Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”



Yüklə 0,65 Mb.
səhifə25/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   21   22   23   24   25   26   27   28   ...   160
Beynelxalq marketinq muhazire

8. Xarici bazarlara çıxış metodu.

İstehsalçılar çox vaxt xarici bazarlarda öz əmtəələri üçün nisbətən aşağı qiymət qoyurlar. Bu ilk növbədə mənfəətin aşağı düşməsinə əmtəələrin isə tez bir zamanda reallaşmasına səbəb olur. Əgər istehsalçı öz öilkəsində bazarı olmayan əmtəələri xaricdə dəyərindən aşağı qiymətlə satırsa bu dempinqsiyasətidir. Bu baxımdan beynəlxalq bazarda çıxış edən müəssisə, firma və şirkət öz əmtəələrinin son istehlakçıya çatdırılması məsələsinə komplekS surətdə yanaşır. Belə ki, əmtəələrin dünya bazarına çıxarılması onun xarici ölkənin sərhədlərinədək çatdırılmasını təmin edir.

Bəzən bazarda firmalar arası şiddətli rəqabət bu metodun uğurla tətbiqinə müxtəlif maneələr də yarada bilir.Bu maneələri ortadan qaldırmaq və əmtəə satışlarını sürətləndirmək üçün marketinq xadimləri əmtəə fərqləndirmə strategiyasına müraciət edə bilir.Bu strategiyaya görə firmalar rəqib əmtəələrdən dizaynı ,keyfiyyəti, ölçüləri və başqa xüsusiyyətləri etibarilə fərqlənəcək əmtəə çeşidlərini bazara təklif etməklə , bazar paylarını da asanlıqla artıra bilir.

b)Bazarın seqmentləşdirilməsi metodu:İstehlakçıların ehtiyacları və təlabatları , coğrafi mövqeləri , gəlirləri , davranışları bir-birindən fərqlidir.Bir-birilərinə görə fərqli ehtiyaclara və təlabatlara sahib olan yaxud da fərqli satınalma davranışları nümayiş etdirən alıcılardan ibarət bazarlar homogen xarakterə malik deyildir.Marketinq xadimləri bu cür bazarları homogen seqmentlərə bölməli, bir və ya bir neçesi məqsədli bazar olaraq seçilməli və bu bazar seqmentinə uyğun marketinq kompleksi işləyib hazırlamalıdır.

Milli bazarlar əhatə etdiyi ərazi, həcmi, təşkili formaları, strukturu və qarşıya qo-yulmuş məqsədlər baxımından fərqlənir.Onlar müxtəlif modelli və istiqamətli olurlar. Müstəqil milli bazra əsasən milli valyutaya, özünün qiymət sisteminə, daxili qayda-qanunlara, hüquqi bazaya əsaslanmaqla fəaliyyət göstərir və tənzimlənir.

Özünün keçid dövrünü yaşayan ölkələr, o cümlədən, Azərbaycan üçün müstəqil, vahid bazarın formalaşdırılması, vaxt baxımında, keçid dövründə həyata keçirilməli-dir.Onun formalaşması prosesi kortəbii getməməli, bilvasitə dövlətin iştirakı və nəza-rəti altında həyata keşirilməlidir.

Xarici bazara çıxış və satışla məşğul olmaq ixrac, müştərək sahibkarlıq fəaliyyəti və ya xaricdə birbaşa kapital qoymaq formasında ola bilər.

Xarici ölkələrdə satışı təşkil etmək üçün hər hansı bir firma ilknövbədə beynəlxalq marketinq mühitinin xüsusiyyətlərini araşdırır.

Hər bir firmanın ilk vəzifəsi girəcəyi məqsədli bazarı, yaxud da bazarları müəyyənləşdirməkdən ibarətdir. Bunun üçün marketinq xadimi daim bazar tədqiqatları aparmalı və topladığı informasiyaları təhlil edərək , bazarın xüsusiyyətlərini də aydın bir şəkildə müəyyənləşdirməlidir. Marketinq xadiminin bazardakı nailiyyətləri bazarın xüsusiyyətləri haqqında bildikləri informasiyaların həcmindən və marketinq kompleksi fəaliyyətlərini bu xüsusiyyətlərlə uzaqlaşdırmasından asılıdır.Qeyd etmək lazımdır ki, inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində əmtəə və xidmətlərin qiymətinin əsasında dəyər deyil, istehsal qiyməti durur.Dünya təsərrüfatında isə beynəlmiləl dəyərin, beynəlmiləl istehsal qiyməti ilə əvəz edilməsi prosesi baş verir.Hər bir ölkədə əmtəə və xidmətlərin istehsal qiyməti isə kapital və işçi qüvvəsinin bir sahədən başqa sahəyə axması ilə bağlıdır.Lakin hazırda dünya ölkələrində kapital və iş qüvvəsinin bir sahədən başqa sahəyə axını bir sıra məhdudiyyətlərlə bağlıdır.Beleəki kapital və işçi qüvvəsi axını əsasən iqtisadi cəhətdən inkişaf etmiş ölkələr arasında baş verir.Belə ki, milli təsərrüfatlar arasındakı rəqabət dünya bazarında reallaşdırma şərtlərinə təsir göstərir və son nəticədə beynəlmiləl istehsal qiymətinin formalaşmasına gətirib çıxarır.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin