Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Xarici iqtisadi siyasətin həyata keçirilməsi



Yüklə 0,97 Mb.
səhifə11/46
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41959
1   ...   7   8   9   10   11   12   13   14   ...   46

Xarici iqtisadi siyasətin həyata keçirilməsi


istiqamətləri
Azərbaycanda müstəqil dövlət quruculuğu vəzifələri iqtisadi siyasətin möhkəmləndirilməsi və təmin olunması, təhlükəsizliyin, ərazi bütövlüyünün və iqtisadi maraqların özünəməxsus xüsusiyyətlərlə, fərqlənən müxtəlif istiqamətli xarici siyasət yeridilməsini tələb edir. Ölkənin müstəqilliyinin dönməzliyinə nail olmaq, onu tədricən ənənəvi siyasi təsir dairəsindən çıxarmaq, tarixən formalaşmış xarici iqtisadi, siyasi və mədəni əlaqələrdən müstəqillik mənafeləri üçün səmərəli istifadə etmək, Şərqlə Qərb arasındakı münasibətlər sistemində Azərbaycanın özünə məxsus yer tutmasını təmin etmək üçün region dövlətlərinin köklü mənafelərinə və maraqlarına toxunmamaq şərtilə çoxşaxəli və tarazlaşdırılmış siyasət həyata keçirilir.

Xarici iqtisadi siyasət aşağıdakı istiqamətlərdə həyata keçirilir: Xarici ticarət siyasəti

Ödəniş balansı siyasəti Xarici investisiya siyasəti Xarici yardım siyasəti

Xarici ticarət siyasəti dedikdə ölkənin xarici ticarətinin nizamlanmasına yönəldilmiş tədbirlər sisteminin məcmusu, xarici iqtisadi sayasətinin aparıcı sahələrindən biridir. Xarici ticarət siyasəti

geniş mənada maliyyə mənbələrinin yaradılması və istifadə olunmasına xidmat edir. Xarici ticarət siyasəti qarşıya qoyulan məqsəddən asılı olaraq iqtisadi mənbələrin yenidən böyüdülməsinə təsir göstərir.

Xarici ticarət siyasətinin əsas vasitəsi tarif və qeyri tarif tənzimlənmələridir. Burada yalnız xarici iqtisadi siyasətin tərkib hissəsi kimi ödəniş balansı siyasətinin ümumi cəhətlərinə diqqət getirir.

Ödəniş balansı siyasəti hökümətin ödəniş balansının müvanizətini təmin etmək üçün həyata keçirdiyi tədbirlərin məcmusudur.

Ödəniş balansının kəsirinin ödəmək üçün görülən tədbirləri qısa və uzun müddətli tədbirlərə bölmək olar. Qısa müddətli tədbirlərə bu kəsirli ödəmək üçün digər dövlətlərdən, beynəlxalq təşkilatlardan vəsait əldə əldə edilməsi və ya özünün malik olduğu tədbirlər daxildir. Uzun müddətli tədbirlərə isə aşağıdakılar daxildir:



  1. Pul və maliyyə siyasətlərindən istifadə olunaraq iqtisadiyyatda devalvasiya (milli və ya beynəlxalq pul vahidi məzəndəsinin xarici valyuta ilə müqayisədə aşağı salınmasıdır) yaradılması yolu ilə ödəniş balansının kəsir verilməsini təmin etmək.

  2. Milli valyutanı devalvasiya etmək.

  3. Beynəlxalq iqtisadi fəaliyyətlər üzərinə valyuta nəzarəti qoymaq.

  4. Xarici ticarət balansı kəsirlə bağlanırsa tarif dərəcələrini yüksəltmək və idxalda məhdudiyyətləri artırmaq, ixracın artırılması üçün tədbirlər görmək. Bu tədbirlərin hamısı birlikdə və yaxud hər biri ayrı- ayrı qəbul edilə bilər.

Ödəniş balansında müvazinət yaradılması məqsədi ilə yeridilən siyasət 250 illik tarixə malikdir. Lakin, keçən əsrin 30-cu illərinə qədər nəzəriyyə ödəniş balansının müvazinətinin sabit valyuta məzənnələrində dəyişiklik edilməsi yolu ilə çox bəsit bir yolla təmin edilməsini nəzərdə tuturdu. Şübhəsiz bu nəzəriyyə klassik rəqabət mexanizmi və qiymətlərin tam elastik olduğu ehtimalından doğurdu. Bazar iqtisadiy-

yatı sistemində işsizlik və infilasiya kimi çox ciddi problemlərin həlli üçün tam məşqulluq və qiymətlərin sabitliyinin təmin olunması aparılan iqtisadi siyasətin başlıca məqsədlərindən, ödəniş balansı siyasətinin mərkəzi problemlərindəndir. Çünki, ödəniş balansında bazarlığın pozulması gəlir, məşqulluq və qiymətlərin səviyyəsində əks olur. Ona görədə ödəniş balansı siyasətin istər ümumi iqtisadi siyasətin, istərsədə xarici siyasətin mühüm tərkib hissəsidir.

Xarici investisiya siyasəti uzun müddətli beynəlxalq kapital qoyuluşları özündə birbaşa xarici investisiyaları və uzun müddətli portfel qoyuluşlarını birləşdirir.


    1. Yüklə 0,97 Mb.

      Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin