Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin



Yüklə 0,97 Mb.
səhifə12/46
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41959
1   ...   8   9   10   11   12   13   14   15   ...   46

Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin


mahiyyəti
İqtisadiyyatın tənzimlənməsində dövlətin rolunu ön plana çıxaran və iqtisadi fikir tarixində Keyınsçi istiqamətinin əsasını təşkil edən ingilis iqtisadçısı C.M.Keyns 1936-cı ildə nəşr edilmiş «Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi» tədqiqat əsərində bu problemin əsasını qoymuşdur. Neoklassiklər kimi keynsçilər də bazar iqtisa- diyyatının tərəfdarları kimi çıxış edirdilər. Onlar iqtisadiyyatı təşkil və koordinasiya edən, o cümlədən də istiqamətləndirən qüvvə kımi sərbəst qiymətlər mexanizmi, gəlirlər, tələb və təklif tarazlığında görürdülər. Amma bu mexanizmlərin qiymətləndirilməsi onların baxışlarını tamamilə yeni müstəvilərdə əsaslandırırdı. Məhz bu baxımdan keynsçilərin dövlətin iqtisadiyyatının idarə olunmasında, tənzimlənmə- sində, o cümlədən də ölkənin xarici iqtisadi əlaqələrinin tənzimlən- məsində məqsədləri, rolu və inkişafı büsbütün dəyisir. Neoklassiklərin mikroiqtisadi yanaşmalarından fərqli olaraq keynsçilər iqtisadi həyatda

hadisə və meyllərin tədqiq olunmasında makroiqtisadi yanaşmaya üstünlük verirdilər.

XX əsrin 40-60 cı illərində Keynsin fikirlərini inkişaf etdirən onun tərəfdarları həm bazar, həmçinin də dövlət tərəfindən tənzimlənən və müasir ədəbiyyatlarda «keynsçi qarışıq iqtisadiyyat» adlandırılan iqtisadi sistemin dayanıqlı konsepsiyasını hazırladılar. Bu konsepsiya aşağıdakı əsas müddəaları özündə ehtiva edir: təbii bazar mexanizminin qiymətləndirilməsi və dövlətin iqtisadiyyata müdaxiləsinin səbəbləri; belə müdaxilənin məqsədlərinin müəyyənləşdirilməsi; iqtisadiyyatın dövlət tənzimlənməsinin forma və metodları, iqtisadi həyatın real gerçəklikləri dəfələrlə sübut etmişdir. Makroiqtisadi proseslərin dövlət tənzimlənməsi milli təsərrüfat kompleksinin işlənməsinin çox mühüm tərəfini özündə birləşdirir. XX əsr ərzində onun həyata keçirilməsinin prinsipləri və yolları dəyişmişdir. Belə ki, XX əsrin 30 - cu illərinə qədər bazar iqtisadiyyatlı ölkələrdə hətta dövlətin iqtisadi proseslərə müdaxiləsinin özü belə inkar edilirdi. Bu ideyanı klassik siyasi iqtisad məktəbi daha geniş müdafiə edirdi.

BİF-in dövlət tənzimlənməsi dedikdə beynəlxalq iqtisadi münasi- bətlərin qlobal kompleksinə milli iqtisadiyyatların səmərəli inteqrasiya olunması məqsədilə beynəlxalq təsərrüfat əlaqələrinin inkişafına istiqamətləndirilən tədbirlər sistemi başa düşülür.

Dövlət hər bir iqtisadi sistemin normal fəaliyyətinin təmin edilməsində həlledici rol oynayır. Dövlətin iqtisadiyyata müdaxiləsinin optimal nisbəti və hüdudlarının müəyyən edilməsi, gözlənilməsi müasir dövrdə iqtisadiyyatın dövlət tənzimlənməsinin təkmilləş-dirilməsinin başlıca problemi hesab olunur.

Bütün iqtisadi sistemlərdə bazarın çatışmazlıqlarının aradan qal- dırılması üçün dövlət iqtisadiyyata müdaxilə edir.

Ümumiyyətlə, bu çatışmazlıqlar–ictimai sərvətlərin, məhsulların istehsalında bazarın kifayət dərəcədə maraqlı olmaması, haqsız rəqabətin

olması, işsizlik, inflyasiya, makroiqtisadi qeyri-sabitlik, ölkə və regionlarının kəskin diferensiasiyası və sosial ədalətlilik probleminə bazarın biganə olması dövlətlərarası səviyyədə xarici ticarət əlaqələrinin tarazlığını pozur.

Dünya ölkələrinin təcrübəsinə görə, sırf bazar iqtisadiyyatı mövcud deyil və halhazırda milli iqtisadiyyatlar daha cox qarışıq bazar iqtisadiyyatı kimi fəaliyyət göstərir. İqtisadiyyatın dövlət tənzimlənməsi sistemində dövlət, dövlət orqanlarının simasında iqtisadi obyekt və proseslərə, onlarda iştirak edənlərə təsir göstərməklə, onları özünütəşkil və idarəolunan etməklə müvafiq olan qanunlarına riayət olunmasını, dövlət və ictimai maraqların qorunmasını təmin etməyə çalışır. İqtisadiyyatın poqnozlaşdırılması, planlaşdırılması, maliyyələşdirilməsi, büdcə təminatı, vergi qoyma, kreditləşmə, inzibatçılıq, uçot və nəzarət etmə kimi prinsiplər iqtisadiyyatın dövlət tənzimlənməsinə aid xüsusiyyətlərdir.


    1. Yüklə 0,97 Mb.

      Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin