Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”


Marketinq tədqiqatlarının informasiya təminatı



Yüklə 0,65 Mb.
səhifə29/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   25   26   27   28   29   30   31   32   ...   160
Beynelxalq marketinq muhazire

2. Marketinq tədqiqatlarının informasiya təminatı.

Müasir bazar iqtisadiyyatı sistemi dövründə yalnız o müəssisə müvəffəqiyyətlə fəaliyyət göstərə bilər ki, onun rəhbərliyi və mütəxəssisləri sahibkarlıq fəaliyyətinin bütün istiqamətləri üzrə kifayət qədər tam, həqiqi və vaxtında verilmiş informasiyaya malik olsun. Odur ki, bu məsələyə müəssisə rəhbərliyi daim ciddi qiddət yetirməlidir. Mütəxəssislərin qənaətinə görə bu problemin həlli aşağıdakı materiallardan istifadə etməklə, marketinq informasiya sisteminin yaradılması yolu ilə mümkündür:



  • Müəssisənin məhsul satışı həcmini, tədarükünü, xərclərini və material resurslarının miqdar göstəricilərini, həm də dövriyyə vəsaitlərinin hərəkətinə, debitor və kreditor borclarına dair məlumatları özündə əks etdirən daxili hesabatlar və s. ;

  • Sahibkarlıq mühitində baş verən bütün hadisələrə dair ətraflı və tam xarici informasiyalar;

  • Müəssisə qarşısında duran əsas məsələlərin həllini təmin edəcək zəruri informasiyanı əldə etmək məqsədilə marketinq tədqiqatlarının aparılması;

  • Idarəedici qərarların qəbul edilməsi üzrə konkret təkliflər özündə əks etdirən marketinq informasiyalarının təhlili nəticələri və s.

Müəssisənin informasiya bazasını yaradarkən müxtəlif idarələrin və təşkilatların uyğun statistik materiallarından, elmi – tədqiqat laboratoriyalarının, inustitutların və təşkilatların, həm də ali məktəblərin elmi hesabatlarından istfadə etmək yaxşı nəticələr verir. Bunlardan əlavə, sənaye və ticarət müəssisələri arasında olan yazışmalara diqqət yetirmək, birjaların, auksionların ( hərracların ) və torqların materiallarını öyrənmək, eləcə də bazardakı real vəziyyətlərlə yaxından tanış olmaq məqsədi ilə xüsusi müşahidələrin aparılması da yaxşı nəticələr verir.

Marketinq tədqiqatlarında tələbi öyrənmək və proqnozlaşdırmaq üçün iqtisadi, demoqrafik, sosial və digər istiqamətli informasiya mənbələrindən istifadə edilir. Informasiya tam, etibarlı, fasiləsiz, dəqiq və vaxtı-vaxtında olmalıdır.

Normal fəaliyyətə malik müəssisə yə təşkilatlarda informasiya marketinq informasiyası sistemi (MİS) daxilində toplanır, təhlil edilir və böluşdürülür.

Marketinq tədqiqatlarının təhlili, planlaşdırılması və aparılması prosesində adətən firmanrn rəhbərinə bazarda fəaliyyət göstərən alıcılar, rəqiblər və digər vasitəçilər haqqında informasiya tələb olunur ki, bu da müəssisənin fəaliyyətini tənzimləmək məqsədi daşıyır.

Bazar şəraitində daha geniş və keyfiyyətli marketinq infofmasiyası əldə edilməsinin zəruriliyini şərtləndirən 4 meyl inkişaf etmişdir:

1. Regional marketinqdən ölkə və beynəlxalq miqyasda marketinqə keçid. Bu halda təşkilat daim öz bazarını genişləndirir.

2. İstehlak ehtiyaclarından tədiyyə qabiliyyətli tələbata keçən gəlirlər artdıqca alıcılar malların seçilməsinə daha tələbkar olurlar.

Qiymət rəqabətindən qeyri- qiymət rəqabətinə keçid sonda malların fərdiləşdirilməsi, reklam və satışın həvəsləndirilməsindən geniş istifadə edilir.

4 Rəqabət kooperasiya - rəqabətə çevrilir, başqa sözlə, kooperasiya mal yaradılması mərhələsində istehsal və satış prosesində rəqabətlə əvəz edilir.

Marketinq informasiyanın zəruriliyini əks etdirən iqtisadiyyatın qeyd edilən inkişaf meyli marketinq informasiya sistemini əhatə edir.




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin