Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”


Beynəlxalq marketinq sferasında müəssisələrə innovasiyaların tətbiqi



Yüklə 0,65 Mb.
səhifə66/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   62   63   64   65   66   67   68   69   ...   160
Beynelxalq marketinq muhazire

5. Beynəlxalq marketinq sferasında müəssisələrə innovasiyaların tətbiqi.

İnnovasiya- elmi- texniki şərtlərini təmin etmək, keyfiyyəti artırmaq və digər yüksəldici və təkmilləşdirici mənanı ifadə edir.

Innovasiya prosesi müxtəlif yollarla həyata keçirilə bilər. Hər bir konkret halda ən səmərəli yolun seçilməsi texnologiyanın xarakterindən, son məhsul bazarından, firmanın potensialından, iqtisadi mühitdən, rəhbərin səriştəli olmasından və s. asılıdır.

Innovasiya prosesinin məqsədini aşağıdakılarla izah etmək olar:


  • məsələnin yeni texniki həllini tapmaq- ixtiranın yaradılması

  • elmi- tədqiqat və təcrübə konstruk işlərinin aparılması

  • paralel qaydada satışın hazırlanması və təşkili

  • yeni əmtəələrin bazarda tətbiqi və s.

Innovasiya fəaliyyətinin kifayət qədər geniş miqyasda təşkil edilməsi üçün elmi, elmi- texniki və həmçinin elmi- texniki tərəqqini təmin edən istehsalat sahələrinin əsaslı transformasiyası ilə bağlı problemlərin həlli vacibdir. Bu problemlər təkcə iqtisadiyyat elminə aid deyil, həmçinin bazar münasibətlərinin tələbləri nəticəsində meydana gəlmiş menecment və digər elmi sahələrin də tədqiqat obyektidir. Yeni problemlər elmi- texniki və innovasiya fəaliyyətinə yeni prizmadan baxmaqla, elmi- texniki məhsula yeni yanaşmaların və onların düzgün idarə edilməsinin də formalaşmasını şərtləndirir. Beləliklə, qarşıda duran əsas məsələ ölkənin innovasiya sisteminin düzgün formalaşmasından və düzgün idarə edilməsindən ibarətdir.

Ölkənin innovasiya sisteminin formalaşdırılması sisteminin formalaşdırılması bir neçə konkret məsələni ortaya çıxarır ki, bunların da ən vacibi elmi- texniki məhsula və ümumiyyətlə, intellektual məhsula münasibətin dəyişdirilməsi, elmi- texniki məhsulun əmtəə pul münasibətlərində digər ( maddi) məhsullarla eyni dərəcədə iştirakının təmin edilməsidir.

Innovasiya potensialından fərqli olaraq innovasiya sistemində təkcə yeni texnologiyaların istehsalı və istifadəsi ilə məşğul olan subyektlərin məcmusu deyil, həmçinin bu proses zamnı onların arasında baş verən münasibətlərin də məcmusu aiddir.

Ona görə də ölkənin innovasiya sistemi vahid və tam bir struktur təşkil etməli və mütləq dövlətin himayəsində olmalıdır. Bu sasən onunla şərtlənir ki, innovasiya fəaliyyəti bir qayda olaraq, həmişə innovasiya prosesinin bütün mərhələlərində risklə bağlı olur. Ona görə də bu prosesin gedişi, düzgün idarə edilməsi və son (yeni) məhsulun realizə lunmasının təminatı əvvəlcədən həyata keçirilməlidir. Bunun üçün müvafiq qanunvericilik aktları paketinin işlənib hazırlanması və təsdiq edilməsi vacibdir.

İnnovasiya prosesinin mərkəzi fiqurunu ixtiraçı təşkil edir.

Onun beynində yeni ideyalar yaranır, sonradan isə bəzən bütöv bir kollektiv tərəfindən həmin ideyaların reallaşdırılması mexanizmi işlənib hazırlanır. Bu baxımdan yeni innovasiya təşkilatlar: - konsorsium, daxili venzur və s. əsas rol oynayır.

Elmi- texniki tərəqqinin və istehsalın inkişafı nöqteyi- nəzərdən innovasiya fəaliyyəti 5 cür olur:



  1. Yüklə 0,65 Mb.

    Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin