Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”



Yüklə 0,65 Mb.
səhifə51/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   47   48   49   50   51   52   53   54   ...   160
Beynelxalq marketinq muhazire

4. Marketinq nəzarəti.

Marketinq planını həyata keçirərkən qarşıya çıxan gözlənilməzliklər, nəzərdə tutulan situasiyalar onun yerinə yetirilməsi üzərində marketinq xidməti tərəfindən daim nəzarətin olmasının zəruri edir.

Marketinq nəzarəti sistemi ona görə zəruridir ki, firma arxayın olmalıdır ki, hər şey qaydasında gedir və əgər belə deyilsə çox dəqiq müəyyənləşdirmək lazımdır ki, səmərəli marketinq fəaliyyətinin həyata keçirilməsinə hansı amil mane olur.

Marketinq nəzarəti – firmanın fəaliyyətinin səmərəliliyini və onu nəzərdə tutulan istiqamətlərdən kənara çıxıb – çıxmamasını yəqinləşdirmək məqsədə həyata keçirilən nəzarətdir.

Marketinq nəzarətinin vəzifəsi istehsal prosesində onun qarşısına çıxan imkanlardan istifadə etmək , təhlükələri isə aradan qalırmaqdır.

Marketinq nəzarətinin vəzifəsi istehsal prosesində və bazarda mövcud olan real vəziyyəti düzgün qiymətləndirərək, rəhbərliyi elə məlumatlarla təmin etməkdir ki, onların əsasında firmanın planlaşdırılması kompleks göstəricilərinə düzəliş vermək üçün zəmin yaratmış olsun.

Marketinq nəzarətinin funksiyası – istehsal prosesinin və onun nəticələrinin verilmiş istiqamətdən istənilən tərəfə kənara çıxmasının müşahidə olunmub aşkara çıxarılması və aradan qaldırılması məqsədi ilə tədbirlər görülməsi üçün rəhbərliyə əsaslandırılmış təkliflər verməkdir.

Ümumilikdə nəzarət prosesi özündə aşağıdakı mərhələləri birləşdirir:



  • Nəzarətin həyata keçirilməsi üçün normativ sənədlərin və kriteriyaların işlənib hazırlanması; bu ona görə vacibdir ki, keçirilən hər bir nəzarətin konkret məqsədi olmalı və bunun da həyata keçirilməsi üçün müqaisə aparıla biləcək normativlərvə ölçülər olmalıdır.

  • Istehsal – satış fəaliyyəti nəticəsində əldə edilmiş nəticələrin cari və strateji plan göstəriciləri ilə müqayisəsi.

Burada bütün səviyyələrdə maliyə və satış hesabatlarında əks olunmuş

faktiki nəticələrin müvafiq plan göstəriciləri ilə müqayisə olunub təhlil edilməsi, onların nəzərdə tutulmuş olan göstəricilərdən kənarlaşması səbəbləri və onların nəzərdə tutulmuş plan göstəricilərindən kənarlaşması səbəblər və onlara təsir edən başlıca amillərin aşkara çıxarılması nəzərdə tutulur:



  • Kənara çıxmaların qarşısının alınması üçün zəruri düzəlişverici hərəkətlərin həyata keçirilməsi.

Burada qeyd olunan mərhələlərdə aparılan işlərin nəticəsindən istifadə etməklə istehsalın səmərəliliyinin yüksəldilməsi, firmanın qarşısına qoyduğu məqsədə nail olunması üçün zəruri tədbirlərin yerinə yetirilməsi nəzərdə tutulur.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin