Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”


Beynəlxalq marketinq sferasında müəssisələrin idarə edilməsi



Yüklə 0,65 Mb.
səhifə63/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   59   60   61   62   63   64   65   66   ...   160
Beynelxalq marketinq muhazire

2. Beynəlxalq marketinq sferasında müəssisələrin idarə edilməsi.

Tarixən müəssisəninyaranmasının ilk əsasını sadə əmək kooperasiyası və əmək bölgüsü təşkil edir. Məhsuldar qüvvələrin və istehsalın ictimai xarakterinin tədricən artması nəticəsində onların yeni formaları meydana gəlmiş, rolu və miqyası genişlənmişdir. Müəssisələrin rolunun daha da genişlənməsi özünü birinci növbədə maddi nemətlərin həcminin çoxalmasında göstərir. Bazar iqtisadiyyatı şəraitində müəssisə biznes fəaliyyətin subyekti, əsas struktur vahididir.

Müəssisə mülkiyyət formasında asılı olmayaraq, bu qanuna uyğun olaraq yaradılır və ictimai tələbatın ödənilməsi və mənfəət əldə edilməsi məqsədilə məhsul istehsal edərək onu satır, işlər və xidmətlər yerinə yetirir.

Müəssisə hüquqi şəxs olan müstəqil təsərrüfat subyektidir. Hər bir müəssisənin təşkilati –hüquqi forması göstərilməklə, o xüsusi ada malik olmalıdır.

Müəssisənin növləri və formaları – qüvvədə olan mövcud qanunculuqla icazə verilən müəssisələrin növləri və formalarıdır. Qanuna uyğun olaraq müəssisənin bir çox növləri (dövlət, kollektiv, xüsusi və qarışıq) vardır. Bu isə onun təşkilati –hüquqi formaları adlanır. Müəssisənin təşkilati-hüquqi formaları dedikdə, buraya dövlət müəssisəsi, fərdi (ailə), şərikli (tam ortaqlı), payçı və şərikli (kommandit ortaqlıqlar),məhdud məsuliyyətli müəssisələr, səhmdar cəmiyyəti və s. daxildir.

Müəssisə istehsal vasitələri və digər əmlak üzərində mülkiyyət formalarından asılı olmayaraq təsərrüfat hesabı prinsipləri əsasında fəaliyyət göstərir.

Müəssisə dedikdə isə, adətən, bir profilli, bir məhsullu istehsal başa düşülür. Sənaye və ya ticarət müəssisəsinin şərti adıdır, onun hüquqi cəhətdən ixtiyari var ki, təsərrüfat fəaliyyətini öz mülkiyyət məsuliyyəti ilə həyata keçirsin. Firma sifəti ilə müəssisə, təşkilat, idarə və ya ayrı-ayrı şəxslər çıxış edə bilər.

Müəssisənin ən başlıca vəzifələri onun məhsuluna, işlərinə, xidmətlərinə tələbatı tam ödəməkdən və əldə edilmiş mənfəətin müqabilində əmək kollektivi üzvlərinin sosial və iqtisadi mənafelərini, eləcə də müəssisənin əmlakı məhsul mülkiyyətiçisinin mənafelərini həyata keçirməkdir.

Müəssisələr haqqında Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən müəssisələrin təşkilati-hüquqi formalarının, onların yaradılması, idarə edilməsi və fəaliyyəti prinsiplərini əhatə edir. Qanun 1994-cü il 1 iyulda Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən təsdiqlənmişdir, 8 fəsil və 42 maddədən ibarətdir. Qanunun 3-cü fəsli(13-21-ci maddələr) müəssisələrin yaradılması, ləğvi və yenidən təşkil edilməsinin yollarını özündə əks etdirir.müəssisə yaradılarkən ilk olaraq onun təsisçisi müəyyən edilir. Müəssisələr yardılarkən təsisçilər, habelə təsisçi ilə müəssisə arasındakı qarşılıqlı münasibətləri tənzimləmək üçün təsis müqaviləsi tərtib olunur. Sonra müəssisənin nizamnaməsi formalaşdırılır. Maddə 16-da göstərildiyi kimi, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hər bir müəssisə nizamnamə əsasında fəaliyyət göstərir. Bundan sonra müəssisələr dövlət qeydiyyatından keçirlər. Maddə 18-də göstərilir ki, dövlət qeydiyyatından keçməyən müəssisələrin fəaliyyəti qadağandır. Eyni maddədə müəssisənin dövlət qeydiyyatından keçməsi üçün təsisçinin aşağıdakı sənədləri təqdim etməli olduğu göstərilir:


    • Təsisçinin ərizəsi,

    • Müəssisənin nizamnaməsi,

    • Müəssisənin yaradılması haqda qərar və ya təsis müqaviləsi,

    • Qeydiyyat rösumunun ödənilməsi haqda sənəd.

Müəssisələrin dövlət qeydiyyatını həyata keçirən dövlət orqanına bu sənədlər təqdim edildikdən ən geci 15 gün müddətində müəssisə dövlət qeydiyyatına alınmalıdır. Qəbul edilmiş qərar haqqında ərizəçiyə ən gec 5 gün müddətində yazılı məlumat verilir.müəssisənin nizamnaməsində dəyişikliklər edildikdə və ya onun təşkilati-hüquqi forması dəyişdirildikdə müəssisə yenidən dövlət qeydiyyatından keşməlidir. Müəssisənin dövlət qeydiyyatına görə təsisçidən Azərbaycan respubliksaının qanunvericiliyi ilə müəyyən olunan məbləğdə dövlət büdcəsinə köçürülən rüsum tutulur.

Müəssisənin əsas funksiyası istehlakçının tələbatını ödəmək üçün istehsal amillərini birləşdirməklə əmtəə və xidmətlər istehsalını təşkil etməkdən ibarətdir. Müəssisənin fəaliyyətində son məqsəd isə yüksək mənfəət götürməkdir. Maksimum mənfəət əldə olunması məqsədi müəssisə tərəfindən bir sıra taktiki və strateji məqsədləri müəyyən edilməsi və reallaşdırılması ilə sıx bağlıdır. Bunlara əsasən aşağıdakılar aid edilir:



  • satışın həcminin artırılması

  • daha yüksək artım sürətinə nail olmaq

  • bazarda payın artırılması

  • qoyulmuş kapitala nisbətən mənfəətin artırılması

  • kampaniyanın səhmlərinə görə gəlirlərinin artırılması

  • kapitalın quruluşunun dəyişdirilməsi

Həyat tsiklinin nəzəriyəsinə görə müəssisələrin həyatı üç mərhələdən ibarətdir. Birinci mərhələ aktiv fəaliyyət və artım sürətinin genişləndirilməsilə xarakterizə olunur. Yığılmış vəsait istehsal günlərinin yaradılmasına, yeni bazarların tutulmasına yönəldilir. İkinci mərhələ üçün səhm və mənfəətin artımı, kapital sahiblərinin gəlirlərinin çoxalması səciyyəvidir. Müəssisə bazardakı mövqeyini qoruyub saxlamaq uğurunda mübarizə aparır, istehsal güclərinin genişləndirilməsinə nisbətən xəclərin azaldılması ön plana keçir. Üçüncü mərhələdə satış həcminin və bununla birlikdə mənfəətin azalması baş verir, bu isə kapitalın müəyyən hissəsinin həmin sahədən geri götürülməsinə səbəb olur. Bu mərhələdə yeganə məqsəd – həyat qabiliyyətinin – mövcudluğunu qoruyub saxlamaqdır. Həmin dövrdə firmanın fəaliyyətinin əsas istiqaməti mənfəəti artırmağa deyil, ziyanı minimuma endirməyə yönəldilir. Belə ki, perspektivdə yüksək nəticələr əldə etməyə yönəldilmiş fəaliyyət müəyyən dövrdə, qısa müddətdə uğursuzluğa da aparıb çıxara bilər.

Müəssisə qarşısında duran məqsədlər onun cari (qısa) və prespektiv (uzun) fəaliyyəti dövrü üçün müəyyən edilmiş strategiyasından doğur. Bu strategiya müəssisənin fəaliyyət dövrünü (qısa və ya uzunmüddətli dövr) və rəqabət şəraitini nəzərə almaqla müəyyən edilir.

Dövlət müəssisələri dövlət mülkiyyətinə əsaslanır və iki əsas əlamətlə səciyyələnir. Birincisi, dövlət müəssisələrinin əmlakı və idarə olunması tamamilə və ya qismən dövlətin və onun orqanlarının (nazirlik, birlik) əlində cəmlənir. İkincisi, dövlət müəssisələrinin fəaliyyətinin məqsədilə bağlıdır. Onların öz fəaliyyətlərində yüksək mənfəət əldə etmələri yeganə məqsəd deyildir, onların əsas məqsədi hansı yolla olursa olsun (iqtisadi səmərəliliyin azalması və hətta ziyana düşməklə olsa belə) ictimai tələbatı ödəməkdir.

Müxtəlif ölkələrdə dövlət müəssisələrinin statusu eyni deyildir.

Dövlətin müəssisənin mülkiyyətində və onun idarə olunmasındakı iştirakının dərəcəsindən və üsulundan asılı olaraq dövlət müəssisələrinin 3 əsas növü fərqləndirilir: büdcə müəssisələri, dövlət korporasiyaları və qarışıq kompaniyalar.

Heç bir təsərrüfat və hüquqi müstəqilliyə malik olmayan büdcə müəssisələrinin maliyyələşdirilməsi və idarəedilməsi bütövlükdə dövlət tərəfindən həyata keçirilir. Belə müəssisələrin rəhbərləri müvafiq dövlət orqanları tərəfindən təyin olunur.

Dövlət müəssisələrinin ən geniş yayılmış növü dövlət korporasiyalarıdır. Onlar adətən hökumətin xüsusi qərarları əsasən səhmdar cəmiyyəti şəklində təşkil olunur. Müəssisənin mülkiyyəti dövlət fondları, səhmdar kapitalı və kapitallaşmış mənfəət hesabına formalaşdırılır və onların iqtisadi fəaliyyətilə bağlı məsələlər dövlətlə razılaşdırılır.

Qarışıq kompaniyalar adətən səhmdar cəmiyyətlər və məhdud məsuliyyəti cəmiyyətlər formasında təşkil edilir. Qarışıq kompaniyaların səhmləri dövlətə və xüsusi kompaniyalara məxsus olur. Bu müəssisələr hüquqi cəhətdən müstəqil olduqlarına görə xüsusi firmalar kimi bazar metodları əsasında fəaliyyət göstərirlər.




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin