqabətə davam gətirməyi, yəni üstünlüklər yaratmağı tələb edir. Yəni, infrastruktura, marketinq və yeni texnologiyaların əldə edilməsi məqsədi ilə fasiləsiz olaraq investisiya qoyuluşları həyata keçirilməlidir. Aydındır ki, müasir şəraitdə maliyyə- valyuta resursları, hətta minimal tələbləri ödəmək iqtidarında olmadığı bir dövrdə göstərilən istiqamətlərdə iri həcmli kapital qoyuluşlarının həyata keçirilməsi mümkün deyildir; 3. Hətta, bütün imkan və vasitələrin mövcudluğu şəraitində belə, ixrac yönümlü inkişaf modelinin tətbiqi və onun rolunun yüksəldilməsi istənilən nəticəni verə bilməz. Belə ki, milli iqtisadiyyatın ixrac yönümünün gücləndirilməsi xarici bazarlardan ixrac asılılığı yaradır və nəticədə daxili sosial-iqtisadi situasiyaya güclü təsir göstərir. Aydındır ki, mənəvi tərəf müqabillərində də iqtisadi situasiyanın pisləşməsi zəncirvari reaksiya doğurmaqla ölkədə staqflyasiyanı sürətləndirməklə böhranlı vəziyyət yaradır. Buna görə də ixracat prosesinin əsas hissəsinin yönəldiyi xarici bazarlara əməli yardım edilməsi problemi meydana çıxır ki, bu da qlobal qarşılıqlı asılılığı yeni keyfiyyət aspektləri kimi səciyyələndirə bilər. Ölkənin xarici ticarət konsepsiyasının ağırlıq mərkəzi kimi idxalı əvəz edəcək istehsal sahələrinin təşkili modelinin də bir sıra nöqsanları var. Əlbəttə, iqtisadi təhlükəsizliyi baxımından bir sıra mal və mal qrupları üzrə idxal asılılığına son qoyulması mühüm problemlərdən biridir. Lakin bütün məhsul və xidmətlər üzrə idxalı əvəz edəcək istehsal sahələrini inkişaf etdirmək həm mövcud protensial, həm də sosial-İqtisadi səmərəliliy baxımından qeyrimümkündür. Idxalı əvəz edəcək istehsal sahələrinin təşkili iri həcmli investisiya qoyuluşları tələb edir, digər tərəfdən, ölkənin müxtəlif istehsal amilləri ilə təchizi dərəcələri arasındakı fərq

öz-özlüyündə xarici ticarətin strukturunu müəyyənləşdirmək imkanı verir ki, bunun da heç bir əsas olmadan dəyişdirilməsi xarici ticarət sferasında böyük itkilərlə nəticələnə bilər. Bazar İqtisadiyyatına keçid dövrü ərzində Azərbaycanın xarici ticarət konsepsiyasının əsas metodoloji prinsipi müqayisəli üstünlüklərdən ibarət olmalıdır. Buna görə də, bütün məhsul növləri üzrə idxalı əvəz edəcək istehsal sferalarının təşkili istənilən səmərəni verməyəcəkdir. Ölkənin xarici ticarət konsepsiyasının əsas istinad bazası regional iqtisadi inteqrasiya çərçivəsi daxilində yaradılan azad ticarət blokları ola bilər. Avropa Azad Ticarət Assosiasiyası tipli ticarət zonalarının təşkili həm keçid dövrü ərzində, həm də perspektivdə daxili və xarici iqtisadi fəaliyyətin optimal uyğunluğuna əsaslanan xarici ticarət konsepsiyasını formalaşdırmağa və tətbiq etməyə imkan verərdi. Aydındır ki, Azərbaycan keçid dövrünün spesifik xüsusiyyətləri baxımından regional iqtisadi inteqrasiyaya funksional qoşulması qeyrimümkündür. Məhz buna görə də, azad ticarət bloklarına daxil olmaq birbaşa müasir gerçəklikdən doğan nəticədir. Hal- hazırda Azərbaycan Avrasiya məkanında yeganə ölkədir ki, eyni zamanda 5 regional qruplaşmada iştirak edir: 1. Müstəqil Dövlətlər Birliyi (MDB) 2. İqtisadi Əməkdaşlıq Təşkilatı (IƏT) 3. Qara dəniz hövzəsi ölkələrinin İqtisadi əməkdaşlıq təşkilatı 4. Türk dövlətlərinin iş birliyi şurası 5. GUÖAM (Gürcüstan, Ukrayna, Özəbkistan, Azərbaycan, Moldova). Azərbaycanın xarici ticarət konsepsiyası bütövlükdə ölkənin İqtisadi təhlükəsizlik sisteminə, ilk növbədə milli rəqabət üstünlüklərinin formalaşdırılması və inkişafına əsaslanmalıdır. Göstərilən tərzdə xarici ticarət konsepsiyasının istinad nöqtəsi müəyyənləşdirilərək, onun istiqamətlərini aşağıdakı kimi formalaşdırmaq olar: I. Strateji istiqamətlər: ixracın dövlət həvəsləndirilməsi sisteminin təşkili; bazar subyektlərinin rəqabət qabiliyyətliliyinin yüksəldilməsi məqsədi ilə dövlət proqramlarının hazırlanması; daxili bazarın milli mənafelərə uyğun qorunması. II. İxrac fəaliyyəti: ölkənin ixrac potensialının

formalaşdırılması və inkişaf etdirilməsi; ixrac strukturunun təkmilləşdirilməsi, əsas ağırlıq mərkəzinin hazır məhsul və xidmətlər üzərinə keçirilməsi; ölkənin ixrac potensialının müqayisəli üstünlük prinsipi əsasında qiymətləndirilməsi; texnologiya tutumlu məhsulların ixracının artırılması; ixrac yönümlü istehsalın inkişafı və modernləşdirilməsində xarici investisiyaların aktiv surətdə cəlb edilməsi.



III. İdxal sferası üzrə: mühüm məhsul növlərinin daxili tələbatı ödəmək səviyyəsində istehsalının təşkili; ölkənin iqtisadi asılılığının azaldılması; idxalın strukturuna nəzarət. Aydındır ki, Azərbaycanın xarici ticarət konsepsiyası göstərilən istiqamətlərin üzvi vəhdətinə əsaslanmaqla formalaşdırılmalı və ölkənin xarici ticarəti bu prinsiplər bazasında həyata keçirilməlidir. Xarici ticarət siyasəti dövlət siyasətinin mühüm tərkib hissələrindən biridir. Hətta, son dövrlərdə İEÖ-in xarici siyasət idarələri də beynəlxalq İqtisadi əlaqələrdə, xüsusi ilə xarici ticarət əlaqələrinin tənzimlənməsində yaxından iştirak edirlər.


    1. Yüklə 0,97 Mb.

      Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin