Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Dövlətin xarici ticarət siyasəti və beynəlxalq iqtisadi münasibətlərinin inkişafina onun təsiri



Yüklə 0,97 Mb.
səhifə17/46
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41959
1   ...   13   14   15   16   17   18   19   20   ...   46

Dövlətin xarici ticarət siyasəti və beynəlxalq iqtisadi münasibətlərinin inkişafina onun təsiri

Azərbaycan ərazisi coğrafi mövqeyinə görə qərblə şərqin kəsişdiyi ərazidə yerləşməklə, təbii sərvətlərlə, o cümlədən neftlə zəngin olan bir ölkədir. Ölkəmiz həmçinin geosiyasi mövqeyə malikdir. Neft hasilatı ilə yanaşı Azərbaycanda neft emalı sənayesi də inkişaf edirdi. Bakıda ilk neft emalı müəssisəsi 1859-cu ildə Suraxanıda tikilmişdir. 1896-cı ildə başlayan Bakı-Batumi kəmərinin tikintisi 1906-cı ildə başa çatmışdır. Kəmərin uzunluğu 833 km, borunun diametri 200 mm. idi. Kəmərlə ildə 900 min ton kerosin daşınması nəzərdə tutulurdu. 1874-1899-cu illərdə Azərbaycan neft sənayesində 29 səhmdar (o cümlədən, xarici kapitallı) şirkət yaradıldı. 1916-cı ilə kimi belə səhmdar şirkətlərin sayı 104-a çatdı. Onların bəzilərinin səhmləri hətta London, Paris, və Berlin fond birjalarında xüsusi tələbata malik idi.

Azərbaycan iqtisadiyyatında müasir inkişaf mərhələsində onun xarici iqtisadi siyasətinin strateji hədəfləri ilk növbədə ölkə iqtisadiyyatının müasir durumu, onun dünya iqtisadiyyatında mövqeylərinin möhkəmlənməsi və ümumi iqtisadi inkişaf strategiyasının reallaşdırılması fonunda formalaşıır.

Son illərdə 1991-2013 cü illərdə beynəlxalq iqtisadi əlaqələrin inkişafı üçün elmtutumlu, eyni zamanda rəqabətqabiliyyətli məhsulların satış bazarlarına çıxışını təmin etmək üçün aşağıda sadalanan dövlət tənzimləmə funksiyalarına üstünlük verirlər:



  1. Əmtəə üzrə ixtisaslaşdırmanın aparılması;

  2. Əmtəə çeşidinin müxtəlifliyinin təmin edilməsi;

  3. İxtisaslaşma çeşidinin müxtəlifliyinin təmin edilməsi;

  4. İqtisadi regionlar üzrə iqtisadi müxtəlifliyin təmin edilməsi;

  5. Sahə üzrə regionların konkret üstünlüklərinin əldə olunması:

Hazırda dövlətin xarici iqtisadi siyasətinin strateji istiqamətləri daha çox aşağıdakıları əhatə edir:

    • xarici ticarətin ümumi dövriyyəsinin artırılması və ÜDM – da xüsusi çəkisinin daha da yüksəldilməsi;

    • idxal – ixrac balansının sağlamlaşdırılması;

    • ölkənin dünya iqtisadi məkanına və bazarlarına inteqrasiyasının güclənməsi;

    • xarici investisiyaların qeyri neft sektoruna istiqamətləndirilməsi;

    • beynəlxalq iqtisadi təşkilatlarda təmsilçiliyin güclənməsi və Beynəlxalq Ticarət Təşkilatına üzv qəbul edilməsi;

    • beynəlxalq valyuta təşkilatları ilə fəaliyyətin səmərəliliyinin artırılması;

    • beynəlxalq qlobal və regional iqtisadi layihələrdə təmsilçiliyin gücləndirilməsi;

    • dünya bazarlarında enerji daşıyıcıları ixrac edən ölkə kimi təmsil olunmaq;

    • xarici ölkənin iqtisadiyyatına investisiya qoyuluşu və kreditlərin yerləşdirilməsi;

    • xarici ölkələrdə istehsal və xidmət müəssisələrinin yaradılması və

sair.

Eyni zamanda xarici ticarət siyasətinin prioritet istiqamətləri kimi

aşağıdakıları nəzərə almaq son dərəcə vacibdir:


    • xarici ticarət münasibətlərinin uzunmüddətli perespektivə istiqamətlənməsi;

    • daxili bazarın qorunması və iqtisadiyyatın real sektorunun inkişafının stimullaşdırılması;

    • ölkədə istehsal olunan məhsullarının dünya bazarlarına çıxarılmasına kömək edilməsi, yəni ixracatın stimullaşdırılması;

    • xarici bazarlarda ölkə istehsalçılarının mənafelərinin qorunması;

    • ixracatın strukturunun keyfiyyətinin artırılması;

    • daxili bazarların tənzimlənməsi;

    • idxalın tənzimlənməsi məqsədi ilə səmərəli gömrük və vergi sisteminin tətbiqi;

    • xarici ticarət balansına nail olunması;

    • tədiyyə balansının tənzimlənməsi və s.

Bu və digər istiqamətləri özündə əks etdirən xarici ticarət siyasəti o vaxt effektli ola bilər ki, onun işlək, çevik və milli maraqları təmin edən tənzimləmə mexanizmləri olsun.

Artıq məlumdur ki, Azərbaycanın mövcüd iqtisadi potensialı bu problemləri həll etmək imkanlarına malikdir, xüsusilə dünya bazarlarına qeyri neft əmtəələri ilə çıxış imkanları daha da genişləndirilməli, bu sahədə dövlət dəstəyi və tənzimlənməsi daha güclü olmalıdır. Doğrudur bu sahədə son illərdə, xüsusilə də 2010-ci ildə nəzərə çarpacaq işlər görülmüşdür. Xüsusilə idxal ixrac əməliyyatlarında “bir pəncərə” prinsiplərinin tətbiqinə başlanması olduqca tədqirə layiqdir. İdxal – ixrac əməliyyatlarına “bir pəncərə” sisteminin tətbiqi və digər gömrük proseduralarının sadələşdirilməsi, vergi sisteminin təkmilləşdirilməsi nəticəsində ölkədə xarici iqtisadi fəaliyyətin sürətlə artması, idxal – ixracatın strukturunun xeyli genişlənməsi müşahidə olunur. Nəticədə idxalın və ixracatın strukturunun məqsədyönlü şəkildə dəyişməsi, ölkə sahibkarlarının xarici bazarlara çıxış imkanlarının artırılmasına nail olunmuş və artıq Azərbaycan sahibkarlarının Avropa ölkəsi və ABŞ bazarlarına rüsumsuz və ya çox aşağı görük vergiləri ilə ixrac imkanları yaranmışdır. Bütün bunlar isə dünya bazarlarına Azərbaycanın qeyri neft əmtəələrinin çıxarılması sahəsində ardıcıl fəaliyyəti üçün əlavə tədbirlərin görülməsi imkanlarının daha da yaxınlaşdırır. Bu sahədə qarşıda duran əsas məsələlərdən biri ayrı – ayrı ölkələrdə iqtisadi əlaqələri genişləndirməklə bərabər dünya iqtisadi məkanında xüsusi nüfuza malik olan beynəlxalq təşkilatlarla əlaqələri genişləndirmək və onlarda təmsil olunmaqdır.

Xüsusilə nüfuzlu beynəlxalq təşkilat və maliyyə qurumlarında təmsil olunmaq və iştirak etmək strateji hədəf olmalıdır. Bu prosesin sürətləndirilməsi ölkəmizin xarici ticarət əlaqələrinin genişlənməsi ilə bərabər eyni zamanda həm xarici, həm də daxili bazarlarda istehsalçıların rəqabətqabiliyyətlik imkanlarının güclənməsinə, ETT və yeni texnologiyanın istehsala tətbiqinin stimullaşdırılmasına, istehsal edilən əmtəə məhsullarının dünya standartlarına uyğunlaşdırılması və inkişafına güclü təsir göstərə bilər.

Xüsusi əhəmiyyət kəsb edə biləcək məsələlərdən biri də ölkəmizdə azad iqtisadi zonaların yaradılmasıdır. Bu barədə dövlətin müvafiq proqramları mövcuddur, ardıcıl danışıqlar aparılır və müvafiq hazırlıq işləri görülür. Burada da daha sürətli işlərin görülməsi və bu prosesin həyata keçirilməsi vaxtı çatmışdır.

Ölkədə investisiya mühutinin yaxşılaşdırılması, ölkə iqtisadiyyatına yönəldilən xarici investisiyaların tənzimlənməsi sahəsində dövlət siyasətinin davam etdirilməsi ilə bərabər ölkə daxili investisiya vəsaitlərinin dünya bazarlarına çıxarılması da ölkənin iqtisadi imkanları daxilindədir.

Bununla bərabər son illərdə Azərbaycan iqtisadiyyatı üçün prioritet hesab edilən xarici iqtisadi münasibətlərin digər istiqamətlərini də qeyd etmək lazımdır.

Strateji nöqteyi nəzərdən beynəlxalq iqtisadi münasibətlərin müasir qloballaşan dünya təsərrüfatı sistemində bir neçə əsas istiqamətlərini qeyd etmək olar ki, bunlarda eyni zamanda Azərbaycan iqtisadiyyatı üçün olduqca aktualdır. Bu istiqamətləri aşağıdakı kimi qruplaşdırmaq olar:


  1. Beynəlxalq iqtisadi əməkdaşlıq, maliyyə, bank və ixtisaslaşmış qurumlarla əlaqələrin gücləndirilməsi və onlarda təmsilçilik;

  2. İnkişaf etmiş ölkələrlə əməkdaşlığa üstünlük verilməsi;

  3. Azad ticarət zonalarının yaradılması;

  4. Regionların və birbaşa iqtisadi əlaqələrin inkişaf etdirilməsi və s. Beynəlxalq iqtisadi münasibətlər sahəsində milli iqtisadiyyatın qarşısında duran əsas məsələlərdən biri də prioritetlərin müəyyən- ləşdirilməsidir. Burada xüsusi əhəmiyyət kəsb edən sahələrdən biri

xarici ticarət əlaqələridir.


    1. Yüklə 0,97 Mb.

      Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin