Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Beynəlxalq ticarətin dinamikasi və quruluşu



Yüklə 0,97 Mb.
səhifə15/46
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41959
1   ...   11   12   13   14   15   16   17   18   ...   46

Beynəlxalq ticarətin dinamikasi və quruluşu

Beynəlxalq ticarətin dinamikasi dedikdə əsasən dəyər göstəricisi və artım nəzərdə tutulur. Məsələn, XX əsrin ikinci yarısından beynəlxalq ticarətin inkişaf sürəti dünya iqtisadiyyatının artım sürətini qabaqlayır. 1960 – 2000 ci illərdə dünya üzrə ÜDM- 28, 7 dəfə artdığı halda, ixracın həcmi 41, 6 dəfə çoxalmışdır. Təsadüfi deyil ki, qərb iqtisasçıları bu dövrü “qızıl əsr” adlandırmışlar.

Beynəlxalq ticarətin dinamikası yüksək inkişaf templəri ilə xarakterizə olunur. Əmtəə ixracında müşahidə edilən artım 2007-ci ildə 6%-ə enmişdir. Bu göstərici 2006-cı ildə 8,5% təşkil edirdi. Bu enmənin

səbəbi başlıca olaraq ABŞ həmçinin Avropa və Yaponiyada idxal tələbinin azalmasıdır. 2000-2007-ci illər ərzində əmtəə ixracı ÜDM-ə nisbətən orta hesabla 2,7% çox artmışdır.

Xidmətlərlə beynəlxalq ticarətdə isə 1980-ci illərin əvvəllərindən etibarən intensiv inkişaf müşahidə edilmişdir. Son illər xidmətlərlə ticarətin artım tempi əmtəələrlə ticarətin artım tempini müəyyən dərəcədə üstələyir. 2007-ci il ərzində xidmətlərlə ticarət (18%) çox yüksək bir sürətlə əmtəələrlə ticarətə (15%) nisbətən artmışdır.

Beynəlxalq ticarətin sürətli inkişafına təsir edən amillər – uzunmüddətli iqtisadi yüksəliş işgüzar aktivliyin, əmək məhsuldar- lığının, şirkətlərin gəlirlərinin və əhalinin ödəmə qabiliyyətinin artması; elmi-texniki tərəqqi istehsalın həcminin genişlənməsi; insan faktoru( ehtiyacların daim artması qanunu) və həmçinin əmtəə dövriyyəsi və sərmayələr arasında qarşılıqlı əlaqənin güclənməsi, dünya bazarının qloballaşması, milli iqtisadiyyatların “açıqlığı”nın genişlənməsi üçün zəmin yaratdı.

Əmtəə dövriyyəsinin dinamikasına təsir edən vacib amillərdən biri də qiymət faktorudur. 1990-cı illərin əvvəllərindən başlayaraq dünya ticarətinin əsas əmtəə qruplarının qiymətlərində azalma müşahidə edilir. Asiya ölkələrində tələbin aşağı düşməsini, kənd təsərrüfatının və hasilat sənayesinin restrukturizasiyasına iri kapital qoyuluşlarını, müxtəlif ölkələrin ixrac imkanlarının genişlənməsini əsas səbəblər kimi göstərmək olar.

Dünya iqtisadiyyatının, xüsusilə beynəlxalq ticarətin vəziyyətinə mühüm təsir göstərmiş amillərdən biri kimi həmçinin 1990- cı illərin ikinci yarısında Asiya və Latın Amerikası ölkələrində baş verən maliyyə böhranlarını misal göstərmək olar. Bunun birbaşa nəticəsi özü- nü dünya ticarətinin artım tempinin aşağı düşməsində göstərmişdir.

Beynəlxalq ticarətin coğrafi strukturu ərazi və ya təşkilati əlamətlərinə görə formalaşdırılmış ayrı-ayrı ölkələr və ya onların qrupları arasında əmtəə və xidmət axınları bölgüsünü əks etdirir.

Beynəlxalq ticarətin ərazi axınlarında əhəmiyyətli dəyişikliklər baş vermişdir. Belə ki, Şimali Amerika, Latın Amerikası, Mərkəzi və Şərqi Avropa, Afrika ölkələrinin dünya əmtəə ixracında payı azalmışdır. Bunun əksinə olaraq, Qərbi Avropa, Orta Şərq və Asiya ölkələrinin dünya ixracında malik olduqları pay artmışdır. İdxalda da təxminən eyni meyllər müşahidə edilmişdir.

Xidmətlərlə dünya ticarətinin ölkələr üzrə bölgüsündə sənayecə inkişaf etmiş ölkələr üstünlük təşkil edir. Xidmətlərin regional baxımdan əsas ixracatçıları isə Avropa Birliyi, ABŞ, Yaponiya, Çin və Hindistandır. İdxal üzrə ilk beşliyə isə ABŞ, Almaniya, Yaponiya, Böyük Britaniya və Fransa daxildir.

Təşkilati əlamətinə görə dünya ticarətinin coğrafi strukturunda isə son 30 ildə sənayecə inkişaf etmiş ölkələrin dünya ixracında payı 60- 70%, inkişaf etməkdə olan ölkələrin payı 25-30%, keçmiş sosialist ölkələrinin payı isə 5% ətrafında dəyişir. İnkişaf etmiş ölkələr həm ixracda, həm də idxalda dominant mövqeyə malikdirlər. Lakin onların dünya ixracında və idxalında payı azalmağa doğru meyllidir. İnkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrin payı isə əksinə artmaqdadır. Bu isə göstərir ki, inkişaf etməkdə olan ölkələrin xarici ticarəti inkişaf etmiş ölkələrin xarici ticarətinə nisbətən daha yüksək templə artır.

Beynəlxalq ticarətdə aparıcı mövqeyə malik inkişaf etmiş dünyanın üç mərkəzi: ABŞ, Avropa Birliyi və Yaponiya. Onların payına ixracının və idxalının təxminən 60%-i düşür.

Dünya əmtəə dövriyyəsinin təxminən yarısı isə “böyük yeddilik” ölkələrinin (ABŞ, Kanada, Yaponiya, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya) nəzarətindədir.

Beynəlxalq ticarətin əmtəə strukturu bir neçə meyllə xarakterizə edilə bilər. Birincisi, beynəlxalq əmtəə dövriyyəsinə cəlb edilən əmtəə axınları diversifikasiya olunur. Almaniya ixrac nomenklaturasında bu gün 180, ABŞ, Böyük Britaniya və Fransanın 175, Yaponiyanın 160 mal mövqeyi mövcüddur. Bu, dünya bazarlarına çıxarılan məhsulların sürətlə təzələndiyini göstərir. Hər 5 il müddətində maşın və cihazqayırma sənayesi məhsulların təxminən 60%-i təzələnir.

İkincisi, elmi-texniki tərəqqinin təsiri nəticəsində beynəlxalq ticarətdə emaledici və kimya sənayesi məhsullarının payı yüksəlir.2007- ci ildə emaledici sənayenin həcmi 7,5% artmışdır. Ümumiyyətlə, 2007- ci ildə dünya ixracının 47,8%-i emaledici sənayenin payına düşüb və 2000-ci ildə bu göstərici 45,3% olmuşdur. Bu məhsullar dünya bazarlarında əsas ixracatçı və idxalatçılar kimi sənayecə inkişaf etmiş ölkələr çıxış edirlər.

Üçüncüsü, xammal və yanacaq ticarətin dünya əmtəə dövriy- yəsində payı getdikcə azalır ki, bu da sənayecə inkişaf etmiş ölkələrin maddi istehsalında xammal əmtəələrinin rolunun azalması və xammalın dünya qiymətlərinin aşağı düşməsi ilə əlaqədardır.

Dördüncüsü, dünya ticarətində ərzaq məhsullarının da xüsusi çəkisi azalır. 2000-ci ildə ərzaq məhsullarının cəmi əmtəə ixracında payı 6,9%-ni, təşkil etdiyi halda, 2007-ci ildə 6,7%-ni təşkil etmişdir. Bu aqrar sektorun bütün qrup ölkələrin daxili istehsalında payının aşağı düşdüyünü, kənd təsərrüfatı məhsullarının emal səviyyəsinin artdığını və qiymətlərin aşağı düşdüyünü göstərir.

Beşincisi, 1970-ci illərin dünya iqtisadi böhranından sonra toxuculuq və hazır paltar məhsulların dünya ixracında payının artımı meyli müşahidə edilməkdədir.

Həmçinin xidmətlərlə beynəlxalq ticarət getdikcə əmtəələrlə ticarətə daha çox təsir göstərir. Məsələn, əmtəənin xaricə göndərilməsi üçün

bazarın təhlilindən tutmuş əmtəənin nəqlinə qədər çox xidmətlərdən istifadə edilir.

Beynəlxalq ticarətin sabit artımına aşağıdakı amillər təsir edir:



  1. Beynəlxalq əmək bölgüsünün və istehsalın beynəlmiləlləşdirilməsinin inkişafı

  2. Dünya bazarında transmilli şirkətlərin fəaliyyətinin artması

  3. Xarici kapital ixracının artması

  4. Ticarət-iqtisadi inteqrasiyası prosesinin inkişafı

  5. Bir çox məhsulların qiymətinin artırılması və s.

Dünya ticarətini quruluşunu – maşınlar, avadanlıq, cihazlar; xammal məhsulları; ərzaq məhsulları və istehlak mallarına görə qruplaşdırmaq olar.

XX əsrin ikinci yarısında daha doğrusu 1960-2000-ci illərdə dünya üzrə ixracın tərkibində xammal, yanacaq və ərzaq məhsullarının xüsusi çəkisi nisbətən azalmış, hazır məhsullar və yarımfabrikatların payı isə atrmışdır. Hazır məhsullar və yarımfabrikatlar inkişaf etmiş ölkələrin ixracında əsas yeri tutur, (82%), yanacaq, xammal, ərzaq isə 15% təşkil edir.

Hər bir dövlətin xarici ticarət siyasətində əsas məqsədi – ixrac və idxalın həcminin və qiymətlərinin nisbətinin dəyişilməsindən; xarici ticarətin quruluşunun dəyişilməsindən, eyni zamanda ölkənin zəruri ehtiyyatlarla təmin edilməsindən ibarətdir.

Dövlətin xarici ticarət siyasəti əsasən liberallaşma və himayədarlıq olmaqla iki istiqamətdə özünü göstərir.



  1. Liberallaşma – müəyyən maneçiliklərin azaldılması bazarın tənzimləyici roluna üstünlük verilməsi nəzərdə tutulur.

  2. Himayədarlıq – bir cox hallarda ölkənin iqtisadi inkişaf səviyyəsindən asılı olduğu üçün diqqət mərkəzində saxlanılaraq, daxili bazarın xarici rəqabətdən qorunması və xarici bazarın ələ keçirilməsi üçün dövlətin yeritdiyi siyasət nəzərdə tutulur.

Fəlsəfi baxımdan Hegel dialektikasıda ziddiyyət o şeydir ki, irəli hərəkət etdirir. Bu müddəa ilə yanaşı ziddiyyətdə əksiklikləri barışdırmaq meyli də vardır. Hadisələrin daxilən zidd olan cəhətləri bir- birinə qarşı laqeyd qalmır. Ziddiyyətdəki cəhətlərin hər birində müəyyən bir meyl-müsbət və ya mənfi, təsir və ya əks təsir və s. meylləri əks olunur. Dünya ticarəti prosesinin təhlili göstərir ki, burada liberallaşma- sərbəstləşmə bu prosesin əsasını təşkil edir. Gömrük dərəcələri azalır, bir çox məhdudiyyətlər aradan qaldırılır.

    1. Yüklə 0,97 Mb.

      Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin