Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”


Reklam yayımı vasitələrinin seçilməsi



Yüklə 0,65 Mb.
səhifə123/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   119   120   121   122   123   124   125   126   ...   160
Beynelxalq marketinq muhazire

4. Reklam yayımı vasitələrinin seçilməsi.

Daxili və xarici amillərin təsiri, əmtəənin növü və bazardakı vəziyyətidən asılı olaraqmüxtəlif reklam vasitələrindən istifadə olunur.

Bir qayda olaraq reklam vasitələri seçilərkən onların hər birinin istehlakçıya göstərə biləcəyi təsir, yayılma coğrafiyası, əhatə etdiyi auditoriya və digər imkanları öyrənir, onlar arasında müqayisə aparır və onlardan hansının potensial alıcı ilə bir reklam əlaqəsi üçün çəkilən xərclər nəzərə almaqla minimum xərctələb edən reklam yayımı vasitəsi ilə seçilir.Burada mütləq minimum şərtlər deyil, mıhz nisbi minimum xərclər kriteriyası reklam vasitələrinin əlverişliliyinin qiymətləndirilməsi üçün əsas götürülür. Belə ki, reklam verən üçün onu maraqlandıran birinci şərt özünün reklam göndərişi ilə reklam təsirinə məruz qoymaq istədiyi bütün planlaşdırılmış məqsədli qrupları əhatə etməkdir. Bir çox hallarda böyük xərclər bir reklam əlaqəsinəçəkilən xərclərin aşağı salınmasını təmin edir.

İstehsal xarakterli əmtəələr üçün reklam verərkən reklam yayımı vasitəsinin ( kanalının ) seçilməsində əsas diqqət ona yönəldilməlidir ki, hansı reklam kanalına reklam çatacaq şəxsi üstünlük verir. Burada reklamın kontragent firmanın qərar qəbul etmək hüququ olan ali rəhbərliyinə çatdırıla bilməsi daha mühim əhəmiyyət kəsb edir. Aparılmış tədqiqatların orta dünya göstəricisinə görə reklam yayımı vasitələri ( kanalları ) aşağıdakı ardıcıllıqla düzülür ( birinci rəqəm – soruşulanların, ikinci rəqəm – həmin kanalın vacibliyini deyənlərin faizlə payı );ixtisaslaşmış jurnallar – 91/ 94 ( bütün mütəxəssislər – 91, direktorlar və texniki rəhbərlər – 94 ), ixtisaslaşmış yarmarka və sərigilər 80/ 87, prospektlər – 70/76, danışıqlar – 67/85, reklam kinofilimləri – 18/18.

Göründüyü kimi soruşulanlardan heç biri məlumat mənbəyi kimi nə radio, nə televiziyanın adını çəkmiyib. Reklam filimləri isə son yerdədir və onlar qərar qəbul etmək hüququ olan və yaxud qərar qəbuluna təsir göstərə bilən beş adamdan birinə məlumat çatdıra bilir.

Reklamların təsnifıləşdirilməsinin ən geniş yayılmış forması,onun istifadə edilən informasiya vasitələrinə əsaslanan təsnifatıdır.Bu baxımdan onun aşağıdakı 3 növü vardır:

1.Kütləvi informasiya vasitələrində klassik reklam

2.Satış yerində reklam

3.Fərdi reklam


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin