Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”



Yüklə 0,65 Mb.
səhifə67/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   63   64   65   66   67   68   69   70   ...   160
Beynelxalq marketinq muhazire

böyük innovasiya. Bunların nəticəsində inqilabi yeniliklər həyata keçirilir ki, istehsal strukturunu, idarəetməni və iqtisadi inkişafın sürətini kökündən dəyişir.

  • radikal innovasiya. Elmi ideyalar və ixtiralarla nəticələnir ki, bunların da əsasında texnoloji sistemlərin keyfiyyətinin kökündən dəyişdirilməsi və yeni istehsal sahələrinin yaranması mümkün olur.

  • prinsipial innovasiya. Böyük ixtiralar və elmi- texniki təkliflərlə nəticələnir ki, bunların da bazasında texnikanın yenisi ilə əvəz edilməsi ilə şərti ilə yeni texnologiya yaranır.

  • təkmilləşdirilmiş innovasiya. Mövcud texnologiyanın, obyektlərin, məhsulun və texnikanın təkmilləşdirilməsinə yönəldilmiş innovasiyadır.

  • sadə innovasiya. Bunun vasitəsilə istehsalda istifadə edilən texnika və texnologiyanın texniki- iqtisadi parametrlərinin bir müddət saxlanmasına nail olunur.

    Innovasiya fəaliyyətinin kifayət qədər geniş miqyasda təşkil edilməsi üçün elmi, elmi- texniki və həmçinin elmi- texniki tərəqqini təmin edən istehsalat sahələrinin əsaslı transformasiyası ilə bağlı problemlərin həlli vacibdir. Bu problemlər təkcə iqtisadiyyat elminə aid deyil, həmçinin bazar münasibətlərinin tələbləri nəticəsində meydana gəlmiş menecment və digər elmi sahələrin də tədqiqat obyektidir. Yeni problemlər elmi- texniki və innovasiya fəaliyyətinə yeni prizmadan baxmaqla, elmi- texniki məhsula yeni yanaşmaların və onların düzgün idarə edilməsinin də formalaşmasını şərtləndirir. Beləliklə, qarşıda duran əsas məsələ ölkənin innovasiya sisteminin düzgün formalaşmasından və düzgün idarə edilməsindən ibarətdir.

    Ölkənin innovasiya sisteminin formalaşdırılması sisteminin formalaşdırılması bir neçə konkret məsələni ortaya çıxarır ki, bunların da ən vacibi elmi- texniki məhsula və ümumiyyətlə, intellektual məhsula münasibətin dəyişdirilməsi, elmi- texniki məhsulun əmtəə pul münasibətlərində digər ( maddi) məhsullarla eyni dərəcədə iştirakının təmin edilməsidir.

    Innovasiya potensialından fərqli olaraq innovasiya sistemində təkcə yeni texnologiyaların istehsalı və istifadəsi ilə məşğul olan subyektlərin məcmusu deyil, həmçinin bu proses zamnı onların arasında baş verən münasibətlərin də məcmusu aiddir.

    Ona görə də ölkənin innovasiya sistemi vahid və tam bir struktur təşkil etməli və mütləq dövlətin himayəsində olmalıdır. Bu sasən onunla şərtlənir ki, innovasiya fəaliyyəti bir qayda olaraq, həmişə innovasiya prosesinin bütün mərhələlərində risklə bağlı olur. Ona görə də bu prosesin gedişi, düzgün idarə edilməsi və son ( yeni) məhsulun realizə lunmasının təminatı əvvəlcədən həyata keçirilməlidir. Bunun üçün müvafiq qanunvericilik aktları paketinin işlənib hazırlanması və təsdiq edilməsi vacibdir.

    Beləliklə, ölkənin iqtisadiyyatının innovasiya yolu ilə qurulması məhz milli innovasiya sisteminin yaradılması və fəaliyyətinin təmin edilməsindən asılıdır.

    İnnovasiya prosesinin mərkəzi fiqurunu ixtiraçı təşkil edir.

    Onun beynində yeni ideyalar yaranır, sonradan isə bəzən bütöv bir kollektiv tərəfindən həmin ideyaların reallaşdırılması mexanizmi işlənib hazırlanır. Bu baxımdan yeni innovasiya təşkilatlar: - konsorsium, daxili venzur və s. əsas rol oynayır.


    Yüklə 0,65 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   63   64   65   66   67   68   69   70   ...   160




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin