Əmtəə - firmanın məqsədli bazara təklif etdiyi məmulatlar və xidmətlər dəstidir.
Qiymət - əmtəənin alınması üçün istehlakçıların ödədikləri pul məbləğidir.
Yayılma metodları - əmtəənin məqsədli alıcılar üçün əlverişli olmasına yönəldilmiş müxtəlif fəaliyyət növləridir.
Stimulaşdırma metodları – firmanın öz malının üstünlükləri haqqdında məlumat yaymaq və məqsədli alıcıların onu satın almağa inandırılmasına yönəldilmiş fəaliyyətdir.
Marketinq kompleksinin təşkil edən hissələr haqqında bütün qərarlar əksər hallarda konkret malın mövqeyinin necə müəyyən edilməsindən asılıdır.