Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”


Beynəlxalq marketinq strategiyasının və taktikasının işlənib hazırlanması



Yüklə 0,65 Mb.
səhifə49/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   45   46   47   48   49   50   51   52   ...   160
Beynelxalq marketinq muhazire

2. Beynəlxalq marketinq strategiyasının və taktikasının işlənib hazırlanması.

Marketinq strategiyasının işlənilməsi bazarların və istehlakçıların tələbatlarının dəyişilməsinin uzunmüddətli proqnozlaşdırılmasına əsaslanır.

Marketinq strategiyası – müəssisənin qarşısına qoyduğu inkişaf məqsədilə nail olması üçün optimal yolların seçilməsidir.

Marketinq strategiyası – firmanın maddi və maliyyə imkanlarının bazardakı situasiyaya uyğunlaşdırılması, başqa sözlə desək firmanın daxili mühitinin xarici mühiti ilə optimal şəkildə uyğunlaşdırılması və əlaqələndirməsi vasitəsilə həyata keçirilir. Firmanın strategiyası çox ola bilər. Burada əsas məsələ ondan ibarətdir ki, hər bir əmtəəyə və hər bir bazara uyğun strategiya seçilsin və bu strategiya marketinqin məqsədinə nail olunması tələblərinə cavab versin.Belə strategiyalardan aşğağıdakıları göstərmək olar:



  • Təşkilati quruluşun təkmilləşdirilməsi;

  • Işgüzar fəallığın artırılması; buraya daxildir; bazar hüdudlarının genişləndirilməsi; bazarda mövqeyin möhkəmləndirilməsi; bazar yeniliyi olan əmtəələrin bazarların yeni seqmentlərinə çıxarılması; əmtəənin təkmilləşdirilməsi; xərclərin azaldılması və sair.

  • Işgüzar fəallığın azalması.Buraya daxildir: firmaya mənfəət gətirməyən əmtəələrin satışının dayandırılması; zərərlə satılan əmtəələrin istehsaldan çıxarılması; firmanın öz marketinq səylərini bir neçə bazarda deyil, bir bazarın daha perspektiv seqmentində cəmləşdirilməsi və sair.

  • Xarici tərəfmüqabilləri ilə öz əksində birgə müəssisələrin yaradılması;

  • Diversifikasiya artımı strategiyası (mərkəzləşdirilmiş, üfuqi, konqlomerant).

Təşkilati quruluşun təkmilləşdirilməsi – idarəetmənin təşkilati quruluşu yarandığı gündən daimi olaraq bu və ya digər istiqamətdə təkmilləşdirilmişdir.Lakin 60 – ci illərdən başlayaraq bu istiqamətdə daha intensiv tədqiqatlar aparılmağa başlanmış və artıq qeyd edildiyi kimi, yəni idarəetmə quruluşları meydana gəlmişdir. Bu, birinci növbədə idarəetmədə planlaşdırmanın əhəmiyyətinin əsaslı şəkildə yüksəlməsi ilə əlaqədar olaraq olmuşdur. Son dövrlərdə gedən proseslərlə əlaqədar olaraq planlaşdırmanın əsas mahiyyəti elmi – iqtisadi qanunların tələblərindən düzgün istifadə edərək xalq təsərrüfatının sahələri arasında daim optimal nisbətlər yaratmaq və istehsalın səmərəliliyini yüksəltməkdən ibarətdir. Planlaşdırmada inkişafın elə nisbətləri təmin edilməlidir ki, onlar nəinki cəmiyyətin hazırki tələbini ödəsin,həm də artan tələbatın gələcəkdə ödənilməsi üçün zəmin yaratsın, illik plan perespektiv planlarla tamamilə uzlaşdırılsın.

Bazar hüdudlarının genişləndirilməsi – firmanın hazırda istehsal etdiyi əmtəələri üçün yeni bazarlar axtarıb tapması və bunun hesabına satış həcmini artırmasıdır.

Bazarda mövqeyin möhkəmləndirilməsi – firmanın nə istehsal etdiyi məhsulu, nə də mövcud bazarını dəyişmədən daha əlverişli mövqe əldə etməyə çalışmasıdır.

Bazar yeniliyiolan əmtəələrin bazarların yeni seqmentlərinə çıxarılması – firmanın mövcud əmtəələrinin təkmilləşdirilmişdir və modifikasiya olunmuş variantlarının bazarın yeni seqmentinə çıxarılmasıdır.

Marketinq taktikası – firmanın malik olduğu əmtəə nomenklaturasına təlabatın formalaşdırılması prinsiplərini və mövcud konyunkturanın alınmasını əks etdirir.

Bir qayda olaraq, marketinq taktikası bir il, ən çoxu bir il yarım müddəti əhatə edən dövr üçün işlənilib hazırlanır. Bu müddətin bitməsi gözlənilmədən müntəzəm olaraq o yoxlanılır, faktiki alınmış nəticələrlə müqayisə olunur və lazım gəldikdə taktikaya düzəlişlər edilir. Daxili yoxlama – firmanın potensial imkanlarının və onların istifadə olunması sərhədlərinin təhlil olunmasıdır. Bu təhlil və alınmış nəticələr əsasında marketinqin işlənilmiş və hazırda icra edilən taktikasına düzəliş verici hərəkətlər həyata keçirilir. Marketinq taktikası ilə həll olunan məsələlər sırasına aşağıdakılar daxildir: əmtəənin irəlilədilməsinin, satışın stimullaşdırılması və reklam işinin əmtəənin həyat dövrünün mərhələlərindən asılı olaraq təşkili, yeni əmtəə ilə bazarın yeni seqmentinə çıxışın prinsiplərinin müəyyənləşdirilməsi, mövcud bazarda fəaliyyətin dayandırılması və sairə. Qeyd etmək lazımdır ki, yeni əmtəə ilə xarici bazara taktiki düzgün olmayan çıxış satış həcmi ilə reklam və satışın stimullaşdırılması arasında müvafiq olmayan nisbət firmaya böyük zərərlər gətirə bilər.

Bunların hər biri digər fəsillərdə ətraflı izah edildiyindən, burada qısaca olaraq onların firmanın mənfəətlə fəaliyyət göstərməsi üçün əhəmiyyətini göstərəcəyik.

Əmtəənin irəlilədilməsi prosesi səmərəli təşkil olunmazsa alıcı arzu etdiyi əmtəəni istədiyi vaxtda və ona lazım olan yerdə ala bilməyəcəkdir. Bu da öz növbəsində ona gətirib çıxaracaqdır ki, firmanın kommersiya fəaliyyətinin nəticəsi yüksək olmayacaqdır.

Burada bölgü kanallarının düzgün seçilməsi,onun səviyyələrinin sayının optimallaşdırılması, əmtəənin nə vaxt, harada və kimə satılacağı dəqiq müəyyənləşdirilməlidir.

Bunlardan az əhəmiyyət kəsb etməyən məsələ firmanın xarici bazara çıxaracağı əmtəə barədə reklamın veriləcəyi vaxtın seçilməsidir. Əgər reklam

vaxtında verilməzsə və inandırıcı olmazsa onda əmtəənin texniki – iqtisadi göstəriciləri, onun istehlak xüsusiyyətləri, faydalılığı barədə olan məlumatlar istehlakçıya dolğun şəkildə çatmayacaqdır. Belə olan halda isə, o istehlakçıların şüurlarında zəruri reaksiyanı yaratmayacaq və onu məhz həmin əmtəə ilə bazarlıq etməyə vadar edə bilməyəcəkdir. Bundan əlavə, reklam və stimullaşdırma xərcləri ilə əmtəənin satış həcmi arasında optimal münasibət yaradılmazsa bu özü də böyük ziyana səbəb ola bilər.

ABŞ – da Oraqaya Universitetinin professoru X. Cekson 172 firmada aparılan sorğunun nəticəsindən belə qənaətə gəlmişdir ki, firmalarda daha kütləvi xarakter daşıyan taktiki ixrac marketinq üsulları üstünlük dərəcəsinə görə aşağıdakı qaydada düzülmüşdür.




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin