Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”



Yüklə 0,65 Mb.
səhifə28/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   24   25   26   27   28   29   30   31   ...   160
Beynelxalq marketinq muhazire

Marketinq tədqiqatları-bazarın öyrənilməsi və proqnozlaşdırılması əsasında konkret istehlakçıların ehtiyaclarının ödənilməsi və mənfəət əldə etməsinə yönəlmiş malların (xidmətin) istehsalı və satışının təşkilinin öyrənilməsinin kömpleks sistemidir. O, həmçinin fırma və ya müəssisənin marketinq fəaliyyətini xarakterizə edən göstəriciləri aşkar etmək üçün zəruri informasiyanın toplanması, təhlili və nəticələri haqqında hesabatdır. Marketinq tədqiqatlarınin növləri aşağıdakılardır: reklam, kommersiya fəaliyyəti və onun iqtisadi təhlili, fırmanın məsuliyyəti, yeni mallar istehsalı, satış və bazar. Marketinq tədqiqatları analitik funksiyanın mühüm tərkib hissəsi olub, tələb və mal təklifinin qarşılıqlı əlaqəsini daha dolğun müəyyən etməyə imkan verən informasiyanın statistik təhlilinin müasir metodikası əsasında aparılır.

Bazar marketinq tədqiqatlarının obyektidir və onun tədqiqi marketinq tədqiqatlarının əsasını təşkil edir. Marketinq baxımından bazar dedikdə, “hər hansı bir məhsula tələbatı və onu ödəmək imkanı olan istehlakçıların və bu tələbatın ödənilməsi üçün məhsullar təklif edən istehsalçıların, satıcıların məcmusu”, yaxud “istehsal edilmiş və ya istehsal ediləcək məhsulların xüsusiyyətlərinin ona olan ictimai tələbata uyğun gəlməsi səviyyəsinin müəyyən edildiyi, müəssisənin məhsulunun rəqabət qabiliyyətliliyinin rəqib məhsulun rəqabət qabiliyyətliliy ilə müqayisə edildiyi yer” başa düşülür.

Bazar şəraitinidə müəssisədə marketinq tədqiqatları xüsusi əhəmiyyət kəsb etməklə firmanın səmərəli fəaliyyətinə və əhali tələbatınını maksimum ödənilməsinə imkan verir. Müəssisənin fəaliyyətində tədqiqatların yeri olduqca böyükdür. O, bazarın seqmentləşdirilməsi, məqsədli bazarın seçilməsi, malın mövqeyinin müəyyən edilməsi və marketinq kompleksinin hazırlanması üçün zəruri informasiya təminatı təşkil edir.

Marketinq tədqiqatları müəssisəni marketinqin ətraf mühiti ilə əlaqələndirən kommunikasiya kanalıdır, müəssisənin marketinq planının effektlilik səviyyəsini qiymətləndirmək üçün informasiyanın toplanması, ötürülməsi və işlənməsi üsuludur. O, həm müəssisənin məqsədini, imkan və resurslarını bazarda yaranmış situasiyaya uyğunlaşdırmağa, həm də marketinq elementlərini idarə etməyə imkan verir.




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin