Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”


Marketinq tədqiqatları anlayışı, onun mahiyyəti və məqsə­di



Yüklə 0,65 Mb.
səhifə27/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   23   24   25   26   27   28   29   30   ...   160
Beynelxalq marketinq muhazire

1. Marketinq tədqiqatları anlayışı, onun mahiyyəti və məqsə­di.

Müəssisələrin (firmaların, şirkətlərin və s.) sahibkarlıq fəaliyyətində istehlakçıların məhsullara olan potensial (real, həqiqi) tələblərinin ödənilməsi zəruriliyi ilə bilavasitə bağlı olan bir çox problemlər qarşıya çıxır. Onların həllinə isə yalnız marketinq tədqiqatlarının köməyi ilə nail olmaq mümkündür.

Marketinq tədqiqatları dedikdə, əsasən problemlərin məqsədyönlü öyrənilməsi, tədbiq edilməsi, bunların əsasında isə həmin məsələlərin kompleks həllini təyin edə biləcək təkliflər sisteminin işlənilməsi və tətbiqi başa düşülür. Göstərilən problemlər isə adətən əmtəələrin satışı prosesində qarşıya çıxır. Odur ki, marketinqə aid olan bir çox iqtisadi ədəbiyyatlarda marketinq tədqiqatlarının vəzifələrinə: bazarı, istehlakçıları, rəqibləri, təklifləri, əmtəələri, qiymətləri, əmtəələrin hərəkətinin səmərəli siyasətini və s.öyrənmək daxil edilir.

Bazar iqtisadi sistemində, başqa sözlə, “tələb – təklif” qanunun fəaliyyət göstərdiyi bir şəraitdə istehsalçılarla istehlakçılar arasında birbaşa iqtisadi – istehsal əlaqələrinin xeyli azalması, firmaların (müəssisələrin, şirkətlərin və s.) məqsədli bazarları seçmək, bu bazarları hərtərəfli tanımaq, bazarın ölçülməsinə, potensial imkanlarına və bazar vahidlərinin xüsusiyyətlərinə dair geniş informasiya toplamaq işində geniş informasiya toplamaq işində xeyli çətinliklər yaranmışdır. Bəzi məsələlərə dair informasiyaları, məlumatları müxtəlif təşkilatlardan almaq mümkün olduğu halda, bir çoxunu isə firmaların özləri toplamağa məcbur olurlar.Odur ki, marketoloqlar (marketinq xadimləri) kifayət qədər dəqiq,dolğun və etibarlı informasiyaları toplamaq məqsədilə marketinq kompleksinin müxtəlif sahələri ilə bilavasitə əlaqədar olan müəyyən bir proqram çərçivəsində tədqiqatların aparılmasını təşkil edirlər.

Marketinq tədqiqatları marketoloqların informasiya təminatı baxımmdan bazar, istehlakçı, rəqib və xarici mühitin bütün elementləri ilə sıx əlaqəsini əks etdirir. O, marketinq qərarlarının qəbulu ilə əlaqədar fırmanın fəaliyyətindəki qeyri-müəyyənlik səviyyəsini aşağı salır, marketinq kompleksinin bütün ele­ment­lərinə və onun xarici mühitinə toxunur. Bu da öz növbəsində konkret bazarda müəyyən məhsulun marketinqinə təsir göstərır.

Mütəxəssislərin fıkrincə, marketinq tədqiqatlarında ən başlıcası onun bazar aspektlərinə-bazarın inkişaf vəziyyəti və meylinin qiymətləndirilməsi, istehlakçıların davranışının tədqiqi, rəqiblərin, malgöndərənlərin, vasitəçilərin fəaliyyətinin təhlili, marketinq kompleksinin öyrənilməsi və s. diqqət yetirməkdir.

Marketinq tədqiqatları dedikdə, marketinq fəaliyyətinin həyata keçirilməsinə dair qərarların qəbul edilməsi məqsədilə onun ətraf mühitinə dair informasiya toplanması, onların işlənməsi, təhlil edilməsi, ümumiləşdirilməsi və marketinq fəaliyyəti üzrə tövsiyələrin hazırlanması başa düşülür.

Marketinq tədqiqatları-bazarın öyrənilməsi və proqnozlaşdırılması əsasında konkret istehlakçıların ehtiyaclarının ödənilməsi və mənfəət əldə etməsinə yönəlmiş xidmətlərin istehsalı və satışının təşkilinin öyrənilməsinin kompleks sistemidir.

“Marketinq tədqiqatları” dedikdə, firmanın marketinq kompleksi fəaliyyətini icra edərkən qarşılaşdığı bir çox problemlərə dair informasiyaları sistemi qaydada obyektiv olaraq toplanan və bunları təhlil edərək ətraflı hesabat hazırlamaq başa düşülür.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin