Mövzu 8. Beynəlxalq marketinqdə qiymət siyasəti.
8.1.Beynəlxalq marketinqdə qiymətlərin əhəmiyyəti, yeri və rolu.
8.2. Beynəlxalq marketinq kompleksində qiymət siyasəti.
8.3. Beynəlxalq marketinq sistemində qiymət siyasətinin formalaşdırılması.
8.4. Qiymət sistemi və onun təsnifatı.
8.5. Qiymətin funksiyaları.
1. Beynəlxalq marketinqdə qiymətlərin əhəmiyyəti, yeri və rolu.
Qiymət nədir? Qiymət dar mənada məhsula və ya xidmətə təyin edilən pul məbləğidir. Daha geniş mənada isə qiymət məhsul və ya xidmətdən istifadə etmək üçün istehlakçıların mübadilə etdiyi dəyərlər toplusudur. Tarix boyu qiymətlər alıcı və satıcılar arasında aparılan danışıqlar nəticəsində təyin olunurdu. Sabit qiymət siyasəti – XIX əsrin sonlarındaəmələ gəlmişdir. Təqribən 100 il keçdikdən sonra, indi, şirkətlərin əksəriyyəti dinamik qiymətqoymadan istifadə edirlər. Dinamik qiymətqoyma-fərdi müştərilərdən və şəraitlərdən asılı olaraq müxtəlif qiymətlərin təyin edilməsidir. İnternet, korporativ şəbəkə və naqilsiz kommunikasiya xidmətləri heç vaxt olmadığı kimi alıcıları və satıcıları əlaqələndirir.
Qiymətin formalaşmasının əsas şərtlərindən biri, onun ictimai zəruri əmək məsrəflərini hərtərəfli əks etdirməklə, istehsal və tədavül xərclərini ödəməklə yanaşı, müəyyən miqdarda mənfəəti təmin etməsidir. Bundan başqa, qiymətlər daha mütərəqqi məhsul istehsalı və istehlakına, keyfiyyyətin yüksəldilməsinə həvəs (stimul) yaratmalı, müəyyən dövürlərdə artan tələbatı hərtərəfli əks etdirmə və düzgün əsaslandırılmalıdır. Bununla əlqədar olaraq qiymət mexanizminin düzgün təhlil olunması və onun səviyyəsinin elmi cəhətdən əsaslandırılması əsas məsələlərdən biri hesab olunur.
Qiymət mürəkkəb iqtisadi kateqoriya kimi cəmiyyətdə praktik olaraq əsas iqtisadi münasibətləri əks etdirir.Bu prosesə hər şeydən əvvəl məhsul istehsalı və satışı,onun dəyərinin formalaşması və həmçinin dəyər ifadəsində yığım fondlarını yaranması,bölüşdürülməsi və istifadə edilməsi aiddir. Odur ki, burda ilkin olaraq belə qənaətə gəlmək mümkündür ki,qiymət bütövlükdə yalnız əmtəə - pul münasibətləri sferasında təzahür edir.
Qiymətin əmələ gəlməsi - əmtəə və xidmətlərin formalaşması prosesidir.İqtisadi praktikada qiymətin əmələ gəlməsinin və qiymət qoymanın iki əsas sistemi mövcuddur:
bazar qiymət qoyması əmtəə və xidmətlərə olan tələb və təklifin qarşılıqlı təsirinin bazası əsasında formalaşır;
mərkəzləşdirilmiş dövlət qiymətqoyması dövlət orqanları tərəfindən müəyyən edilir.
Cəmiyyətin həyat fəaliyyəti zamanı hər bir əmtəə digər əmtəələrlə dəyişdirilir, mübadilə olunur.Pul isə ən müxtəlif əmtəələrin mübadilə vasitəsi kimi çıxış edir. Bu halda qiymət digər əmtəələrdən istifadə hüququna malik olmaq üçün lazım olan pulun miqdarını ifadə edir.
Qiymət nəzəriyyəsi ictimai istehsalın əsas sferasını təşkil etməklə,istehsal nəticəsində yaranan məhsulun mübadiləsi və yenidən bölüşdürülməsi prosesində də təzahür edir.Qiymət ilk növbədə dəyərdən asılıdır (məhsul istehsalına sərf edilən məsariflərin dəyişməsindən).
Adam Simit əmtəə bazarında qiymətin əmələ gəlməsi faktoru kimi əmək məsarifinin dəyişməsi ideasını irəli sürmüşdür.Qiyməti əmələ gətirən başlıça faktor kimi o, işçi qüvvəsinə çəkilən xərcləri əsas götürür,əmtəənin qiymətinin renta, əmək haqqı və mənfəət hesabına formalaşmasını nəzərdə tuturdu.
K.Marks isə iqtisadi ədəbiyyata qiymətin əmələ gəlməsinin mühüm tərkib hissəsi kimi ictimai-zəruri əmək məsrəflərini gətirmişdir.Bu kateqoriya ilk növbədə istehlak dəyərinə malik məhsul hazırlamaq üçün cəmiyyətdə əməyin orta intensivlik səviyyəsinin, normal istehsal şəraitinin təmin edilməsini nəzərdə tutur.K.Marksa görə, əmtəə istehsalında ictimai-zəruri əmək məsarifləri keçmiş,əşyalaşmış əmək (istehsal prosesi üçün tələb olunan istehsal vasitələri – binalar,qurğular,maşın və avadanlıqlar,xammal,materiallar) və canlı əmək məsariflərindən formalaşır. Bu prosesdə əmtəənin dəyərinə istehlak təyinatlı istehsal vastələrinin dəyəri və yeni yaranan dəyər də daxil olur.
Qiymətin əmələ gəlməsi barədə morjinal nəzəriyyə də geniş yayılmışdır. Bu nəzəriyyənin mahiyyəti qiymətin formalaşmasının digər mühüm faktorunu ön plana çıxarmaqdan ibarətdir.Morjinal nəzəriyyədə bu faktor əlverişlilik,daha doğrusu, faydalılıq və sərfəliliklə bağlıdır.Faydalılıq və əlverişlilik kateqoryası ilk növbədə əmtəə bazarında istehlakçının konkret olaraq hansı əmtəəyə üstünlük verməsi kimi qiymətləndirilir.Qiymətin əmələ gəlməsinin marjinak konsepsiyasına görə, qiymətin formalaşmasının əsasını əmtəə istehsalına çəkilın əmək məsarifləri deyil, alıcı üçün əlverişlilik həddi müəyyən edir.Bu baxımdan əlverişlilik və faydalılığın ölçüsü həmin əmtəəyə olan tələbin artması nəticəsində əlavə məhsul buraxılışı ilə müəyyən edilir.
Son dövürlərdə qiymətin əmələ gəlmsində amerikan iqtisadçısı P.Samuelson və onun davamçıları tərəfindən hazırlanmış üstünlüklərin aşkar edilməsi konsepsiyasıdır.Bu konsepsiyanın əsasını satış prosesində alıcıların fərdi seçməsi təşkil edir.Alıcı öz büdcəsinə uyğun olaraq qiymətin sərfəliliyi baxımından konkret məhsula üstünlük verilir.
Sonralar ingilis iqtisadçısı A.Marşall,onun davamçıları C.Robinson, E.Çemberlin, A.Piqu və başqaları azad rəqabət şəraitində bu konsepsiyanı daha da təkmilləşdirmişlər.Təkmilləşdirilmiş konsepsiyanın xarakterik xusisiyyətləri qiymətin tələb və təklif əsasında formalaşması, bazarda tarazlığa nail olunmasının zəruriliyi, tələb və təklifin uçotu və təhlilindən ibarətdir.
Qiymətin əməl gəlməsinin marjinal konsepsiyası cari və prespektiv tələbdən asılı olaraq qiymətin formalaşmasını nəzərdə tutur. Təcrübə göstərir ki, tələbat nəzər alınmadan müəyyən olunmadan qiymət müəssisəsinin təsərrüfat fəaliyyətində ciddi dəyişikliklərə gətirib çıxarmaqla nəticədə firmanın istehsal etdiyi məhsulun rəqabət qabiliyyətinin aşagı düşməsinə, bazarda tutduğu xüsusi çəkinin azalmasına, maliyyə vəziyyətinin pisləşməsinə səbəb olur.
Qiymətin iqtisadi mahiyyəti ilk növbədə onun yerinə yetirdiyi funksialar vasitəsilə təzahür edir. Qiymətin funksiyaları obyektiv iqtisadi qanunların fəaliyyətindən əhımiyyətli dərəcədə asılı olub təsərrüfat həyatında çox mühüm rol oynayır.
İqtisadi ədəbiyyatlarda tez – tez “ qiymət necə müəyyənləşdirilir? ” sualı ilə qarşılaşırıq. Bunu hərə bir cür izah edir. Bəzən sadə, bəzən də mürəkkəb izahlar da verilir. Amma nədənsə bu məsələ barəsində heç də həmişə təmiz və açıq söhbət aparılmır. Buna görə də giymətin əmələ gəlməsi güclü narahatçılıq doğurur. Məşhur alman iqtisadçısı X. Şvalbenin fikrincə, buna əsas səbəb:
Nominal bahalaşma;
Bəzi müəssisələr ( firmalar, şirkətlər və s. ) qiymət siyasətindən düzgün istifadə etmirlər. Belə ki, onlar bazarda olan hökümdarlıqlarından çox açıq və özbaşınalıqla istifadə edirlər.
Marketinq sistemində qiymətin bir çox növlərindən istifadə edilir. Bu isə, alqı – satqı prosesinin təşkilində qarşıya çıxan bir çox müxtəlif xüsusiyyətlərdən irəli gəlir.Qiymətdə olan fərqləri aydın görmək üçün xüsusi qiymət növləri tətbiq edilir ki, bu da, öz növbəsində qiymətləri və qiymət göstəricilərini düzgün seçməyə əlverişli imkan yaradır. Bunlara aşağıdakıları aid etmək olar: dünya qiymətləri; birja kotirovkası; məlumat və preyskurant qiymətləri; sifariş və təkliflər qiyməti: faktiki sazişlər qiyməti; xüsusi dəyər; daxili və xarici ticarət qiymətləri indeksləri və s.
İndi bu qiymətlərin əsas növlərinin üzərində qısaca da olsa dayanaq.
Dünya qiymətləri – məhsulun ( xidmətin ) istehlak dəyərini tam və obyektiv əks etdirən qiymətdir.
Müasir dövrdə ticarət təcrübəsində əqdləri bağlanarkən bazis qiymətlərindən geniş istifadə edilir:
Bazis qiymətləri – buna çox ilkin ( başlanğıc ) qiymətlər də deyilir. Bu, məhsulun ( xidmətin ) növünü və keyfiyyətini müəyyən edərkən istifadə olunur. Bazis qiymətləri satıcılarla alıcılar arasında kommersiya danışıqları aparılarkən, onlar tərəfindən razılaşdırılır.əgər faktiki göstərilən məhsulların ( xidmətlərin ) xüsusiyyətləri, texniki – iqtisadi göstəriciləri və keyfiyyəti əqdlərlə göstərdiklərindən fərqli ( aşağı ) olarsa, bu zaman onarın dəyəri bazis ( ilkin ) qiymətləri ilə hesablanır.
Qiymяt vя qiymяtqoyma siyasяti beynяlxalq marketinq fяaliyyяtinin vacib tяrkib hissяsidir vя onun rolu getdikcя даща да artыr.Bцтцн firmalarын qarарsыnda duran vacib problemlяrdяn biri vя baшlыcasы юzцnцn istehsal etdiklяri яmtяяlяrя,xidmяtlяrя vя gюrdцklяri iшя qiymяt qoymasыdыr. Bu problemin xarici bazarыn tяlяblяri vя orada olan konyuнktura mцhiti nяzяrя alыnmaqla dцzgцn hяlli, firmanыn fяaliyyяt gюstяrdiyi bazarda gяlяcяk mцvяffяqiyyяtinin rяhni,mяnfяяtin яsas mяnbяyidir.
Qiymяt – istehlakчыlarыn konkret яmtяяnin alыnmasыna юdяdiklяri pul mяblяьidir. Firmanыn fяaliyyяtindя qiymяt marketinq kompleksinin digяr elementlяri ilя чox sыx яlaqяdя olur. Qiymяt яmtяяnin hяyat dюvrцнцн mяrhяlяlяri яrzindя tez-tez – yenilikчi, nцfuzlu alыcыlar cяlb etmяk цçцn yцksяk qiymяtlяrdяn тутмуш, kцtlяvi bazar цчцn nяzяrdя tutulmuш aшaьы qiymяtlяrя qяdяr dяyiшir. Иstehlakчыlara xidmяtin sяviyyяsi яmtяяnin qiymяtindяn asыlы olur. Aшaьы qiymяtli яmtяяlяrи xidmяtlяrin sяviyyяsi dя adяtяn aшaьы olur. Mцxtяlif qiymяtlяri olan яmtяя qruplarы bazarыn mцxtяlif seqmentlяrini
юzцnя cяlb edir. Firmanыn яldя etdiyi kommersiya няticяlяri qiymяtdян asыlы olur, dцzgцn vя sяhvsiz seчilmiш qiymяt siyasяti sяnaye firmalarыnыn bцtцn istehsal-satыш fяaliyyяtinя uzunmцddяtli mяnfi vя ya mцsbяt tяsir göstяrir.
Dostları ilə paylaş: |