Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”


Müəssisələrin beynəlxalq bazarda rolu



Yüklə 0,65 Mb.
səhifə65/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   61   62   63   64   65   66   67   68   ...   160
Beynelxalq marketinq muhazire

4. Müəssisələrin beynəlxalq bazarda rolu.

Hər bir ölkənin daxili bazarı istehlakçılardan və təşkilatlardan ibarətdir. İstehlakçılar əmtəələri şəxsi və ev təsərrüfatlarının ehtiyaclarını və təlabatlarını ödəmək üçün ,müəssisələr isə başqa əmtəələrin və xidmətlərin istehsalı üçün satın alırlar.Başqa bir ifadə ilə istehsal məqsədilə əmtəə və ya xidmətləri əldə etməyə çalışırlar.İstehsal müəssisələri ,xidmət obyektləri,xeyriyyə cəmiyyətləri,dövlət idarələri və s.təşkilatlar başqa əmtəələr və xidmətlərin istehsalı məqsədilə xammalı , yarıfabrikatları və hazır əmtəələri satın alaraq ,müəssisələr bazasını formalaşdırırlar.

Müəssisələr bazarı bir-birindən fərqli xüsusiyətləri daşıyan sənaye təyinatlı əmtəələr ,vasitəçi satıcılar, ictimai-siyasi təşkilatlar və dövlət idarələri bazarları olaraq 4 növə ayrılır.

Bir çox müəssisə sadəcə daxili bazarda fəaliyyət göstərməklə kifayətlənməyib , aşağıda təsvir olunan müxtəlif səbəblərdən dolayı beynəlxalq bazarlara da çıxmaq arzusunda olurlar.

1.Daxili bazarda əmtəəyə olan tələbin azalması;

2.Daxili bazarda firmalar arası şiddətli rəqabət və bundan qaçmaq istəmələri;

3.Beynəlxalq bazarlara çıxmaqla mütərəqqi texnika və texnologiyanı firmaya cəlb edib istifadə imkanlarını araşdırmaq;

4.Dövlətin ixracatçı firmalara verdiyi bir sıra güzəşt və təşviqlərdən faydalanmaq istəyi;

5.Müəssisənin valyuta cinsindən gəlirlərini artırmaq istəyi;

6.Həmişə yenilikçi bir müəssisə imicini formalaşdırmaq istəyi;

7.Spesifik xüsusiyyətləri olan əmtəələrə beynəlxalq bazarlarda müştəri tapmaq istəyi və s.

Bu bazarlara çıxan müəssisələr təbii şəraitin ,yaşayış tərzinin,istehlakçı davranışlarının müxtəlifliyi səbəbi ilə bir çox problemlərlə qarşılaşa bilərlər.Bu səbəbdən də, marketinq xadimləri hər bir məqsədli bazarı ayrılıqda götürüb təhlil etməli və bu bazarlardan hansına girəcəyini müəyyənləşdirməlidir.

Azad iqtisadi zonaların yaradılması bir qayda olaraq – ayrı-ayrı ərazi və regionların iqtisadi inkişafına, konkret prioritet iqtisadi məsələlərin həllinə, strateji proqram və layihələrin reallaşdırılmasına yönəldilmiş ciddi bir işdir. Belə ki, təcrübə onu göstərir ki, azad iqtisadi zonalarda yaradılmış güzəştlər sistemi bu ərazidə reallaşdırılan proqramlarla birbaşa və sıx əlaqəyə malikdir. Dünya təsərrüfatındakı təcrübəyə əsaslanaraq onu da qeyd edək ki, AİZ-in yaradılması zamanı bəyan edilən ilkin məqsəd və vəzifələr demək olar ki heç vaxt faktiki inkişafın nəticələri ilə üst-üstə gəlmir.

Azad iqtisadi zonaların yaradılmasında başlıca məqsəd ölkələrin beynəlxalq əmək bölgüsündə baş verən inkişaf proseslərinə fəal surətdə qoşulmaqdır.

İnkişaf etməkdə olan ölkələrdə azad iqtisadi zonaların yaradılmasının əsas məqsədlərindən biri də ixtisaslı fəhlələrin, mühəndislərin, idarəedici kadrların hazırlanmasıdır. Və nəhayət, zonaların yaradılması iqtisadiyyatın inzibati idarəetmə üsulundan bazar prinsiplərinə keçid metodu kimi qiymətləndirilir.

Dünya praktikasında AİZ-in müxtəlif formaları mövcuddur. Lakin hazırda azad zonaların hamı tərəfindən qəbul edilən ümumi tipologiyası mövcud deyil. İndi isə onların mümkün təsnifatına, tipik ölçülərinə, tətbiq edilən güzəştlər sisteminə və yayılma regionlarına nəzər salaq.

Adətən AİZ-in bu və ya digər növünü birmənalı şəkildə təsnifləşdirmək çox çətin olur. Belə ki, o, özündə bir çox zonaların xüsusiyyətlərini birləşdirir. Dünyada daha geniş yayılmış AİZ-ə aşağıdakıları misal göstərmək olar:


  • Azad ticarət zonaları

  • Xüsusi gömrük zonaları

  • Xüsusi ticarət-sənaye zonaları

  • İxracın həvəsləndirilməsi xüsusi zonaları və ya ixarcyönümlü sənaye zonaları

  • Texniki-iqtisadi inkişaf zonaları

  • Yeni və yüksək texnologiyanın inkişafı zonaları.

  • Kompleks, çoxsahəli inkişaf təyinatlı iqtisadi zonalar

  • Açıq rayonlar

  • Offşor zonaları.

Azad iqtisadi zonaların xarakterik cəhətlərindən biri də onların ölkənin gömrük sərhədlərindən ayrılması və mal və xidmətlərin idxal-ixracına xüsusi tənzimləmə rejiminin tətbiq edilməsidir. Bir qayda olaraq, zonaya istehsal prosesi üçün lazım olan istehsal vasitələrinin, komplekt materialların, xammalın, həmçinin ölkə daxilində satılmaq üçün istehlak mallarının və ərzaq məhsullarının idxalı rüsum tətbiq edilmədən həyata keçirilir. Bəzi ölkələrin azad iqtisadi zonalarında isə hətta ixrac rüsumları da yığılmır.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin