Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”


Beynəlxalq şirkətlərin xarici normalara uyğunlaşması



Yüklə 0,65 Mb.
səhifə59/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   55   56   57   58   59   60   61   62   ...   160
Beynelxalq marketinq muhazire

4. Beynəlxalq şirkətlərin xarici normalara uyğunlaşması.

Beynəlxalq şirkətlərin yaranması ilə beynəlxalq iqtisadi münasibətlər həm dərininə və həm də eninə genişlənmişdir. Hazırda bu şirkətlər «dünya iqtisadiyyatmm hərəkətverici qüvvəsi» hesab edilirlər.

Beynəlxalq şirkətlərin xarici normaları dedikdə- beynəlxalq münasibətlərin subyektləri olan dövlətlərin qarşılıqlı hüquq və vəzifələrinin müəyyən edilməsi yolu ilə, münasibətlərin tənzimlənməsini həyata keçirən xüsusi beynəlxalq hüquq normaları nəzərdə tutulur. Beynəlxalq hüquqda bu normaların yaranması beynəlxalq müqavilələrlə və beynəlxalq ənənələrə əsaslanır.

Bu xarici normaların əsas məzmunu onun subyektlərinin (eləcə də dövlətin) hüquq və vəzifələri ilə ilə əks olunur.

1990-cı illərdə dünya üzrə cəmi 40 min beynəlxalq şirkətlərin və onların 270 min xarici filialı mövcud olmuşdur. Qanunauyğun ola­raq onların sayı sürətlə artmaqda davam edir.

Beləki, son illərin məlumatına görə dünyada 70 mindən artıq beynəlxalq şirkətlər fəaliyyət göstərir. Bunlar ana cəmiyyət adlanırlar. Bu ana cəmiyyətlərin 900 mindən artıq fılialı mövcud-dur ki, onların da əksəriyyəti xarici ölkələrdə fəaliyyət göstərir.

Onlardan 270 min filial inkişaf etmiş ölkələrə, 490 min filial inkişaf etməkdə olan ölkələrə, 170 min filial keçid iqtisadiyyatı ölkələrinə məxsusdurlar.

Əgər ikinci dünya müharibəsindən sonrakı illərdə ildə təqribən 100 xarici filial yaranırdısa, son dövrlərdə ondan 100 dəfələrlə artıq filial yaranır.

Deməli, həmin dövrdə ana cəmiyyətlərin sayı 1,7 dəfə artdığı halda filiallarm sayı 3,3 dəfə çoxalmışdır.

Bu beynəlxalq şirkətlərin fəaliyyət dairəsi yalnız onların sayının artması hesabına deyil, mövcud şirkətlərin iqtisadi gücünün artması hesabına da genişlənir. Əvvəllər əsasən əmtəə və xidmətlərin mübadiləsi sahəsində fəaliyyət göstərən beynəlxalq beynəlxalq şirkətlər müasir şəraitdə bununla yanaşı beynəlxalq səviyyədə istehsal yarada bilmişlər. Bu beynəlxalq istehsala müvafiq olan beynəlxalq xidmətlər və beynəlxalq maliyyə dairəsi yaradılmışdır. Buradan da lokal (ölkələrarası, regional) beynəlxalq iqtisadi münasibətlərdən daha qlobal iqtisadi münasibətlərə keçid baş vermişdir Bütünlükdə hazırda beynəlxalq şirkətlərin 60%-i istehsal sahələri ilə, 37%-i xidmət sahələri ilə, 3%-i isə hasilat səanyesi və kənd təsərrüfatı ilə məşğuldurlar. 1990- cı illərdən sahəvi baxımından beynəlxalq şirkətlərin tərkibi o qədər də dəyişməmişdir.

Aydındır ki, xarici ölkələrdə beynəlxalq şirkətlərin filiallarının sürətlə artması istehsalın böyük bir qisminin xaricdə yaranması deməkdir. Bu isə beynəlxalq şirkətlərə imkan verir ki, maddi vəsaitin (istər pul şəklində və istərsə də texnologiya, avadanlıq, ixtisaslı əmək və s.) böyük qismini həmin ölkələrə yönəltsin.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin