Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Xarici ticarət təşkilatlarının xarakteristikası və



Yüklə 0,97 Mb.
səhifə20/46
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41959
1   ...   16   17   18   19   20   21   22   23   ...   46

Xarici ticarət təşkilatlarının xarakteristikası və


quruluşu
Xarici ticarət təşkilatlarının xarakteristikası və quruluşu sərbəst ticarət və gömrük ittifaqı haqqında olan razılaşma dünya ölkələri arasında daha geniş yayılmağa başlamışdır. Beynəlxalq iqtisadi sistemdə rəqabətin artdığı şəraitdə, öz iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışan dövlətlər digərləri ilə malların, kapitalın və onlarla bağlı xidmətlərin sərbəst hərəkətini təmin edən sazişlər imzalayırlar. Əksər belə müqavilələr beynəlxalq, dövlətlərarası və ya regional xarakter daşıyır. Belə təşkilatlara Ümumdünya Ticarət Təşkilatını (ÜTT), Ümumdünya Gömrük Təşkilatını (ÜGT), Avropanın Sərbəst Ticarət Assosiasiyasını

(ASTA), Sərbəst Ticarət Haqqında Şimali Amerika Razılaşmasını (NAFTA), Cənubi-Şərqi Asiya Dövlətlərinin Assosiasiyasını (ASEAN), Mərkəzi Avropanın Sərbəst Ticarət Assosiasiyası (MASTA), OPEK-i və başqa bir sıra regional təşkilatları aid etmək olar. Bu təşkilatların əsas məqsədi bağlanmış müqavilə əsasında sərbəst ticarət siyasəti yürütmək şərtilə, xarici ticarətdə maneçilik törədən amillərin aradan qaldırılmasıdır. Bunun da əsas xüsusiyyətləri aşağıdakılardır: ticarətin gömrük və digər məhdudiyyətlərdən azad olunması; gömrük rüsumları və qeyri-tarif məhdudiyyətlərinin qarşılıqlı şəkildə tədricən aradan qaldırılması; birtərəfli qaydada gömrük rüsumlarının qaldırılmasının mümkün olmaması; yeni ticarət məhdudiyyətlərinin tətbiq olunması. Göstərdiyimiz bu şərtlər dövlətə, xarici iqtisadi fəaliyyət sistemini təkmilləşdirməyə və beynəlxalq ticarət təcrübəsini daha yaxşı mənimsəməyə imkan verir. Sərbəst ticarət zonasında fəaliyyətin tənzimlənməsi həmişə heç bir dövlətüstü idarəetmə sistemi yaradılma- dan həyata keçirilir. Bütün qərarlar iştirakçı dövlətlərin iqtisadi strukturlarına (maliyyə, xarici ticarətlə bağlı olan və s.) rəhbərlik edən şəxslər tərəfindən birilkdə qəbul edilir. Bu qərarları tərəflər şərtsiz yerinə yetirir və XİF sahəsindəki öhdəliklər və kordinasiya təminatının icrasını məcbur edir. Lakin sərbəst ticarət zonaları mənfi cəhətlərdən də xali deyildir. Bu özünü yerli istehsal mllarının daha keyfiyyətli idxal malları ilə rəqabətdə tab gətirməməsi faktorunda göstərə bilər. Nəticədə isə, xarici mallar yerli istehsal mallarını daxili bazardan sıxışdırıb çıxarır. Bu isə həmişə dövlət tənzimlənməsi ilə aradan qaldırıla bilən iqtisadi bir problemdir. Sərbəst ticarət zonasına ən yaxşı nümunə kimi NAFTA, EFTA və s. göstərmək olar. Bu zonalar daxilində vahid xarici tarif dərəcəsi yoxdur. Sazişin əsas xüsusiyyəti ondan ibarətdir ki, iştirakçı ölkələr arasında ticarət zamanı gətirilən mallara vergi, rüsum və digər məhdudiyyətlər tətbiq olunmur. İkinci dünya müharibəsindən sonra dünya ölkələri beynəlxalq iqtisadi əməkdaşlıq sahəsində «sivil» oyun

qaydalarına böyük ehtiyacın olduğunu dərk edirlər. Müharibədən sonrakı Beynəlxalq İqtisadi və maliyyə sisteminin əsası 1944-cü ildə çağırılan



«Bretton Woods» konfransında qoyulmuşdu. Konfransın nəticəsində iki təşkilatın qurulmasına qərar verildi. 1. Dünya Bankı. 2. Beynəlxalq Valyuta Fondu. Dünya Bankı Avropa İqtisadiyyatının dirçəlməsinə yardım etmək, BVF isə beynəlxalq pul və maliyyə sisteminin durğun bir şəkildə işləməsini təmin etməlidir. Beynəlxalq ticarət əlaqələrinin tənzimlənməsi üçün ÜTT-nin yaradılması cəhdi müvəffəqiyyətsizliyə uğradı. Bu təşkilatın Nizamnaməsi olan «Havana Xartiyası» qəbul olunmadı. Lakin az ölkə bu xartiya əsasında 1947-ci ildə Ticarət və Tarif üzrə Baş Saziş imzaladılar. Bu saziş digər ölkələr üçün açıq saxlınıldı. Tədricən bir sıra ölkələrin bu sazişə qoşulması, faktiki olaraq dünya ticarət problemlərini müzakirə edən və ticarət-siyasi xarakterli mübahisələri həll edən beynəlxalq təşkilata çevrilməsi ilə nəticələndi. Bu təşkilatın üzvləri 1994-cü ilə qədər raund adlanan ticarət danışıqları aparmışdır. İlkin olaraq bu danışıqlar zamanı gömrük rüsumlarının azaldılması haqqında öhdəlik qəbul olunmuş, sonra isə beynəlxalq ticarətdə qeyri-tarif tədbirlərinin (kvotalaşdırma, lisenziyalaşdırma və digər inzibati tədbirlər) aradan götürülməsi məsələləri həll edilmişdir. Uruqvay raundunda TTBS əsasında ÜTT yaradıldı (1986-1994-cü illər). 1994-cü il aprelin 15-də Mərakeşdə imzalanan yekun aktı ÜTT-nin təsis edilməsi haqqında Sazişin imzalanması üçün yol açdı. ÜTT TTBS-in varisidir və öz fəaliyyətinə 1995-ci ilin yanvarın 1-dən başlamışdır. Mənzil qərargahı Cenevrədə yerləşir. ÜTT ticarət sazişləri spektrində daha geniş nəzarəti həyata keçirir və mübahisəli məsələlər üzrə bir sıra qərarların qəbulu qaydalarının təkmilləşdirilməsi ilə əlaqədar daha geniş səlahiyyətə malikdir. TTBS çərçivəsində keçirilən raundların gedişində ardıcıl olaraq üzv dövlətlərin gömrük tarif dərəcələrinin aşağı endirilməsi, həmçinin xarici ticarətin nizama salınmasında qeyri-tarif tənzimlənmələri, mülki aviasiya texnikasının və toxuculuq mallarının

ticarətinə aid mühüm məsələlərə aid Sazişlər işlənib hazırlanmış, 8-ci raundda əsas mülkiyyətin mühafizəsi və xidmət ticarəti kimi (bank, sığorta, nəqliyyat və s.) yeni sahələrin genişlənməsi məsələlərinə baxılmışdır. ÜTT-nin əsas məqsədi ticarətdə idxal rüsumlarının səviyyəsinin ardıcıl olaraq aşağı salınması, kəmiyyət və digər qeyri-tarif maneələrinin aradan qaldırılması və başlıca olaraq tarif üsullarından istifadə etməklə beynəlxalq ticarətin liberallaşdırılmasına nail olmaqdır. ÜTT-nin əsas prinsip və qaydaları aşağıdakılardır: - ticarətdə qarşılıqlı surətdə daha əlverişli şəraitin yaradılması; - xarici mənşəli mal və xidmətlərə mülki recimlərin tətbiqi; - ticarət mübahisələrinin danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilməsi. ÜTT-nin funksiyalarına aşağıdakılar aiddir: a) Uruqvay raundunun bütün sazişlərinin və gələcəkdə imzalanması nəzərdə tutulan sazişlərin qəbul edilməsi və yerinə yetirilməsinin təşkili; b) beynəlxalq imzalanmış və Nazirlər Konfransında daha geniş problemlərə aid olan məsələlər üzrə ÜTT üzvləri arasında danışıqların təşkili; c) ÜTT üzvləri arasında mübahisələrə və münaqişəli vəziyyətlərə baxışın təmin edilməsi; ç) ÜTT-yə üzv dövlətlərin ticarət siyasətinə mütəmadi nəzarətin təşkilinə təminat. ÜTT-nin bütün üzv dövlətləri «çoxtərəfli ticarət sazişləri» adı altında birləşən sazişlərin və digər sənədlərin yerinə yetirilməsi üzrə öhdəlikləri qəbul edirlər. ÜTT-yə üzv olan 145 ölkə dünya ticarətinin 97%-dən az olmayaraq öz əllərində cəmləmişdir. ÜTT-də 180-dən çox dövlət iştirak edir. 20-dən çox dövlət Baş Sazişə qoşulma mərhələsindədir. Tacikistan istisna olmaqla, bütün MDB dövlətləri təşkilata üzv olmaq prosesinin müxtəlif mərhələlərindədirlər. ÜTT-nin strukturu bir sıra bölmələrdən ibarətdir. ÜTT-nin ali orqanı bütün iştirakçı dövlətlərin nümayənədələrini birləşdirən Nazirlər Konfransıdır. Konfransın sessiyaları Uruqvay raundunun sazişi ilə əlaqədar prinsipial məsələlər üzrə qərarların müzakirəsi və qəbulu üçün iki ildə bir dəfədən az olmayaraq çağırılır. Konfrans aşağıdakı komitələri təsdiq edir: -

ticarət və inkişaf üzrə; - ödəmə balansının tarazlığını təmin etmək məqsədilə məhdudlaşdırma üzrə; - büdcə, maliyyə və inzibati; - ətraf mühit və ticarət üzrə. Konfrans ÜTT-nin Baş Direktorunu təyin edir. O da öz növbəsində ÜTT katibliyi şöbələrnin əməkdaşlarını təyin edir və Nazirlər Konfransının qəbul etdiyi müddəalara uyğun olaraq onların xidməti şərtlərini və vəzifələrini müəyyən edir. ÜTT-nin qərarları konsensus yolu ilə qəbul edilir. Əgər konsensus olmazsa qərarlar əksər səs çoxluğu ilə qəbul olunur. Ticarət, xidmət, əqli mülkiyyət hüquqları, qəbul edilmiş öhdəliklərdən azad olmaq üzrə sazişlərin müddəaları şərti səs çoxluğu ilə qəbul edilir. Nazirlər Konfransının sessiyalararası dövründə onun funksiyasını Baş Şura həyata keçirir. Bundan başqa Baş Şura mübahisələrin nizama salınması üzrə Orqanın və Ticarət siyasətinə nəzarət üzrə orqanın fəaliyyətini həyata keçirir.



    1. Yüklə 0,97 Mb.

      Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin