Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”


Bey­nəlxalq şirkətlərin beynəlxalq bazarlarda təşkili



Yüklə 0,65 Mb.
səhifə61/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   57   58   59   60   61   62   63   64   ...   160
Beynelxalq marketinq muhazire

5. Bey­nəlxalq şirkətlərin beynəlxalq bazarlarda təşkili.

Dünya iqtisadiyyatının inkişafında və eləcə də beynəlxalq iqti­sadi münasibətlər sistemində beynəlxalq şirkətlər çox böyük əhəmiyyət kəsb edirlər. Beynəlxalq şirkətlərin yaranması ilə beynəlxalq iqtisadi münasibətlər həm dərininə və həm də eninə genişlənmişdir. Hazırda bu şirkətlər «dünya iqtisadiyyatmm hərəkətverici qüvvəsi» hesab edilirlər.

Beynəlxalq bazar anlayışının genişliyi, mahiyyəti və məzmunluğunun dərinliyi, bazar fəaliyyətlərinin mürəkkəbliyi və mahiyyətinin tam olaraq qavramış olmaması onun müxtəlif formalarda təriflənməsinə səbəb olmuşdur. Bəziləri bazar anlayışını , bazarın bir-biri ilə qarşı-qarşıya duran iki subyektin-alıcılar və satıcılar - aralarında yaratdığı iqtisadi münasibətlər olaraq xarakterizə etdiyi halda ,bəziləri də mübadilənin təşəkkül tapdığı coğrafi məkan olaraq tərifləyirlər. Bu və bənzər təkliflər isə bazar anlayışının mahiyyətini tam dolğunluqla ortaya qoymaq iqtidarında deyildir. Çünki , bazarın formalaşması və təşəkkülü uzun bir prosesin nəticəsidir. Bu prosesdə isə ,bir çox şərtlərin mövcud olması vacibdir. Bütün bunları nəzərə alaraq , bazar anlayışını aşağıdakı kimi tərifləndirmək mümkündür. “Bazar ,əmtəə və ya xidmətlərə olan ehtiyacının və tələbatının ödənilməsinin maddi imkanlarla , bu imkanlardan istifadə istəyi və mübadilə etmə səlahiyyəti ilə möhkəmləndirilmiş bütün şəxslərin təşkilatların məcmusudur.”

Hər bir beynəlxalq şirkət ilk vəzifəsi girəcəyi beynəlxalq bazarı müəyyənləşdirməkdən ibarətdir. Bunun üçün marketinq xadimi daim bazar tədqiqatları aparmalı və topladığı informasiyaları təhlil edərək, bazarın xüsusiyyətlərini də aydın bir şəkildə müəyyənləşdirməlidir. Marketinq xadiminin bazardakı nailiyyətləri bazarın xüsusiyyətləri haqqında bildikləri informasiyaların həcmindən və marketinq kompleksi fəaliyyətlərini bu xüsusiyyətlərlə uzaqlaşdırmasından asılıdır.

Beynəlxalq şirkətlər tərəfindən yaradılan maddi və qeyri-maddi beynəlxalq istehsal da yeni keyfiyyətlər əldə etmişdir. Son onillikdə beynəlxalq şirkətlərin xidmət sferasına, o cümlədən informasiya, reklam, konsaltinq xidmətlərinə, elmin inkişafına birbaşa xarici investisiyaları intensiv surətdə artır. Beynəlxalq şirkətlərin hasilat sənayesinin inkişafında həyata keçirdikləri strategiya maddi, maliyyə və insan resurslarının keyfiyyətcə yeni (qlobal) kombinasiyasına əsaslanır və əməyin məhsuldarlığının yüksəldilməsinə və istehsalın səmərəliliyinin artırılmasına yönəldilmişdir. Bəzi qiymətləndirmələrə görə, 2025-ci ildə hasilat sənayesinin payı dünya ÜDM-nin 10%-ni keçməyəcək, lakin, istehsalın səmərəliliyinin artımı hesabına dünya ehtiyacları tam olaraq ödəniləcək. Beynəlxalq şirkətlərin bölmələri arasında şirkətdaxili ticarət intensiv surətdə inkişaf edir. O, hazırda bütün dünya ticarətinin 1/3-ni təşkil edir.Beynəlxalq şirkətlər tərəfindən kapital ixracı təkcə xarici filialların sayının artırılmasına deyil, həm də müxtəlif ölkələrdə istehsalın təşkil və texnologiyasında olan fərqlərin aradan qaldırılmasına yönəlmişdir. Şirkətin məhsul və xidmətlərinin keyfiyyəti istehsal yerindən asılı olmayaraq dünya standartlarına uyğun olmalıdır. Beynəlxalq şirkətlər fəaliyyət formalarının diversifikasiyasını həyata keçirirlər. Xarici iqtisadi fəaliyyətin hibrid və ya kompleks formaları ən səmərəli forma hesab edilirlər. Dünya praktikasında “lifreksdinq” – lisenziyalarla mübadilə, françayzinq, əmtəə ixracı və birbaşa xarici investisiyaların kompleks birləşməsi – getdikcə daha çox yayılır. Qeyri-maddi istehsal sferasında xarici iqtisadi fəaliyyətin müəəyn növündə (maliyyə, satış, idarəetmə, sığorta və s.) ixtisaslaşma meyli də gözə çarpır. Dünyanın üçqütblü modelinə uyğunlaşmağa səy göstərən beynəlxalq şirkətlər ABŞ – Qərbi Avropa – Yaponiya triadasının hər bir mərkəzində ən azı bir iri koordinator-müəssisənin fəaliyyətini təşkil etməyə çalışırlar.

Beləliklə, müasir beynəlxalq şirkətlər öz fəaliyyət sferalarına görə beynəlmiləl olan iri sənaye-maliyyə birləşmələridir. Onlar dünya masştabında mərkəzləşdirilmiş planlaşdırma və idarəetmə prinsipi üzrə qurulmuşlar və dünya ticarəti, kapital qoyuluşları, texnologiyalarla mübadilə, istehsal və elmi-texniki əməkdaşlıq, işçi qüvvəsinin miqrasiyası proseslərində aktiv surətdə iştirak edirlər. Onlar beynəlxalq əmək bölgüsünün obyektiv meyllərindən aktiv surətdə istifadə etməklə dünyada gedən beynəlmiləlləşmə prosesini gücləndirir, ümumdünya əmək bölgüsündə yeni sxemlərin meydana gəlməsinə təkan verirlər.

Beynəlxalq təsərrüfatın inkişafının müasir dövründə bilavasitə birbaşa xarici investisiyalar nəticəsində meydana çıxmış beynəlxlaq şirkətlərin beynəlxalq istehsal prosesində aktiv iştirakı nəticəsində kapital, əmək və digər resursların beynəlxalq miqrasiyasının payının artması ilə müşahidə edilən transmilliləşmə prosesinin miqyasları genişlənməkdə davam edir. Beynəlxlaq şirkətlərin hakim mövqeyi və tə’sir dərəcəsi maliyyə, işçi qüvvəsi, texnologiya, xammal və komponentlərlə təchizat, xidmət və satış sahələri kimi strateji mühüm sferalarda idarəetmə əməliyyatlarının konsentrasiyası ilə şərtləndirilir. Dünya iqtisadiyyatında beynəlxlaq şirkətlərin transmilliləşmə prosesində rolunu müxtəlif siyasi-iqtisadi istehsal-ticarət, sahibkarlıq, sistem və makroiqtisadi aspektlərlə analiz etmək mümkündür. XXI əsrin astanasında transmilli kompaniyaların ümumilikdə dünya təsərrüfatı və qlobalizasiya prosesi ilə qarşılıqlı əlaqəsinin makroiqtisadi analizdə nəzərdən keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Əmtəələrin xarici bazarlara çıxarılmasının geniş və həm də müxtəlif əlverişli üsulların mövcud olmasına baxmayaraq TMK-lar birbaşa xarici investisiyalara daha çox üstünlük verir. Bilavasitə xarici investisiyalarla bağlı olan TMK-lar hal-hazırda dünya ÜDM-nun 1/5 – 1/4 hissəsini «idarə edir», dünya ticarətinin isə 1/3 hissəsi firmadaxili ticarətin payına düşür. Bununla da TMK-lar dünya təsərrüfatının əsas tərkib hissəsinə çevrilirlər


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin