Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”



Yüklə 0,65 Mb.
səhifə147/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   143   144   145   146   147   148   149   150   ...   160
Beynelxalq marketinq muhazire

Dünya bazarı bir-biri ilə beynəlxalq ticarət, elmi-texniki birliklərin mübadiləsi, xidmətlər və s. vasitəsilə əlaqə saxlayan dövlətlərin milli bazarlarının məcmusudur.

Dünya bazarının aşağıdaki formaları fəaliyyət göstərir:

-beynəlxalq əmtəə və xidmətlər bazarı;

-beynəlxalq kapital bazarı;

-beynəlxalq işçi qüvvəsi bazarı;

-beynəlxalq maliyyə-kredit bazarı;

-beynəlxalq qiymətli kağızlar bazarı və s.

Dünya bazarmda əmtəə və xidmətlər dünya bazar qiymətləri əsasında hərəkət edir. Burada kəskin rəqabət mübarizəsi, qiymətlərin kortəbii surətdə qalxıb-enməsi, qeyri-ekvivalent mübadilə, bəzi ölkələrin digərlərini istismar və qarət etməsi halları mövcuddur.

Mənfəət ardınca qaçan sahibkarlar əmtəə və xidmətlər satmaq üçün yeni-yeni bazarlar və xammal mənbələri axtarırlar. Dünya bazarlarında əmtəələr beynəlmiləl (dünya) qiymətləri ilə almıb-satılır. Müasir şəraitdə dünya qiymətləri ilə böyük miqyasda kommersiya, ixracat, yaxud idxalat əməliyyatları aparılır. Dünya qiymətləri ölkənin qoyduğu qiymət (birja, auksion və beynəlxalq ticarətin digər iri mərkəzlərinin qoyduğu qiymətlər) formasında tətbiq edilir.Dünya qiymətlərinin formalaşmasının əsasında beynəlmiləl dəyər durur. İstehsalın beynəlmiləl qiyməti dünya ticarətində üstünlük təşkil edən əmtəələrin istehsal şərtləri ilə müəyyən olunur. Hər bir milli təsərrüfatda məhsul istehsali üçün iqtisadi şərait müxtəlifdir. Belə ki, hər bir ölkənin milli təsərrüfatında istehsalın texnika ilə silahlanma səviyyəsi, müxtəlif təbii şərait, işçilərin müxtəlif ixtisas səviyyəsi əmək məhsuldarlığının səviyyəsinin müxtə-lifliyinə səbəb olur. Bu isə o deməkdir ki, ayrı-ayrı ölkələrdə istehsal edilən eyni məhsullara müxtəlif əmək sərf olunacaqdır. Əmtəə və xidmətlərin istehsalına əmək sərf edilməsindəki dəyişikliklər adətən, mübadilə edilən əmtəə və xidmətlərin miqdar nisbətində də yəni onların mübadilə dəyərində əks olunur. Beləliklə, aşkar olur ki, əmtəə və xidmətlərin mübadilə dəyəri onun dəyərinin təzahür formasıdır.Dünya ölkələrində istehsal xərclərinin aşağı salınmasında müqayisəli (dəyər göstəriciləri üzrə) xərclər prinsipinə xüsusi əhəmiyyət verilir. Belə ki, burada məcmu məhsul buraxılışında başqa ölkələrə nisbətən istehsal xərclərinin aşağı olması, məhsulların istehsalının ucuz və keyfiyyətli başa gəlməsi əsas götürülür.Hələ vaxtı ilə A.Smit və D.Rikardo beynəlxalq ticarətdə müqayisəli xərclər və üstünllüklər prinsipinə böyük əhəmiyyət verirdilər. Dünya ölkələrində bu prinsiplərə bu gün də üstünlük verirlər.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin