Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin əsas



Yüklə 0,97 Mb.
səhifə13/46
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41959
1   ...   9   10   11   12   13   14   15   16   ...   46

Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin əsas


istiqamətləri
İqtisadi siyasətin strukturunda dövlətin iqtisadiyyata maksimal həddi öz əksini - makroiqtisadi siyasət, pul-kredit siyasəti, büdcə- vergi siyasəti, investisiya siyasəti, konyuktur siyasət, struktur siyasət, sosial siyasət, regional siyasət, xarici iqtisadi siyasət istiqamətlərində göstərməkdədir. Bu istiqamətlər iqtisadi siyasətin dövlətin iqtisadiyyata maksimal təsirini əks etdirməklə, iqtisadi tənzimləmə mexanizmlərin vasitələri və metodlarını birləşdirərək dövlət tənzimlənməsinin əsas funksiyalarını – istiqamətləndirici, koordinasiyaedici, stimullaşdırıcı, nəzarətedici, sosial və s. kimi təsnifləşdirərək aşağıdakı ardıcıllıqla qruplaşdırmaq olar:

- qanunvericiliyin formalaşdırılması;



  • milli iqtisadiyyatın təhlükəsizliyinin təmini və xarici təhlükələrdən müdafiə;

  • makro-iqtisadi sabitliyin təmini və mümkün qədər inflyasiyaya yol verməmək, milli valyutanın sabitliyini təmin etmək;

  • institusional islahatların həyata keçirilməsi; ictimai xidmətlərin göstərilməsi; sosial baxımdan zəif əhali təbəqəsinin müdafiəsi və təminatı;

  • təbiətin qorunması və ekoloji təhlükəsizliyin təmini; iqtisadiyyatın strukturunda səmərəli dəyişikliklər edilməsi;

  • bazar qusurlarının, çatışmazlıqlarının aradan qaldırılması və ya qarşısının alınması;

  • dövlət sahibkarlığı müəssisələrininin idarə edilməsi.

Ölkənin xarici iqtisadi fəaliyyəti müvafiq olaraq dövlətin xarici iqtisadi siyasəti vasitəsilə reallaşdırılır. Bu siyasətin səmərəli reallaşdırılması dövlətin xarici iqtisadi fəaliyyət sahəsində görəcəyi tədbirlər sisteminin müəyyənləşdirilməsini və bütünlükdə xarici iqtisadi əlaqələrinin strukturunun təhlilini tələb edir. Xarici iqtisadi əlaqələr struktur meyarına görə aşağıdakı istiqamətlərdə reallaşdırılır:

  1. Xarici ticarət sahəsində - ixrac və idxal əməliyyatları, barter əməliyyatları.

  2. Xidmət və informasiya sahəsində - turizm, konsaltinq, injinerinq, reinjinerinq, françayzinq vəs.

  3. Maliyyə sahəsində – bank fəaliyyətlərini vəqarşılıqlı əməkdaşlığın təşkili, valyuta mübadiləsi, kreditləşmə, maliyyə ehtiyatlarının idarə olunması və mübadiləsi və s.

  4. İnvestisiya sahəsində - xarici investisiyaların ölkəyə gətirilməsi daxili investisiyaları ixracı və s.

Xarici ticarət fəaliyyəti, eyni zamanda əmtəələrin, xidmətlərin, işlərin, intellektual yaradıcılığın beynəlxalq mübadiləsi sahibkarlıq fəaliyyəti formasında da həyata keçirilir. Dövlətin həyata keçirdiyi

xarici ticarət siyasəti ölkənin xarici iqtisadi fəaliyyətdə seçdiyi istiqamətdən asılı olaraq reallaşdırılır. Bu fəaliyyəti reallaşdırmaq üçün dövlət liberal və yaxud himayədar siyasəti yolunu seçə bilər.

Dövlət xarici iqtisadi fəaliyyəti tənzimləmək üçün – gömrük, qeyri-tarif, ixraca nəzarət, əmtəələrə inhisarçılığın təyin olunması; daxili bazarı qorumaq üçün müdafiə tədbirlərinin həyata keçirilməsi vasitə- lərinlən istifadə edir.

Gömrük – tarif tənzimlənməsi, xarici ticarətin fəaliyyətində gömrük tariflərinin tətbiq edilməsi idxal və ixracın istiqamətlərinin dəyişməsi tədbirlərini əhatə edərək, idxalçı və ixracatçıların maraqlarına təsir göstərir. Azərbaycan Respublikası 18 oktyabr 1991-ci ildə müstəqillik əldə etdikdən sonra 30 yanvar 1992-ci ildə dövlətçiliyin mühüm atributlarından biri olan Dövlət Gömrük Komitəsi yaradıldı. Ölkəmizin seçdiyi dövlət quruluşu və inkişaf istiqamətləri iqtisadiyyatımızı xarici müdaxilənin zərərli təsirlərindən qorumağa, milli istehsalı müdafiə etməyə qadir olan və bütövlükdə ölkənin iqtisadi təhlükəsizliyin təmin edə biləcək orqanın yaradılmasını, ilk növbədə təsis edilməli olan dövlət idarəetmə sisteminin aparıcı elementlərindən birinin təşkilini, labüdləşdirdi. Gömrük işinin əhəmiyyətini haqqında xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin banisi və memarı Heydər Əliyevin fikrini qeyd edək: “...Həqiqi gömrük işini təşkil etmək üçün iki əsas şərt lazımdır. Birincisi, gömrük işçisi gərək bilikli olsun, öz peşəsini yaxşı mənimsəmiş adam olsun, mənəviyyatca təmiz olsun, müstəqil Azərbaycanın iqtisadiyyatının möhkəmləndirilməsi işində sadiq olsun. İkinci tərəfdən, gərək onun təcrübəsi ola, biliyi ilə yanaşı, maddi texniki bazası, müasir texnikası, ləvazimatları olsun. Bunları yaratmaq lazımdır. Bu da sizin vəzifənizdir...” (Azərbaycan” qəzeti, 31 yanvar 1997-ci il). Heydər Əliyevin dövlət başçısı kimi gömrük siyasəti sahəsindəki fəaliyyətini iki mərhələyə bölmək olar:



  1. 1969-1987-ci illəri əhatə edən sovet dönəmi;

  2. 1993-2003-cü illəri əhatə edən müstəqillik illər.

Qeyri-tarif tənzimləmə metodları dedikdə bəyəmnamələrin tətbiqi, kvotaların tətbiqi (ölkəyə gətirilən və yaxud çıxarılan məhsulların həcminə məhdudiyyətlərin qoyulması), lisenziyalaşdırma, veterinar, sanitar-gigiyenik, texniki standartların və s.-nin tətbiqi nəzərdə tutulur.

Daxili bazarı qorumaq üçün müdafiə tədbirlərinin həyata keçiril- məsi (antidempinq, kompensəedici, xüsusi gömrük tariflərinin tətbiqi)



  • xüsusi, əlavə gömrük rüsumun növüdür, dövlətin iqtisadi maraqlarının mühafizəsinə xidmət edir; ölkənin gömrük ərazisinə ixracat ölkəsindəki normal dəyərdən yaxud orta dünya qiymətlərindən aşağı qiymətə idxal olunan mallar üzərinə idxalat ölkəsi istehsalçılarının mənafeyini mühafizə etmək, onlara maddi ziyan vurulmaması, oxşar malların istehsalının təşkili və genişləndirilməsi məqsədi ilə tətbiq olunur. QATT 1967-ci ildə antidempinq məcəlləsi qəbul etmişdir. Bütün ölkələr öz qanunlarını ona uyğunlaşdırır. Daxili bazarın qorunması üçün spesifik, antidempinq və kompensəedici gömrük rüsumları formasında həyata keçirilir. Spesifik vergilər, adətən daxili istehsalçılar üçün təhlükə yarada biləcək həcmdə ölkəyə məhsul gətirdikdə tətbiq olunur. Antidempinq gömrük rüsumları gətirilən məhsulun qiymətinin süni olaraq aşağı olduğunu müəyyən etdikdə tətbiq olunur. Kompensəedici gömrük rüsumları ölkəyə gətirilən əmtəələrin gətirilməsi və yaxud çıxarılması zamanı əlverişli şəraitlərin tətbiqi (subsidiaların verilməsi, subvensiaların verilməsi və s.) nəticəsində istifadə olunur.

Azərbaycan dövlətinin gömrük siyasətinin uğurla həyata keçirilməsi öz növbəsində aşağıdakı prioritetlərin əldə edilməsini mümkünləşdirir:

− gömrük nəzarəti alətlərinin səmərəli istifadəsinin təmin olunması;

− respublikanın gömrük sərhədlərində əmtəə dövriyyəsinin tənzimlənməsi;

−daxili bazarı qorumaq məqsədilə ticari-İqtisadi məqsədlərin həyata keçirilməsi;

− milli iqtisadiyyatın inkişafının stimullaşdırılması;

− xarici bazar ekspansiyasından və qeyri-sivil rəqabətdən qorunmaq və s.

Bu baxımdan idxal-ixrac siyasətinin formalaşması, İqtisadi maraq- larla yanaşı sosial mənafelər və sosial inkişaf, İqtisadi təhlükəsizlik və daxili resursların İqtisadi dövriyyəyə cəlb olunması baxımından hazır- lanır və tənzimlənir.


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin