Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Fəsil 3. Bеynəlхаlq ticаrət və xarici iqtisadi siyasət



Yüklə 0,97 Mb.
səhifə14/46
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41959
1   ...   10   11   12   13   14   15   16   17   ...   46

Fəsil 3. Bеynəlхаlq ticаrət və xarici iqtisadi siyasət


    1. Beynəlxalq ticarətin inkişafına təsir edən amillər

Beynəlxalq iqtisadi münasibətlərin idarə olunması mexanizminin başlıca amili beynəlxalq ticarət alqı-satqı əməliyyatlarının həyata keçirilməsi ilə reallaşdırılır. Məhz maddi malların mübadiləsi, ölkələr arasında istehsal-texniki əməkdaşlığın nəticələrinin mallar mübadiləsi formasında təzahürü beynəlxalq iqtisadi münasibətləri təşkil edir. Ölkələrin qarşılıqlı ticarət əməliyyatları vasitəsilə həyata keçirilən öncədən müəyyənləşdirilmiş müxtəlif beynəlxalq ticarətin həyata keçirilməsi dünya dövlətləri qarşısında belə bir məsələ qoyur ki, hər hansı bir ölkə istehsal edə bildiyi bütün əmtəələri deyil, ən az xərclə daha çox əldə edilən əmtəənin istesalı ilə məşğul olsun. Heydər Əliyev demişdir: «Bazar iqtisadiyyatına keçid uzun prosesdir … yalnız bu prosesi ardıjıl surətdə həyata keçirərək Azərbayjanın iqtisadiyyatını daha çox inkişaf etdirə və xalqımızın rifah halını daha da yaxşılaşdıra bilərik

Eyni zamanda bu, nəzəriyyə ilə bağlıdır, dünya təjrübəsi ilə bağlıdır. Dünya təjrübəsini siz – bizim mütəxəssislər, alimlər, bu sahənin müvafiq işçiləri toplamalısınız. Nəzəriyyəni – yeni nəzəriyyə ijad etməyə ehtiyaj yoxdur – ümumiləşdirmək, bizim iqtisadiyyatımıza uyğunlaşdırmaq sizin vəzifənizdir. … İqtisadçılar gərək apardığımız islahatların hər

birinin həm həyata keçirilmə prosesini, həm də nətijələrini təhlil etsinlər. Ola bilər, bundan yaxşı əsərlər də yaza bilərsiniz. Bu da sizin elmi əsərləriniz olajaqdır»

Beynəlxalq ticarət BİM-in ənənəvi və əsas forması kimi bütün BİM formalarının təxminən 80%-inin payına düşür.

Əmtəə və xidmətlərin çıxış etdiyini nəzərə alsaq, Beynəlxalq ticarətin obyekti kimi onun iki formasını - əmtəələrlə beynəlxalq ticarəti və xidmətlərlə beynəlxalq ticarəti fərqləndirərək demək olar ki, əmtəələrlə beynəlxalq ticarət müxtəlif ölkələrin əmtəə istehsalçıları arasında beynəlxalq əmək bölgüsü əsasında meydana gələn əlaqələr formasıdır. Beynəlxalq ticarət müxtəlif ölkələrin satıcıları və alıcıları arasında xidmətlərlə mübadiləni əks etdirən dünya təsərrüfat əlaqələrinin xüsusi bir formasıdır.

Əmtəə və xidmətlərin satışı xarici bazarlarda və ölkədə istehsalı genişləndirərək, ölkənin gəlirini artırmağa imkan verir. İqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrə göndərilən sənaye məhsulları nisbətən yüksək qiymətlə satılaraq, həmin ölkələrdəki xammalları aşağı qiymətlə almaq sənaye cəhətdən inkişaf etmiş ölkələr üçün xüsusilə əlverişlidir. (Cədvəl – 1; 2)




İkinci dünya müharibəsindən sonra beynəlxalq ticarətin inkişafına təsir edən amillər inkar etmək mümkün deyil. Beynəlxalq əmək bölgüsünün və dünya təsərrüfatının beynəlmiləlləşməsinin dərinləşməsi; elmi-texniki tərəqqinin 1970-ci illərdə milli iqtisadiyyatda struktur dəyişikliklərinə səbəb olması; istehsalın və kapitalın milli və xarici bazarlarda təmərgüzləşməsi və mərkəzləşməsi transmilli şirkət- lərin dünya bazarlarında fəaliyyətinin aktivləşməsi; Müstəmləkə siste- minin dağılması ilə milli iqtisadiyyatların formalaşdırılması yoluna qədəm qoymuş yeni, müstəqil dövlətlərin formalaşması; beynəlxalq ticarətin liberallaşdırılması prosesinin güclənməsi; azad ticarət zona- larının, gömrük ittifaqlarının və s.-nin yaradılması; ixrac-idxal əməliy- yatları üçün əlverişli mühit yaradılması məqsədilə dövlətlərin xarici iqtisadi fəaliyyətə aktiv surətdə müdaxiləsi və Mərkəzi və Şərqi Avropa ölkələrinin inkişafın bazar metodlarına keçidi ilə onların iqtisadiyyatlarının açıqlığının artması, son 50 il ərzində əmtəələrlə və xidmətlərlə beynəlxalq ticarətin dinamikasını, onun əmtəə və coğrafi strukturlarında baş verən dəyişiklikləri şərtləndirmiş, beynəlxalq ticarətin müasir inkişaf meyllərini müəyyən etmişdir.



    1. Yüklə 0,97 Mb.

      Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin